Cümə, 27/Dek/2024, 03:11
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 3
Qonaqlar: 3
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Mart » 24 » Mirça Rednik, bizim Mirzə Redkix
10:55
Mirça Rednik, bizim Mirzə Redkix

            "Bura sənin yerin deyil Mirça. Sən ilk dəfə peşəkar komandanın   məşqinin nə olduğunu göstərdin bizə, məşqdən sonra sən bizimlə insan kimi rəftar edib, səninlə şəkil çəkdirmək  istəyən hər bir kəsə "OK” dedin. Get, Mirça nə qədər çirklənməmisən, get buralardan. Petrjelanın, Demyanenkonun, Hacıyevskinin sırasına adını yazdırma.”

            Bu sözlər "12-ci oyunçu” azarkeş qrupuna məxsus rəsmi saytdan götürülüb. Mirça Rednik kimi bir mütəxəssisin buralarda işləməsinə yaradılan maneələrdən bəhs edən "12cioyuncu (burda nöqtə qoyub) info”rmasiya yayıb ki, nə qədər çirklənməmisən burdakı fəaliyyətinə nöqtə qoyub get...

            Son zamanlar adı Rumıniya millisi ilə hallanan və indilərdə də əvvəllər işlədiyi və komanda ilə, son dəfə çempion olduğu Buxarestin "Rapid” klubu ilə yanaşı hallanan Mirça Rednikin buradan getmə variantı haqda "Xəzər Lənkəran” azarkeşi düşünmək belə istəmir. Heç bunu bütün "Xəzər Lənkəran” azarkeşləri kimi sən də istəmirsən, "12-ci oyunçu”. Çünki sən də onların ayrılmaz bir hissəsisən. Amma nədən belə düşündüyünü hər kəs anlayır. Hər kəs anlayır ki, doğma "Xəzər Lənkəran”ı sevdiyindən və bu sevgiyə layiq bir baş məşqçi nəhayət ki, rastlaşdığımızdan belə deyirsən. Belə deyirsən ki, nə sevimli komandanın və nə də ona layiq olan bir baş məşqçinin nüfuzunun zədələnməməsini istəyirsən. Çünki buralarda bu şərtlər altında işləmək misal gətirdiyin çoxları kimi, onun da nüfuzunu zədələyə bilər.

            Amma yox, əsla yox. Onun getməsini "Xəzər Lənkəran” azarkeşləri ağıllarına belə gətirə bilmirlər. Bir müddət öncə elə siz "12ci oyunçu” Lənkəranda Mirçaya doğma olaraq Mirzə deyildiyini yazırdız. Bir müddət sovet rejimində yaşamış insanlar kimi rus dilinə meyilli olmağımızdan biz də onun soyadını belə ifadə edirik, Redkix. Bəli, Mirça Rednik yox, Mirzə Redkix. Mirzə bizim anlamda savadlı, müəllim, öyrədən və sair gözəl ifadələrdirsə, Redkix də ruscadan "Nadir”, "Az rast gəlinən” və sair anlamlar verən sözdür. Yəni "Nadir rast gəlinən savadlı” anlamını verir bu sözlər.

            Həqiqətən də Mirça Rednik (Mirzə Redkix) öz futbol fəlsəfəsi ilə, Avropada qazandığı uğurları ilə, "Xəzər Lənkəran”a, bununla da Azərbaycan futboluna gətirdiyi yeni nəfəsi ilə, öz insanlıq keyfiyyətləri, mədəniyyəti, diqqətcilliyi və sair gözəl başqa keyfiyyətləri ilə onu izləyənlərin böyük rəğbətini qazanıb. Bu gün "Xəzər Lənkəran” azarkeşi onu qəlbən sevir, onun komandamıza bəxş edəcəyi uğurlara inanır və bunu səbirsizliklə gözləyir. Əgər bütün bunlara imkan verilməyəcəyi təqdirdə komandamızı sıxışdırıb onu çempionluqdan və ya kubokdan edəcəkləri təqdirdə o, yenə sevilir. Çünki, onun düz yolda olduğu hamı tərəfindən qəbul olunur. Ən azından buralarda, daxili yarışlarda ona imkan verilməyəcəyi təqdirdə onun komandamızla Avropa miqyaslı yarışlarda uğur qazanacağına "Xəzər Lənkəran” azarkeşi qəlbən inanır. Çünki Avropa miqyaslı yarışlarda nə Anar Salmanov, nə Əfqan Həmzəyev nə də Xaqani Məmmədovun təyin etdiyi digər oyunbazlar hakim kimi təyinat almırlar. Bu tipli yarışlarda Avropa futbol mədəniyyətinə xas olan qərarlar rol oynayır. Heç onda hakim ədalətsizliyinə etiraz olaraq beysbolka da yerə çırpılmır ki, sonradan bunları müxtəlif "ittihamlarla” bəzəyib para və texniki zona cəzaları tətbiq etsinlər.

            Bəli, biz Avropa futboluna da bələd olan insanlarıq. Hal hazırda "Xəzər Lənkəran” azarkeşi vaxtı ilə həsədlə baxdığı Rumıniya futbolunun əfsanələrindən olan Mirça Luçeskunu da istəmir. Heç Aleks Ferqyussonu nə də Arsen Venqeri, nə Felipe Skolarini, nə də Xose Qvardiolanı istəmir. Heç kimi istəmir. Çünki, Mirça Rednik (Mirzə Redkix) komandamıza yeni ruh, yeni oyun tərzi gətirə bilib. O kasıb heyətlə, bələd olmadığı ölkədə ciddi uğurlar qazanmaqla özünü təsdiq etdirib, azarkeş sevgisini qazanan bir mütəxəssisdir. İspaniya kimi bir futbol yığması ilə Avropa çempionu olmuş təcrübəli Luis Araqones "Fənərbaxça”ya nə verə bildi ki? Ya "Barselona” klubu ilə ciddi uğurlar qazanan Frank Raykaard  "Qalatasaray”a nə verdi? Vaxtilə "Real” Madridi çalışdıran Con Benjamin Toşak və ya Bernd Şuster Türkiyənin "Beşiktaş”ına nə verdi?

            Belə misallar çox sadalamaq olar. Amma Mirça Rednik (Mirzə Redkix) doğurdan da bizim üçün nadir istedad, nadir tapıntı olduğunu sübut edə bilib. O hələ komandanın heyətini gücləndirməkdə davam edəcəyini, Avrokuboklarda daha güclü bir "Xəzər Lənkəran” görəcəyimizi indidən inandırmağa nail olub. Bunu boş sözlərlə deyil, komandamızdakı hələ heç bir ili tamam olmamış əməli fəaliyyəti ilə sübut edə bilib. Bunu hamı başa düşməlidir. Başa düşməlidir ki, sabah Avropada qazanılacaq uğurlar Azərbaycan futbolunun uğurları kimi tarixdə qalacaq. Ey Azərbaycan futbolunu təmsil edənlər bunun siz də fərqində olmalısınız. Bu gün belə bir mütəxəssisə Azərbaycan futbolunun ehtiyacı olduğunu siz də başa düşməlisiniz. Sabah belə bir mütəxəssisin "Xəzər Lənkəran”la Avropadakı uğurları həm ölkəmizin həm də sizlərin başını uca edəcək. Bol-bol ölkəmizdə futbol inkişaf edir deyə siz də bu paydan bəhrələnərək, inkişafın olduğunda öz rolunuzu qabardacaqsınız. Elə isə bu inkişafa niyə mane olaq? Fikirləşin, dərindən fikirləşin ki, bu hamımızın, Azərbaycanımızın uğuru olsun. Yoxsa mane olmağın, ölkədən belə mütəxəssisləri bezdirərək qaçırmağın adı nə?

            "Xəzər Lənkəran” azarkeşi Mirça Redniki (Mirzə Redkix) sevir və dəstəkləyir. Respublikamızda tayı bərabəri olmayan bir formada komandasına dəstək verir. Komanda evə dönərkən Lənkəran şəhərinin girişində minlərlə azarkeş qarşılanma mərasiminə səbəb olur. Bu onların daxilindən gələn və analoqu olmayan bir davranış tərzidir. Mirça Redniki (Mirzə Redkix) qarşıladığı kimi də onun qarşısını kəsib getməyə qoymayacaqlarından da əmin olun. Əmin olun ki, bu günə qədər baş məşqçimiz özü də azarkeşlər haqqında necə gözəl sözlərin müəllifidir və o da azarkeşlərə sanki bağlanıb. Amma bütün bunlara baxmayaraq onu komandamızdan qaçırsanız, onda siz ölkə futbolunun qarşısında duran böyük əngəl olduğunuzu isbatlamış olarsınız.

            Bəli, "12cioyuncu (burda nöqtə qoyaraq) info”rmasiya yayın ki, Mirça Rednik (Mirzə Redkix) "Xəzər Lənkəran”dan getməyəcək. Çünki onun komandamızdakı fəaliyyəti qarşılıqlı hörmət və sevgiyə söykənir. Onu ölkəmizdən qaçırmaq istəyənlərsə, Azərbaycan futbolunun inkişafını istəməyənlər və ya heç bu haqda düşünməyənlərdir.      

Views: 803 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 4
0  
4 Həra bir məktub yazsın!   (26/Mar/2011 21:26) [Daxil Olunan]
UEFA bu linklə: http://www.uefa.com/uefa/aboutuefa/organisation/contactuefa/index.html

Здравствуйте руководство "UEFA"!
Я болельщик футбольного клуба "Хазар-Ленкорань" (Азербайджан).
Хочу донести до вашего внимания что в Азербайджане на протяжении
долгих лет Футбольная Федерация Азербайджана (АФФА) недоброжелательно относится к провинциальной команде из Ленкорани. Каждый год за счёт судей отбирают по 10-14 очков и лишают чемпионского звания. Футбольная федерация (АФФА) воюет с клубом "Хазар-Ленкорань" Все телевизионные каналы по заказу федерации футбола (АФФА) покрывает судейское недоброжелательность в адрес Ленкоранской команды.
От имени всех болельщиков "Хазар-Ленкорань" просим и надеемся на вашу помощь.


0  
3 Həra bir məktub yazsın!   (26/Mar/2011 21:25) [Daxil Olunan]
FİFA E-mail: enquiries@2010fwctc.com

Здравствуйте руководство "FİFA"!
Я болельщик футбольного клуба "Хазар-Ленкорань" (Азербайджан).
Хочу донести до вашего внимания что в Азербайджане на протяжении
долгих лет Футбольная Федерация Азербайджана (АФФА) недоброжелательно относится к провинциальной команде из Ленкорани. Каждый год за счёт судей отбирают по 10-14 очков и лишают чемпионского звания. Футбольная федерация (АФФА) воюет с клубом "Хазар-Ленкорань" Все телевизионные каналы по заказу федерации футбола (АФФА) покрывает судейское недоброжелательность в адрес Ленкоранской команды.
От имени всех болельщиков "Хазар-Ленкорань" просим и надеемся на вашу помощь.


0  
2 Həra bir məktub yazsın!   (26/Mar/2011 21:04) [Daxil Olunan]
UEFA bu linklə: http://www.uefa.com/uefa/aboutuefa/organisation/contactuefa/index.html

Welcome guide «UEFA»!
I’m a fan of FC Khazar-Lankaran (Azerbaijan).
I want to bring to your attention that in Azerbaijan during the
years of Football Federations of Azerbaijan (AFFA) unkindly refers to
Provincial team of Lankaran. Each year at the expense of judges selected by 10-14 points and deny championship title. Football Association (AFFA) is fighting with the club «Khazar-Lankaran» All television channels commissioned by the football federation (AFFA) covers the judge’s ill-addressed Lenkoran team.
On behalf of all fans of «Khazar-Lankaran» ask and hope for your help.


0  
1 Həra bir məktub yazsın!   (26/Mar/2011 21:02) [Daxil Olunan]
Hərə bir mektub yazsin FIFA və UEFA-ya!

FİFA E-mail: enquiries@2010fwctc.com

Welcome guide «FİFA»!
I’m a fan of FC Khazar-Lankaran (Azerbaijan).
I want to bring to your attention that in Azerbaijan during the
years of Football Federations of Azerbaijan (AFFA) unkindly refers to
Provincial team of Lankaran. Each year at the expense of judges selected by 10-14 points and deny championship title. Football Association (AFFA) is fighting with the club «Khazar-Lankaran» All television channels commissioned by the football federation (AFFA) covers the judge’s ill-addressed Lenkoran team.
On behalf of all fans of «Khazar-Lankaran» ask and hope for your help.


Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz