Çərşənbə Axşamı, 23/Apr/2024, 13:42
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » May » 24 » Mirça Rednikə açıq məktub: Siz bizə lazımsınız və heç yerə getmirsiniz əziz, Mirça Rednik !
11:50
Mirça Rednikə açıq məktub: Siz bizə lazımsınız və heç yerə getmirsiniz əziz, Mirça Rednik !

            Dünən kubokun final matçı öncəsi mətbuat konfransında siz, cənab Mirça Rednik bu oyunla və ümumiyyətlə mövsümlə bağlı fikirlərinizi söyləmisiniz. Mövsümü dəyərləndirərək, bura gələrkən çempionluq sözü verdiyinizi bir daha xatırladaraq, buna nail ola bilmədiyinizdən danışmısınız. Kubok haqqında fikirlərinizi isə bildirərkən, burada da üğür qazana bilməsəniz, gedə biləcəyinizi istisna etməmisiniz.

            Biz "Bosman” fanklubu olaraq sizə hər şeyin göz önündə olduğunu demək istəyirik. Çempion ola bilməmənin obyektiv və subyektiv səbəblərinin olduğunu çox gözəl dərk edirik və demək istəyirik ki, bir məşqçinin edə biləcəyindən daha artığını etmiş olan siz "Xəzər Lənkəran”ı bu səbəblərə görə tərk edə bilməzsiniz. Çünki sizin bir baş məşqçi kimi "Xəzər Lənkəran”a gətirdiyiniz yeni, Avropa tipli oyun tərziniz və komanda ruhu, bir komanda üçün görülə biləcək ən yüksək iş nümunəsidir. Bir daha çempionluq uğrunda müxtəlif səbəblərin olduğunu nəzərinizə çatdıraraq bu yolda maksimum işlədiyinizi bildiririk. Biz sizdən ilk ildəcə çempionluq yox, daha güclü və Avropa tipli bir komanda qurmağı istəyirdik ki, buna da böyük ölçüdə nail olduğunuzu deyə bilərik.

            Kubokun əldə olunması çox yaxşı olardı. Lakin bu baş verməsə belə heç bir biabırçılıqdan söhbət gedə bilməz. Sizin daha yaxşı bildiyiniz futbolda hər hansı bir nəticənin ola biləcəyi mümkündür deyə biz bunu normal qarşılayırıq. Təki siz "Xəzər Lənkəran”la davam edin və Avropada uğur qazanın. Sizə olan inamımız sonsuzdur. Bunu siz komandaya ilk gəldiyiniz gündən bu yana gördüyünüz işlərlə sübut edə bilmisiniz. Bildiyiniz kimi "Xəzər Lənkəran” azarkeşləri ölkədə 1 nömrədir. Bu azarkeşlərə verdiyiniz önəm isə gördüyünüz işlərlə bərabər, sizi onların sevimlisinə çevirmişdir. Belə olan halda sevimli "Xəzər Lənkəran”, 1 nömrəli azarkeşlər və onların sevimlisi olan istedadlı, əməksevər, iddialı və təcrübəli baş məşqçi Mirça Rednik bizi necə tərk edə bilər? Bu böyük "Xəzər Lənkəran” ailəsi birlikdə daha böyük uğurlar qazanacaq!

Biz nə ser Aleksi, nə Mourinyonu, nə Araqonesi, nə Raykaardı nə də Qvardiolanı istəmirik. Biz Mirça Redniklə davam etmək istəyirik. Sizin böyük mədəniyyət sahibi kimi verdiyiniz, lakin qazana bilmədiyiniz çempionluq sözünə görə komandamızı tərk etmək istəməyiniz isə biz tərəfdən anlaşıqlı qarşılanır. Bir daha biz sizi onminlərin könüllərinin çempionu hesab edirik və sizinlə davam deyirik.

Hörmətlə: "Bosman” fanklubu       24 may 2011.   

Views: 423 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (29/May/2011 11:44) [Daxil Olunan]
Dahi Mr. Mircea Rednic !!!

Sukur Allaha ki bizleri terk etmediniz. Inaniriq ki avropada gozel ad qoyacagiq

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz