Şənbə, 20/Apr/2024, 09:31
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
2930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Aprel » 11 » Mirça Rednik - 50 !
19:48
Mirça Rednik - 50 !

            Bu gün müasir Rumıniya futbolunun ən tanınmış mütəxəssislərindən biri, "Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi Mirça Rednik 100-ü yarılayır.


            50 illik yubileyini qeyd edən Rednikin bioqrafiyasına, karyerasına nəzər salmaq, bir daha haqqında bəhs etmək üçün əlimizə gözəl fürsət düşüb. Ölkəmizin cənubunda onun personasına olan marağı yada salsaq, bunu etməmək günahdı.

DRAKULANIN HƏMYERLİSİ

            Mirça Rednik 1962-ci ilin aprelin 9-da Rumıniyanın vampirlər haqda əfsanələri ilə şöhrətlənən məşhur Transilvaniya əyalətində anadan olub. 80 minlik qədim Hunedoara şəhərində dünyaya göz açıb. Bu kiçik şəhər metallurgiya sənayesi və tarixi abidələri, qəsrləri ilə tanınır.

            Rednik məşqçiliyə başlamışdan əvvəl futbolçu qismində də kifayət qədər özündən söz etdirib. Dövrünün ən yaxşı rumın futbolçularından biri olub. Ona görə də, oyunçu karyerasın barədə də ətrfalı bəhs etməyə dəyər.

            Futbolda ilk addımarını doğma şəhərində atıb. İlk peşəkar klubu da Hunedoaranın "Korvinul” klubu olub. Məhz bu komandanın tərkibində 1980-ci ildə Rumıniya çempionatının birinci divizionunda çıxış etməyə başlayıb. Müdafiə xəttində yer alıb. İnamlı və soyuqqanlı futbolçu kimi tanınıb. Bunun sayəsində gənc yaşına rəğmən tezliklə "Korvinul”un liderlərindən birinə çevrilib, milliyə dəvət almağa başlayıb. 1983-cü ildə ölkəsinin 3 nəhəng klubundan biri olan paytaxt "Dinamo”suna keçib. Buxarest təmsilçisinin heyətində də ən yaxşı futbolçulardan birinə çevrilib. Artıq millinin də əvəzedilməz siması olub.

            Ümumiyyətlə, Rednik ötən əsrin 80-ci illərinin Rumıniya yığmasının dəyişməz üzvü, damğasını vuran müdafiəçisi olub. 1984-cü ilin Avropa, 1990-cı ilin dünya çempionatının final mərhələsində rumınların müdafiə xəttinin aparıcı siması kim xatırlanır.

LUÇESKUNUN TƏLƏBƏSİ

            84-cü ildə Rednikin ölkəsi tarixində ilk dəfə qitə birinciliyinə vəsiqə qazanıb. Həmin vaxt onun məşqçisi məşhur adaşı Luçesku olub. Bu məqamı xüsusi qapartmağa dəyər. Çünki Luçeskunun onun bir futbol adamı kimi formalaşmasında önəmli rol oynadığını iddia etməyə dəyər. Müəllimindən çox şey görüb-götürdüyünü hiss etmək çətin deyil. Təsadüfi deyil ki, Rednik həm taktik, həm də psixoloq kimi Luçeyə çox bənzəyir.

            Stajlı futbolsevərlər 1990-ci ilin İtaliya mundialını yada sala bilər. Onda Valeri Lobanovskinin çox güclü SSRİ yığmasının gözlənilmədən qrupda qalmasının səbəbkarı məhz rumınlar olmuşdu. Dolayısıyla onların 2 nömrəli müdafiəçisi…

            Rednik 1991-ci ilədək sabit olaraq yığmada top qovub. Dövrü üçün yetərincə yüksək sayda – 83 oyunda millinin şərəfini qorumağa müvəffəq olub. Hesabında 2 qol da var.

            1991-ci ildə qonşu Türkiyəyə yollanaraq, bir qədər gec də olsa legioner həyatına başlayıb. Bir mövsüm "Bursaspor”da çıxış edıb. Ardından tale onu ikinci vətəninə çevrilən Belçikaya aparıb. Lyej şəhərinin "Standart” klubunda uzun müddət oynayıb. 1996-ci ildə "Seynt-Tryüden”in heyətində Belçikada futbolçu həyatını başa vurub, Buxarestə qayıdıb. Amma sabiq klubu "Dinamo”ya düşmən olan "Rapid”ə keçib. 3 il "Rapid”in formasını geyib. Yaşlanmasına rəğmən butslarını mismardan asan son günədək daim əsas heyətin üzvü olub. Futbolçu həyatını 2000-ci ildə başa vurub. 

            Müdafiəçi Rednik vətənində 3 dəfə çempion, 4 dəfə ölkə kubokunun, 1 dəfə superkubokun qalibi olub. Bir dəfə isə "Standart”la Belçika kubokuna yiyələnib.


"RAPİD”LƏ "DİNAMO” ARASINDA

            Məhz 2000-ci ildə dərhal məşqçiliyə başlayıb. "Rapid” rəhbərliyi ən təcrübəli futbolçularına sükan arxasına keçməyi təklif edib. Rednik, 3 müxtəlif vaxtlarda bu klubu çalışdırıb: 2000-01, 2002-04 və 2007-08-ci illərdə.

            Amma birinci dəfədən burada uğur qazana bilməyib. Mövsümün yarısında "Bakeu”ya keçib və klubu elitada saxlamaq vəzifəsinin öhdəsindən gəlib. Yenidən "Rapid”ə qayıdıb. 2002/03 mövsümündə klubu Rumıniya çempionu edib. Üstəlik ölkə kubokunu və superkuboku da qazanaraq, qızıl het-trik edib.

            Amma növbəti mövsüm uğursuz startın ardından istefaya göndərilib. Elə həmin il Yaxın Şərq səfərinə çıxıb. Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun sükanı arxasına keçib. Burada çempion titulu əldə edə bilməyib. Amma nüfuzlu "Dəməşq Kuboku” beynəlxalq turnirində qələbə əldə etməklə yadda qalıb.

            2004-cü ildə yenidən Rumıniya çempionatına qayıdıb. "Universitatya”nı çalışdırmağa başlayıb. Ortabab Krayova təmsilçisini 4-cü pilləyə daşımaqla diqqət çəkib.

            2005-ci ildə "Vasliu” ilə birinci liqanın qalibi olub, klubu elitaya yüksəldib.

            2006/07 mövsümündə artıq Buxarest "Dinamo”sunun baş məşqçi postuna keçib. İlk cəhdən "Dinamo”nu çempion edib. Yeri gəlmişkən, inqilabdan sonra Rumıniyada iki ayrı klubla qızıl medalları qazanmağa baş məşqçilərdən yalnız Luçesku və Rednik nail ola bilib.

            Amma sonrakı mövsümün əvvəlində rəhbərlik ona "Latsio”ya yenilib, Çempionlar Liqasının qrup mərhələsinə düşməməyi bağışlamayıb.

            Cəmi bir ay sonra yenidən "Rapid”in baş məşqçisi təyin edilib. 2007-ci ilin oktyabrında 4 illik müqaviləyə imza atsa da, yayda vəzifəsindən istefa verməli olub.

            2008/09 mövsümünü bu dəfə də "Dinamo”nun sükanı arxasında keçirib. 3-cü yerlə kifayətlənib.

            2009-cu ildə Rusiyadan təklif alıb. Şimalı Osetiyaya yollanaraq, yerli "Alaniya”nı elitaya qaytarmağa çalışıb. Amma səbrsiz vladiqafqazlılarla dil tapa bilməyib. Cəmi üç ay burada qala bilib.

             2010/11 mövsümündə "Xəzər Lənkəran”la müqavilə imzalayıb. Lənkəran təmsilçisinə ölkə kubokunu qazandırıb. Gümüş medalları da aktivinə yaza bilər. Yeni mövsümün əvvəlində isə məlum səbəblər üzündən istefa verməli olub.

            Yaxınlarda vətəninin "Astra” klubunun baş məşqçisi təyin edilib. Ploieşti təmsilçisi Rumıniyanın ortabab komandalarından biridi, çətin Rednik kimi ambisiyalı məşqçi burada çox yubana.

ONUN KÖLGƏSİNDƏ

            Qeyd edək ki, Rednik karyerası ərzində işsizlik problemindən demək olar ki, əziyyət çəkməyib. Həmişə ona təlabat olub.

            Ailəsi hələ futbolçu vaxtından Belçikada məskunlaşıb. Peşəkar tennisçi olan qızı da Lyejdə yaşayır. Bununla belə Rumıniya əlaqələrini heç vaxt kəsməyib. Vətənində də tivarət obeyktləri, mülkləri var. Hətta Transilvaniyada dəyəri milyonlarla ölçülən qəsrə də sahibdi. Yetərincə kübar və zəngin adamdı.

            Etiraf etmək gərəkdi ki, əhalisinin böyük hissəsini qaraçılar təşkil edən Rumıniyada Luçesku və Rednik kimi şəxsiyyətlərə hər saat rast gəlinmir. Bildiyimiz qədər, Rednikin kökləri Mərkəzi Avropadandı. Əcdadları keçmişdə müharibə üzündən Transilvaniyaya Avstriya-Macarıstandan köçüb.

            Onu indiyədək Lənkəran publikasının sevimlisi edən səbəbi isə heç də təkcə "Xəzər”də futbolçularına aşıladığı oyunda, qazandığı qələbələrdə axtarmaq gərək deyil. Rednik ilk növbədə şəxsiyyəti ilə Cənub bölgəsinin sevimlisinə çevrilib. Burada çalışmış digər mütəxəssislərdən fərqli olaraq, azarkeşlərə diqqət və qayığısıyla hörmət qazanıb. Aristokratlığıyla yanaşı, səmimiliyi, dürüstlüyü və sadəliyi ilə könüllərdə taxt qurub. Həmişə haqqın tərəfində olmasıyla seçilib.

            Futbol zəkası, komandanın onun dövründə sərgilədiyi müasir, parlaq, savadlı və təşkilatlanmış oyun bu hörməti birə-beş artırıb. Təsadüfi deyil ki, artıq onu Azərbaycana heç nə bağlamasa da, indiyədək Lənkəranda unudulmur. Hətta 50 illik yubileyi ilə əlaqədar bu günlərdə bölgədə futzal turniri təşkil edilib. Əksər azarkeşlər gec-tez onun yenidən komandanın sükanı arxasına qayıdacağına və "Xəzər”in məhz Redniklə Avropanı fəth etməyə nail olacağına ürəkdən inanır. Odu ki, klubun sükanı arxasına kimin keçməsindən asılı olmayaraq, onunla müqayisə edilməsi, kölgəsini üzərində hiss etməsi qaçılmazdı.

Rüfət MƏMMƏDLİ

Mənbə: azfutbol.com
Views: 557 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Fikrət Həşimov   (12/Apr/2012 06:32) [Daxil Olunan]
tesekkurler sizlere

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz