Cümə, 27/Dek/2024, 04:34
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 6 » “Makkabi” T-Ə - “Xəzər Lənkəran” oyunu öncəsi "Xəzər Lənkəran" müəmması
21:31
“Makkabi” T-Ə - “Xəzər Lənkəran” oyunu öncəsi "Xəzər Lənkəran" müəmması

            Bildiyimiz kimi komandamız Avropa Liqası II təsnifat mərhələsində İsrailin paytaxtı olan Təl-Əviv təmsilçisi "Makkabi” klubu ilə rəqib olub. Bu ayın 14-də ilk qarşılaşma Təl-Əvivdə olacaqsa, cavab matçı isə iyulun 21-i Lənkəranda, doğma meydanda olacaq. İndiyə qədər bir neçə dəfə qitə yarışlarında iştirak etsək də, rəqiblərimiz heç də asan olmayıb. Təkcə ötən Avrokubok mövsümü nisbətən zəif adlandırılması mümkün olan Moldovanın "Olimpiya” Beltsı komandası keçiləsi rəqib olsa da bu da reallaşmadı. Çox təəssüf ki, keçən mövsümə qədərki, Avropa miqyaslı yarışları doğma şəhərdə qəbul edə bilməyən komandamız ilk belə qarşılaşmanı evdə uduzmasa da 1:1-lik bərabərliklə keçə bilmədi. Lakin sözü gedən oyun ərəfəsi komandada ab-hava nisbətən qaneedici olmadığından ilk beynəlxalq matçımızda qələbə qazana bilməmişdik.

            İndi isə ab-hava tam normaldır. Baş məşqçimiz Mirça Rednik öz professionallığını və yüksək insani keyfiyyətlərini çoxdan ortaya qoya bilmişdir. Bunun nəticəsidir ki, həm azarkeşlərimiz onu çox yüksək olaraq dəyərləndirir və çox sevir. Klub rəhbərliyi də bu mütəxəssisin işindən razı olduğu üçün ona lazımi dəstəyi verir və tam olaraq arxasında olduğunu nümayiş etdirir. Beləliklə, ""Böyük "Xəzər Lənkəran” ailəsi”ndə hər şey normaldır və hər üç tərəf bir-birinə qarşılıqlı dəstəyini əsirgəmədən nümayiş etdirə bilir. Hər üç tərəf bir-birinin işindən razıdır desək daha düz olar. Məhz bu amil qələbələrin qazanılmasında başlıca şərtdir.

            İndiki Avrokubok ərəfəsində belə bir ab-hava ilə istənilən II və ya III mərhələdəki rəqibləri keçmək mümkündür. Baxmayaraq ki, "Xəzər Lənkəran” bu turnirlərdə mərhələ adlamayıb, amma indi bunun da zamanının yetişdiyini hiss etmək, yaşamaq bizim də nəsibimiz olacaq İnşAllah. Bütün uğursuzluqlara "Dur!” deməyin vaxtı olduğu kimi, bu sindroma da "Dur!” deməyin vaxtının çatdığı hiss olunur. Amma rəqib "Makkabi”dir. Həmişəki rəqiblərdən daha güclü, daha təşkilatlanmış bir komandadır. Bu komanda keçən əsrin əvvəllərində təsis olunsa da artıq qrup mərhələlərində iştirak etməklə Avropanın "Ayaks”, "Yuventus” kimi ən adlı-sanlı klublarına qalib gəlib, heç-heçə etməklə, öz sözünü futbolun vətəni olan qitədə sübut eləyə bilmişdir. "Makkabi” kimi bir klub son illər qatıldığı Avropa yarışlarında ilk mərhələdən və ya II təsnifat mərhələsindən başlasa belə turniri davam etdirib. İndi biz "Xəzər Lənkəran” olaraq son illərin "Makkabi”sini qatıldığı mərhələdən kənarlaşdırmaq kimi çətin bir işin öhtəsindən gəlməliyik. Həqiqətən də bu heç də asan bir məsələ deyil. Komandamızın bunu bacaracağına inanırıq.

            Bu inamın isə bir neçə səbəbləri var. Yuxarıda dediyimiz kimi, komandada gözəl ab-hava bütün tərəflərin bir-birinə qarşılıqlı dəstəyi nəticəsində hökm sürür. Özünü sübut etmiş Mirça Rednik digər Rumın komandası ilə İsrail komandasını keçməklə bunu bacarmış birisidir. Bu da komandada mərhələ keçmək üçün böyük əminliyə bir işarədir. Lakin ən başlıca cəhət isə çoxlarının tənqid etdiyi bir nüansdır. Bildiyimiz kimi "Xəzər Lənkəran” bu məsul oyun öncəsi heyətini böyük ölçüdə yeniləməkdədir. Bu yenilik isə bir çoxları tərəfindən tənqid olunur. Gəlin görək çoxları tərəfindən tənqid olunan bu məsələdə yaxşı olan cəhət nədir.

            Hamıya gün kimi aydındır ki, bütün oyunlarda, istər daxili yarışlar olsun, istərsə də beynəlxalq yarışlar, komandalar bir birini tanımaq üçün, rəqibə qarşı oyun qurmaq üçün onun yaxşı və çatmayan cəhətlərini incələyir. Məhz bundan sonra rəqibə qarşı taktik plan hazırlayıb sonra oyuna çıxır. Gəlin görək əsasən heyətini dəyişmiş və hələ heç bir rəsmi oyuna çıxmamış "Xəzər Lənkəran”a qarşı belə bir seçim varmı? Əlbətdə yox! Bu dəqiqə demək olar ki, rəqib baş məşqçi İvanirin qarşısında duran ən çətin sual elə budur. İvanir ayrı-ayrı futbolçuların oyun keyfiyyətləri barədə məlumat toplaya bilər. Lakin onların bir yerdə yeni komandada necə və hansı mövqelərdə çıxış edəcəkləri haqda əlbətdə məlumatsızdır. Kimin start heyətində olacağı və nə vaxt yeni futbolçularla əvəzlənəcəyi onun üçün müəmma olaraq qalır. Komandamızın Rednikin vaxtında əvvəlki oyunlarını müzakirə edə bilsə də "Makkabi”yə qarşı hansı planda çıxacağı isə tam müəmmadır. Bunu dəqiqləşdirmək üçün yoxlama oyunlarımızı izləmək isə onu çaş-baş da sala bilər. Bəli, bəlkə də bu bizim rəqib qarşısında ən üstün cəhətlərimizdən biridir, nəinki çoxlarının dediyi kimi çatmayan cəhətlərimizdən. Düzdür bunun futbolçuların bir-birinə uyğunlaşma baxımından nöqsanları da olmamış deyil. Lakin rəqibin bizim haqda demək olar ki, məlumatsız olması bizim xeyrimizə işləyən amil kimi daha önəmlidir.

            Mirça Rednik bir mütəxəssis kimi "Xəzər Lənkəran”da təxminən bir ildir ki, fəaliyyət göstərir. Bu bir ildə isə üç transfer dövrü yaşamışıq. Bu üç transfer dövründə isə komandaya get-gedə səviyyə baxımından daha güclü futbolçular cəlb olunub ki, bunun da bəhrəsini heç kim inkar edə bilməz. Məhz qısa vaxtda çox sürətli və bacarıqlı komanda yığmaq baxımından Rednik özünü sübut eləmiş bir mütəxəssisdir. Onun dövründə mərhələ-mərhələ yenilənən "Xəzər Lənkəran”ın hamımız necə gücləndiyinin şahidi olmuşuq. Böyük əngəllərə baxmayaraq komandamızın çempionatı uğurla bitirməsi çox şeydən xəbər vermirmi?

            Tez-tez böyük ölçüdə heyət dəyişməni tənqid edənlərin daha bir arqumenti də var. Yəni onların baxışınca nə üçün güclü heyət qurmaq istəyən Rednik, elə lap əvvəldən mükəmməl heyətini qurmur. Bu arqumenti səsləndirənlərə cavab belədir. Məgər mükəmməl heyət qurmaq bu qədər asandır? Mükəmməl heyət qurmaq üçün səviyyəli futbolçuların alınması əsas şərtdir. Səviyyəli futbolçular isə kifayət qədər vəsait tələb edir. Klubun sponsoru da böyük pulları əlbətdə ki, havaya sovurmaqda maraqlı deyil. Əvvəlcə klubun sponsoru nisbətən az xərc çəkməklə məşqçinin işinə bələd olmalı, ona etibar etməli və nəticə olacağı təqdirdə ona inanıb külli vəsaitin buraxılmasına qərar verməlidir. Bunu üçün uzağa da getmək lazım deyil. Keçən mövsüm məşhur məşqçi Vinfred Şeferin bahalı futbolçular alaraq "Bakı” klubunda heç bir nəticə almamasını misal gətirmək olar.

            Qaldı ki, məşqçi işinə bələd olaraq mərhələlərlə ona daha böyük imkanlar yaradılmasının daha başqa üstün cəhəti də var. Çempionatımız o qədər də tanınmış deyil deyə, bir sıra adlı-sanlı futbolçuların ölkəmizə gəlməsi onlarda tərəddüd doğurur. Lakin onlar görəndə ki, az əvvəl tanıdıqları futbolçular hansısa komandaya transfer olunub, indi həmin komanda daha böyük iddialarla fəaliyyətini davam etdirir, o halda o, daha tərəddüd etmədən müqaviləyə imza atmağa meyilli olur. Budur mərhələ-mərhələ inkişafın əsas şərtlərindən biri. İndi "Xəzər Lənkəran” bu yolun çox hissəsini arxada qoymuş kimi görünür. Həm də biz "Makkabi” üçün nə qədər müəmmayıqsa, onlar bizim üçün heç də müəmma deyillər. Bəlli oyun üslubları var. Tanınmış mütəxəssis olan Mirça Rednik də bütün bunları incələyərək, rəqibin necə keçiləcəyini artıq bilməmiş deyil. Uğurlar "Xəzər Lənkəran”ımıza!       

Views: 536 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (09/İyul/2011 12:33) [Daxil Olunan]
Elbette, Cenab Rednik bunu "merhele- merhele" ve ya "etap-etap" etdi. Cunki basga cur alinmayacagdi. Dunya seviyyeli oyuncu kicik Lenkeran sheherine bir basa gele bilmezdi. Bunun ucun kimlerinse burda oyanamsi vacib idi. Bu bele de oldu. Pit, Wobay ve s kimi oyuncular gelmekle diger oyuncularin diggetini celb etdiler. Elbette Cenab Rednikin de dunyada taninmasi bunlarin en baslica amili idi. Ona gore eziz Xezerseverler, biraz sebr edin. Komandaya ve mesgcimize inanin.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz