Cümə Axşamı, 28/Mar/2024, 19:35
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 15 » Mərhələ keçməyimiz mümkündür!
15:15
Mərhələ keçməyimiz mümkündür!
   

Nəhayət, həyəcanlı dəqiqələr gəlib çatdı. Komandamızın İsrail səfəri həyəcanını 2000-dən çox azarkeş doğma "Fırtınalar Meydanı”nda birlikdə izlədi. Əslində bu azarkeş sayının özümüzə uyğun olaraq daha çox olacağı gözlənilirdi. Görünür oyunun translyasiyasının son üç gün ərzində baş tutacağı məlum olduğundan, yalnız bundan sonra bizim "Bosman” fanklubunun ideyası, əməli fəaliyyəti ilə və "12-ci Oyunçu” azarkeş qrupunun yaxından köməyi ilə birlikdə bu layihəni həyata keçirmək uğrunda hərəkətə keçməyimiz, vaxt azlığı ucbatından olan bir haldır. Həmçinin bu ideyanı irəli sürərək, bizim stadion rəhbərliyinə müraciətimiz, bunun texniki cəhətdən mümkün olub-olmayacağı cavabını alınca və texniki işçi heyətinin burada olmadığı xəbərləri mətbuatda yayılınca, bir sıra azarkeşlərimizdə bunun bəlkə də alınmayacağı qənaətini yaratmış və riskə getməyərək elə evdə televizor vasitəsi ilə sevimli komandalarının oyununu izləmək imkanının qaçırılmaması fikrini yaratmışdı. Oyuna bir gün yarım qalmış vaxt ərzində böyük sayda insanlara xəbər çatdırmaq isə əlbətdə asan bir iş deyil. Amma bu qısa vaxt ərzində 2000-dən daha çox sayda insanın doğma arenaya toplaşa bilməsi və "Xəzər Lənkəran”ın oyununu birlikdə izləməsi ilə bu həyəcanı yaşaması komandaya buradan mənəvi dəstəyin verilməsi çox böyük bir hadisədir və bununla "Xəzər Lənkəran” azarkeşi daha bir ilkə imza atmış oldu. Bu ilkə imza atmağımızda və komandamıza uzaqdan görünməmiş bir dəstək nümayiş etdirməyimizdə əvəzsiz rolu olan "ANS” telekanalına və obyektiv aparıcılığına görə isə İlqar Mikayıloğlu və tərəfdaşı Mehman Rəsulova, ""Xəzər Lənkəran” Mərkəzi Stadionu”nun rəhbərliyinə, başda Höccət Hacıyev olmaqla sonsuz təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bir həftə sonra elə bu telekanalın və bu aparıcılarımızın əməyi sayəsində evdəki oyunumuzun translyasiyasının sonunda komandamız ən azı 2:0 hesabı ilə qalib gəlməklə, mərhələ keçən tərəf olacaq.

Keçək oyuna. "Makkabi” kimi güclü rəqiblə ev oyununda, Hollandiyanın "Ayaks” klubu məğlub olmuş, İtaliyanın və Avropanın ən sayılan klublarından "Qoca Senyora” ləqəbli məşhur "Yuventus” klubu isə güclə bərabərə qala bilmişdi. Bu futbol tarixinə həkk olmuş bir faktdır. "Ayaks” "Blumfeld” stadionunda 1:0 məğlub olubsa, "Yuventus” güclə bir top vuraraq 1:1 bərabərə qala bilmiş və "Makkabi” məğlubiyyətindən belə demək mümkünsə, canını qurtara bilmişdir.

Buyurun, bir neçə il sonra heç də pis günlərini yaşamayan həmin "Makkabi” ilə oyuna, həmin "Blumfeld” stadionunda "Xəzər Lənkəran” çıxdı. Komandamız oyuna heç də pis başlamadı. İlk iyirmi dəqiqə ərzində mərkəzdən və cinahlardan kəskin hücümlar qura bildik və "Makkabi”ni təzyiq altında saxlamaq mümkün oldu. Bunu rəqib baş məşqçi Motti İvanirin tez-tez ekranlara gələn həyəcanlı sifəti və həyəcanlı hərəkətlərindən də görmək mümkün idi. 20-ci dəqiqədən sonra təşəbbüsü əldən verməyə başladıq. Bunun nəticəsi olaraq müdafiəmizdə olan problemlər görünməyə başladı. Bu səbəbdən də ilk qolu buraxmış olduq. Amma ilk qolu buraxmamıza səbəb tək bu deyildi. Topu ələ keçirərək, yeni hücuma başlama cəhdimiz zamanı, futbolçumuzun (ruhdan salmamaq üçün ad çəkməyəcəyəm) mərkəzə yaxın ərazidə,  artıq aldatma hərəkətinə yol verərək rəqibi keçmək istəməsi və bunun nəticəsində topu rəqibə qapdırması ilk qolu buraxmamıza səbəb oldu. Bu ümumiyyətlə futbolda belədir. Topu ələ keçirib hücuma başlayanda bütün komanda bir "yay” kimi açılmış olur və həmin anda komanda hücuma sanki köklənir. Belə artıq hərəkətdən sonra, xüsusən mərkəzə yaxın ərazidə top itirildikdə və hücuma köklənən komanda bir andaca müdafiə olunmaq üçün düşünməli olur və "sıxılmış yay” vəziyyətini almalı olur ki, bu da həmişə mümkün olmur. Bu heç bəzən təcrübəli və üzvləri uzunmüddət bir yerdə oynayan komandalarda belə, "açılmış yay” vəziyyətindən ani olaraq "sıxılmış yay” vəziyyətinə keçməyin həmişə mümkün olmadığını göstərirsə, bunun yeni formalaşdırılmış heyətimizdə daha ləng alınmasını dərk etmək lazım idi ki, məqamında ötürmə etməyib, artıq aldatma hərəkətlərinə yol verərək topu itirmək və hücuma köklənmiş komandanı müdafiədə pis vəziyyətə qoymaq kimi düşüncəsiz hərəkətlərə yol verməyəydik.

Daha sonra təşəbbüsü əldən verməyimiz təbii ki, topa rəqibin daha çox nəzarət etməsinə və ardıcıl hücumlar təşkil etmələrinə səbəb oldu ki, bunun da nəticəsi olaraq qapımızda daha iki qol gördük. Sonuncu qolu hakim vurdu desək daha düz olar. Çünki, Kamranın artıq əllərinin içində olan topa rəqib futbolçunun təpiklə zərbə endirərək onu qapıçımızın əlindən çıxarması və qapımıza göndərməsi heç də beynəlxalq aləmdə həmişə qol sayılmır və centlmenlikdən kənardır. Özü də bunun nəinki cərimə meydançasında, hətta qapıçı meydançasında olması, doğurdan da "Xəzər Lənkəran”ın hakimliklə bağlı bəxtinin olmamasını təsdiq edir. Bir neçə il bundan əvvəl, burda Zaqreb "Dinamo”su ilə 1:1-lik bərabərlikdən sonra, səfərdə ilk qolu vuraraq sonradan Zaur Ramazanovun qaydalar çərçivəsində vurduğu ikinci qolu hakimin hansı səbəbdən hesaba almamasını da əlavə etmək lazımdır. Bunu tək mən demirəm. Dünən verilişin aparıcıları olan İlqar Mikayıloğlu və Mehman Rəsulov da təsdiq edirdilər. Mən "Xəzər Lənkəran” azarkeşiyəm, İlqar və Mehman bəy də bir azəbaycanlı kimi beynəlxalq oyunda komandamıza simpatiya bəsləyə bilərlər. Bəs rəqib düşərgəyə nə deyirsiz. Bu qoldan sonra bir çox İsrail mətbuatında, "Bu qolu sənə yaraşdırmadıq "Makkabi”” fikirləri daha çox yer alıb. Belədə hesabın 2:1 olması daha məntiqli olacaqdı ki, hakim yenə öz damğasını vurdu. Bu daha üstün oyun sərgilədiyimiz ikinci hissədə baş verdi. Belə ki, topu cərimə meydançasında rəqibindən də keçirib qapıya zərbə endirəcəyi halda, arxadan-önə ayaqlarından zərbə alaraq yerə yıxılan Emeka Oparanın epizodunda ya ikimetrlikdən ikinci qolumuzu boş qapıya göndərəcəkdik və ya buna "imkan verilmədiyi” təqdirdə penaltidən hesabı bərabərləşdirməli olacaqdıq və məntiqlə həmin futbolçu qırmızı vərəqə alaraq (son ümid folu) komandasını qalan dəqiqələrdə azlıqda qoymuş olacaqdı ki, bunun da ən azı oyunun 2:2 hesablı sonuclanmasına səbəb olması ağlabatan idi. Bunu da tək mən demirəm. Futbol biliyinə sahib olan hər kəs gördü ki, "Xəzər Lənkəran” necə mübarizə apardı, maraqlı və məzmuniu oyun göstərə bildi.           

Bütün bunlar göstərir ki, "Xəzər Lənkəran” hələ mübarizədən qopmayıb. Allahın köməyi ilə bütün bu keyfiyyətlərə bəzi məqamları da əlavə etsək, ruhdan düşməməliyik. Səfərdə 3:1 hesablı məğlubiyyət əslində pis nəticə sayılmır. Bura, yerli publika qarşısında böyük təzyiqlə üzləşəcəyini də əlavə etsək, "Makkabi”yə 2:0 hesabı ilə qalib gəlməyimiz nəticəsində mərhələni keçən tərəfin sonda biz olacağımızı düşünmək heç də mümkünsüz deyil. İnşAllah bu belə də olacaq. "Xəzər Lənkəran” buna layiq olduğunu göstərdi.

Bura bir məsələni də əlavə etmək istərdim. Bildiyimiz kimi bu günlərdə Azərbaycanı Avropa turnirlərində üç komandamız "Neftçi”, "Qarabağ” və "Xəzər Lənkəran” təmsil edir. Bu üç komandanın göstərdiyi nəticələr qarşılıqlı olaraq da bir-birinə təsirsiz ötüşmür. Belə ki, püşkdə ən çətin rəqiblərin məhz "Neftç” və " Xəzər Lənkəran”a düşməsi də hər kəsə bəllidir. Müvafiq olaraq Zaqreb ”Dinamo”su və Təl-Əviv "Makkabi”si ikinci təsnifat mərhələlərində rast gəlməsi mümkün olacaq rəqiblərdən ən çətinləri idi.  "Neftçi”nin bir gün əvvəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə "Dinamo” Zaqrebə 3:0 hesabı ilə məğlub olması Avropa Liqasında da çıxış edən komandalarımıza təsirsiz ötüşmədi. Bu psixoloji amil xüsusən yerli oyunçulara təsir baxımından qorxulu idi ki, elə bu da baş verdi. "Xəzər Lənkəran”ın ən çox sarsıldığı mövqelər elə yerli futbolçuların çıxış etdikləri mövqelər idi. "Qarabağ” da əsasən yerli futbolçulardan təşkil olunduğuna görə bu amil onlara da təsirsiz ötüşmədi. Beləki, "Qarabağ” hesabda öndə və həmçinin rəqibinin çox da güclü deyil, özündən qat-qat zəif olmasına baxmayaraq qələbə hesabını qoruyub saxlaya bilmədi. Bu dediyim sırf psixoloji amillə bağlı olan bir məsələdir. Yoxsa, "Qarabağ” həm reytinqinə və həm də son illər Avropa səhnəsindəki çıxışına görə səfərdən ayrı bir hesabla qayıtmalı idi. Bütün bu rəqiblərlə cavab oyunlarında hər üç komandamıza qələbələr arzu edirik ki, qoy onların qələbəsi bir-birinə ruh verərək lazımi nəticələri qazanmaqda qarşılıqlı stimul olsun. Beləliklə, növbəti həftədə, cavab oyunlarından sonra daha nikbin yazı ilə görüşəcəyimə inanıram.

Mirhafiz M. Babayev

Views: 657 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 aziz kepezli   (15/İyul/2011 17:18) [Daxil Olunan]
xezer inaniramki 2-0 udacaq

0  
1 Demir Agaci   (15/İyul/2011 15:44) [Daxil Olunan]
Butun Xezer Lenkeran ailesine, ANS tv emekdaslarina tesekkur edirik. Inshaallah cavab oyununda gozel oyun gosterib qelebe qazanib merheleni kecen biz olariq. Niye de olmasin. Butun azarkeslerin uzerine boyuk isler dusur. Dyanmadan qisqirmaq. Oyundan bir nece degige hemise qisqirirlar, oyuna catanda hec kim qisqirmir. Bunu emelli basli duzeltmek lazimdir. Ugurlar

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz