Cümə Axşamı, 26/Dek/2024, 22:12
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
2930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Aprel » 24 » Lənkəranda “El-Klasiko”
16:24
Lənkəranda “El-Klasiko”


            Kimin üçünsə futbol yalnız iş ola bilər. Amma bizim üçün futbol həyat tərzidir. Hərdən uzaqlaşmaq istəyirəm bu söz-söhbətdən, gələcəyi çox dumanlı görünən futbolumuzdan, amma alınmır. Çünki nə qədər gileylənsəm də, futbolla yaşamaq həm də zövq verir mənə. Elə növbəti zövq arzusu ilə Lənkərana yollandım, daha doğrusu yollandıq – mən, Elçin Cəlilov, Əli Sahib və azarkeş Kənan Quliyev.
            Əli ilə yol getmək maraqsız ola bilməzdi. Sükan arxasında olan Kənan da bizi darıxmağa qoymurdu. Hər halda maşın sürməklə raket sürməyi səhv salan Kənana hələ həyat sürmək istədiyimizi izah edə bildik. Maraqlı söhbətlər, məzəli əhvatlar, yol boyunca jurnalistlərlə Çində ali təhsil alan Kənan Quliyevin fikir mübadilələri-bir sözlə yol bizi yormadı.
            Nəhayət Lənkəran şəhəri, dayanacaq "Xan Lənkəran” restoranı. "El-Klasiko”ya bir saat qalır. Administratorun "televizoru olan kabinet yoxdur” cavabı bizi məyus etsə də, problem çözülür. Qələm əhlinə hörmət nümayiş etdirən restoranın direktoru öz kabinetini bizim ixtiyarımıza verir. Oyunun başlamasına bir neçə saat qalmış "mundial.az” saytının təsisçisi Rüstəm Əhmədov da bizə qoşulur. Barselona, yoxsa Real? Müxtəlif versiyalar səslənir.
            Sona qədər "Barselona”nın qələbəsinə inansam da, "insanlar çox vaxt reallığı yox, görmək istədiklərini görürlər” düşündüm. "Real” qələbə qazandı və çempionluğuna şübhə yeri qoymadı. Təbriklər!
            Səhər oyananda qaldığım mehmanxana ilə üzbəüz yerləşən meydançada uşaqların futbol oynadığı gözümə sataşdı. Mehmanxananı tərk edib meydançaya tərəf getdim. Təxminən yarım saat uşaqları izlədim və bir daha əmin oldum ki, burada sərvət var. Sadəcə bu sərvətdən düzgün yararlanmaq lazımdır.
            Hələ Bakıda ikən Elçin Cəlilov bizi Lerikə aparacağına söz vermişdi və sözünün üstündə dayandı. Lerik məni valeh etdi. Həqiqətən də Allah bizim təbiətimizdən heç nəyi əsirgəməyib. Kaş ki cəmiyyəti də təbiəti kimi olaydı bu məmləkətin…
            Təbiət qoynunda istirahət etdikdən sonra nəhayət "Böyük oyun”a yollandıq. İkinci dəfə idi ki, Lənkəran şəhər stadionuna gəlirdim. Buradakı ab-hava həqiqətən də möhtəşəmdi. Sanki xarici ölkə çempionatının oyununu izləməyə gəlmisən.
            Hiss olunurdu ki, azarkeşlər "Neftçi”nin çempionluğunu Lənkəranda rəsmiləşdirmək ehtimalını yaxın buraxmırlar. Fanatlar mövsümü pis keçirən "Xəzər Lənkəran”dan qələbə gözləyirdilər.
            Oyun "Neftçi” üçün yaxşı başlamadı. Artıq görüşün əvvəlində Bahodir Nasimovun zədələnməsi qonaqları çətin vəziyyətə saldı. Ümumiyyətlə 90 dəqiqə ərzində çox sərt mübarizə keçdi ki, bu da anlaşılandı. Mövsümü boşa verən "Xəzər Lənkəran” üçün bu yalnız 3 xal oyunu deyildi…
            Həmişə deyirlər ki, azərbaycanlı futbolçulara güvənmək olmaz. Amma Lənkəranda əksini gördüm. Yunis Hüseynov 3 xalı məhz bizimkilərin hesabına qazandı. Son dəqiqələrdə Kamran Ağayevin möhtəşəm "seyv”i olmasaydı… Meydanın hər qarışı uğrunda mübarizə aparan Elnur Allahverdiyev sona qədər döyüşdü və qələbədə böyük pay sahibi oldu. Və Rahid Əmirlquliyev.
            Rahid Əmirquliyev sadəcə möhtəşəm futbolçudu. Meydanın hər yerində Rahid var idi. Sadə və eyni zamanda son dərəcə ağıllı oyun sərgiləyən Əmirquliyev komandanın düşünən beynidir. Rəqibin hücumunun qarşısını alır, öz komandasının hücumunu qurur. Bu futbolçuda nə yoxdur? Onun oyununu izləyərkən yenə Berti Foqtsu qınadım. Alman mütəxəssis millinin oyunlarında Rahid Əmirquliyevin yanında Vurğun Hüseynovla Aleksandr Çertoqanovu oynadır. Amma Rahidlə yanaşı Namiq Yusifov və Rəşad Sadiqov çıxış etsəydi, müdafiədən hücuma çıxmaqda sıxıntı çəkməzdik. Təbii ki, mənim fikirlərim Foqts üçün maraqlı deyil!
            Maraqlıdır ki, Rahid Əmirquliyev bu mövsüm əla oyun sərgiləsə də, heç vaxt "ayın futbolçusu” seçilməyib!
            "Xəzər Lənkəran”ın 1-0 hesablı qələbəsi ilə sona çatan oyundan sonra izdiham var idi. Lənkəranlı fanatlar sanki çempionluğu qeyd edirdilər.
            "Neftçi” tərəfi isə narazı idi. Elçin Məmmədovun idarəçiliyi qane etməmişdi qonaqları. "Neftçi” rəsmiləri xüsusilə qol vurulan epizodda təyin olunan cərimə zərbəsini yanlış hesab edirdilər. Yeri gəlmişkən, lənkəranlı fanatlar da hakimlikdən gileylənirdilər.
            Oyun bitdikdən sonra dəhlizin kənarında dayanıb baş verənləri izləyirdim – klub rəsmilərinin davranışları, futbolçu emosiyaları və s.
            Bəzən baş verənləri kənardan izləmək lazımdır ki, bu gün qərar verənlər sabah izləyici olanda, düzgün qərar verməyi bacarasan!

Emin Abbasov. xezerxeber.com


I-altılıq
1 Neftçi 29 19 3 7 53-26 60
2 İnter 29 15 7 7 28-20 52
3 Qarabağ 29 14 8 7 34-22 50
4 Xəzər L 29 16 6 7 39-26 48
5 Bakı 29 14 5 10 40-31 47
6 Qəbələ 29 13 6 10 37-31 45

II-altılıq
1 AZAL 29 11 7 11 43-43 40
2 Rəvan 29 8 10 11 30-35 34
3 Kəpəz 29 8 5 16 32-48 29
4 Simurq 29 7 8 14 25-40 29
5 Turan 29 6 6 17 24-38 24
6 Sumqayıt 29 5 5 19 23-48 20

Views: 509 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Fikrət Həşimov   (26/Apr/2012 21:46) [Daxil Olunan]
Emin PFLin prizedenti olsa bax onda futbolumuzda inkişaf olacaq

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz