
Fürsət tapıb qapıçılarla işləyən məşqçi Hafiz Əliyevlə və Kamran Ağayevlə də söhbətləşə bildik. Hafiz bəyə ünvanladığımız sual belə oldu: "Hafiz müəllim, işlər necə gedir?”
- Xoş gördük. Gördüyünüz kimi işlərimiz qaydasında gedir. Hər üç qapıçımız bu an məşqdədirlər. Kamran da zədəsini sağaltmaq üzrədir. Böyük ehtimalla növbəti oyunda meydana çıxa biləcək. Bəlkə də əminliklə demək olar ki, elə "Simurq”la oyunda qapını Kamran qoruyacaq.
Kamrana yaxınlaşıb zədəsinə keçmiş olsun dedik və özünü necə hiss etdiyini soruşduq. Cavabında Kamran Ağayev bunları dedi:
- Gördüyünüz kimi məşqə çıxmışam. Lakin iki həftədir ki, məşq etmədiyimdən hələ tam hazır olduğumu deyə bilmərəm. Amma, Allah qoysa bu məşqlərdən sonra hər şeyə aydınlıq gələcək və qarşıdakı oyunda iştirak edib-etməməyim məlum olacaq. Mən də bunun üçün çalışıram. Elə bilirəm ki, hər şey yaxşı olacaq. 




|