Bu
gün "Bosman” fanklubu olaraq "Xəzər Lənkəran”ın XIV turda "Simurq”la matça
hazırlaşdığı Bakı şəhərində ""köhnə "Neftçi”baza””da keçirdiyi məşqdə iştirak etdik. Yəqin "Simurq”un
ev oyunlarını keçirdiyi meydan süni örtüklü olduğundan məhz hazırlıq üçün bu məkan
seçilmişdi. Onu da qeyd edək ki, bu gün məşq göstərilən məkanda saat 16:00-da
başladı. Fanklub olaraq məşqdə iştirakımızın bir neçə səbəbi var idi. Bu məqsədlə
baş məşqçi Mirça Rednik başda olmaqla komandanın bir neçə üzvü ilə də görüşdük.
Yalnız onun icazəsindən sonra məşq prosesindən foto və video çəkilişlər apardıq
həmçinin bəzi suallarımız oldu. Baş məşqçiyə isə ünvanladığımız suallarla və
onun cavabları ilə növbəti yazıda tanış ola biləcəksiniz. Həmçinin çəkdiyimiz
foto və videoları saytımızda təqdim edəcəyik. Bununla da komanda ətrafında
yaranan söz-söhbətlərin nə qədər şayiə olduğu ortaya çıxacaq. Komanda demək
olar tam heyətlə məşq edir və bəzi söz-söhbətlərə görə heç kim komandadan nə
qovulmayıb, nə də uzaqlaşdırılmayıb. Onu da bildirək ki, komanda sabah səhər məşqinə
də Bakıda çıxacaq və böyük ehtimalla sabah gün ortası Zaqatalaya yola düşəcək.
Saytımızı izləyin.
|