Təxminən bir həftə idi ki, sevimli
komandamız olan "Xəzər Lənkəran” haqqında müxtəlif söz-söhbətlər yayılırdı.
Komandanın baş məşqçisi bütün "Xəzər Lənkəran” ailəsinin sevimlisinə çevrilən təcrübəli
mütəxəssis Mirça Rednikin komandadan ayrılacağı xəbərlər belə dolaşmağa
başlamışdı. Bu bütün hər kəsi narahat edirdi. "Xəzər Lənkəran” azarkeşi heç vəchlə
belə bir mütəxəssisi itirmək istəmirdi.
Bunun üçün azarkeşlər o qədər nigaran idilər ki, hətta müxtəlif
formalarda müraciətlər edirdilər. Biz də klubub fəxri prezidentinə müraciət
ünvanlamışdıq. Müraciətdə "Xəzər Lənkəran” adlı gəminin əvvəlki kimi iddialı
olaraq yoluna davam etməsini istəmişdik. Sonra
bu haqda azarkeşlərin ürəyincə olan məlumatlar yayıldıqca, onlar bir qədər
rahatlıq tapdılar və komandalarının doğma şəhərə nə vaxt dönəcəyi haqqında
fikirləşirdilər. Bəli komanda Lənkərana döndü və əvvəlki kimi böyük sevgi ilə
qarşılandı. Lakin Lənkərana dönən komandanın tərkibində baş məşqçimiz Mirça
Redkik olmayınca yenidən narahatlıqlar və şayiələr baş alıb getdi. Biz bu ərəfədə
də artıq Bakıda olan Mirça Redniklə görüşə bildik və onun bizimlə söhbətdə müəyyən
məsələlərə aydınlıq gətirə bildik. Lakin komandanın birdən-birə strategiyasının
dəyişməsi ilə əlaqədar yaranan problemlər və komandanın daha iddialı ola bilməyəcəyinin
onun üçün çətinlik yaratdığını bildirdi. Lakin komanda əvvəlki kimi iddialı
olacaqsa, onun burada qalıb işləməsinə heç bir problemin olmayacağını da
bildirdi. O, bunu çoxminli azarkeşlərin ona verdiyi dəyərlə əlaqələndirdi və
onu da bildirdi ki, qarşılıqlı olaraq o da azarkeşlərimizə çox hörmətlə yanaşır
və onları çox sevir. Belə olan halda niyə də davam etməyək?
Vəziyyət son iki gündə yenə qarışmış
oldu. Belə ki, müxtəlif informasiya vasitələrində Mirça Rednikin hansısa Azərbaycan
klubuna keçəcəyi haqqında xəbərlər dolaşmağa başladı. Hətta xəbərlərin birində
onun "Neftçi” komandasına keçəcəyi belə göstərilirdi. Bu əlbətdə azarkeşlərimizi
yenidən ayağa qaldırmış oldu. Bu informasiyaların haradan qaynaqlanması isə
onları yayan portallar tərəfindən açıqlanmırdı. Elə isə bunda məqsəd nə idi?
Biz də xeyli dərəcədə fəallıq göstərərək, dünən axşam saatlarında yenidən baş məşqçi
ilə telefon əlaqəsi saxladıq və o artıq klub prezidenti ilə görüşdüyünü deyərək
sabah (bu gün) məsələləri müzakirə etdiklərini bildirdi və yalnız səhər saat
10:00-radələrində son sözünü deyəcəyini bildirdi. Belə olan halda biz onunla
görüşüb azarkeşlərimizin yalnız onu baş məşqçi postunda görmək istəklərini ona
deyib bir daha onu buna inandırmağa çalışmaq istəyimizin olduğunu bildirdik. Hətta
onun mobil telefonuna hisslərimizi ifadə edən mesaj da göndərdik (bu haqda
artıq məlumatlısınız). Təxminən üstündən saatyarım vaxt keçdikdən sonra o bizə
telefon açaraq səhəri gözləmədiyini və artıq qərar verdiyini söylədi: "Heç
narahat olmayın, biz yenə bir yerdəyik” fikrini söylədi. Belə olan halda
azarkeşlərimizə sürətlə yayılan bu xəbər və onların bir-birlərini təbrik etməsi
prosesi başladı və hamı bu gün axşam məşqində Mirça Redniki düşərgədə görəcəyi
anı səbirsizliklə gözləməyə başladı. Ardından yenə bu gün səhərdən narahat xəbərlərin
dolaşdığını görən azarkeşlər yenidən pərişan olmağa başladılar və qeyri müəyyən
atmosfer axşam saatlarına qədər davam etdi.
Bu müddət ərzində müəyyən səbəblər üzündən ölkədə olmayan klub
prezidenti ölkəyə gələrək nəhayət ki, danışdı. O, "Lent.az” saytına verdiyi
müsahibədə bu barədə heç bir problemin olmadığını müxtəlif suallara cavab verməklə
aydınlaşdırdı. Bu açıqlamalardan sonra biz də bütün "Xəzər Lənkəran” azarkeşləri
kimi toxdaqlıq tapmış olduq. Klub prezidentinin cavablarında komandanın baş məşqçisinin
öz postunda fəaliyyət göstərdiyi və bütün legionerlərin düşərgədə olduğu və iki
gün sonra hamının Lənkəranda olacaqları haqqında olan bilgilər verməsi əlbətdə
narahat gözləyən azarkeşlərimiz üçün yəqin ki, bir stimul oldu. Axı bunu hər
hansı qeyri dəqiq informasiya vasitəsindən deyil, klub prezidenti və bir nömrəli
rəsmi şəxs olan Mais Mənsimov demişdi. Artıq bütün "Xəzər Lənkəran” azarkeşləri
kimi, biz də nigarançılığımızın arxada qaldığını düşünürük və iki gün sonra tam
heyətimizlə doğma meydanda məşqlərə başlayacağımızı səbirsizliklə gözləyirik.
Beləliklə klub prezidentinin "Lent.az” saytına verdiyi müsahibəni tam olaraq
diqqətinizə çatdırırıq:
Mais Mənsimov: "Elə olsa, komanda zəifləyə bilər” -
MÜSAHİBƏ
"Xəzər Lənkəran” futbol klubunun prezidenti
Mais Mənsimovun lent.az saytına müsahibəsi
- Avropa Liqasında mübarizəni dayandırmasından
sonra "Xəzər Lənkəran”la bağlı müxtəlif ziddiyyətli məlumatlar yayılıb. Əslində
vəziyyət nə yerdədir?
- Özüm hazırda Lənkərandan qayıdıram. Hər şey
qaydasındadır. O şayiələri yayanlar "Xəzər Lənkəran”ı sevməyənlərdir. Bunlar
onların buraxdığı şayiələr idi.
- Komandanız məşqlərə nə zaman başlayacaq?
- Hazırda futbolçular qısa müddətli istirahətdədirlər.
İki gündən sonra komanda Lənkərana yollanaraq yeni mövsümün hazırlıqlarına
başlayacaq.
- Mirça Rednikin taleyinə aydınlıq gəlib?
- Rednik komandamızın baş məşqçisidir və fəaliyyətini
davam etdirir. Hazırda o, Bakıdadır.
- Bəs legionerlər?
- Bütün legionerlər komandadadırlar. Heç kim heç yerə getməyib.
- Emeka Opara da?
- Bəli. Ümumiyyətlə, "Xəzər Lənkəran”da kimin qalıb-qalmayacağına
baş məşqçimiz qərar verəcək.
- İsrail "Makkabi”sini keçə bilmədikdən sonra
klubunuz strategiyasını dəyişərək yerlilərə üstünlük verəcəyini açıqladı. Amma
legionerlərin komandada qalacaqlarını deyirsiniz...
- Bəli, biz yerli futbolçu hazırlığına diqqəti artıracağıq. Amma
bu, o demək deyil ki, heyətdəki bütün legionerlərdən imtina etməliyik. Elə
olsa, komanda zəifləyə bilər.
- Hazırda yerli futbolçularla danışıqlar
aparırsınız?
- Bəli. Baş məşqçimizin istəyinə uyğun olaraq, heyətimizi yerli
futbolçularla da gücləndirəcəyik.
|