
Antalyada
təlim-məşq toplanışında olan "Xəzər lənkəran” yanvar ayının son günü vətənə dönəcək.
Burada bir çox yeni futbolçuları baxışdan keçirən və bir çoxlarını komandaya qəbul
etməyə hazırlaşan komandamız təlim-məşq toplanışı çərçivəsində 6 oyun keçirdi.
Dünən son sparrinq, Odessanın "Çernomorets” klubuna 2:3 hesabı ilə məğlub olan
komandamızın bir çox mövqeləri məşqçilər korpusunu qane etsə də, hücum xəttində
olan çatmamazlıq bu sarıdan qaneedici deyil. Buna görə də yoxlama oyunlarında
"Xəzər Lənkəran” heç də pis təsir bağışlamasa da yaratdığı qol epizodlarından
istifadə edə bilməməklə bu görüşlərin 4-də məğlub olub. Məhz bu çatmamazlığı
aradan qaldırmaq üçün klub rəhbərliyindən aldığı dəstəklə məşqçilər korpusu
ciddi olaraq hərəkətə keçib.
Komandanın
Antalyadakı düşərgəsindən gələn dəqiq xəbərə görə, adı bir müddətdir ki,
komandamızla birlikdə hallanan hücumameyilli yarımmüdafiəçi Syerra-Leonenin də
yığmasının şərəfini qoruyan Julius Uobay və hələlik adı açıqlanmayan daha bir
tanınmış futbolçu nə qədər yubansa da transfer müddəti bitməmiş birbaşa Lənkərana
gələcəklər. Bununla da komandamızın hücum xəttində olan çatışmazlığın aradan
qaldırılacağı güman edilir.
Biz "Xəzər Lənkəran”dan daha güclü olmağı gözləyirik.
Əlbəttə, Mirça Rednikə inamımız sonsuzdur. Onun quracağı komandada vaxt ötdükcə
futbolçular həm mühitə, həm də bir-birlərinə oyun baxımından uyğunlaşdıqdan
sonra ... Di gəl qabağında dur, görüm necə durursan...
|