Cümə Axşamı, 26/Dek/2024, 18:35
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Aprel 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 6
Qonaqlar: 6
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Aprel » 18 » İspaniyada “El Klassiko”, Azərbaycanda “El Hədərəko”
18:27
İspaniyada “El Klassiko”, Azərbaycanda “El Hədərəko”

            Dünyada bir çox ölkələrdə futbolun zirvəsi sayılan və derbi adlandırılan matçlar müəyyən adlar almışdır. İspaniya kimi futbol ölkəsində iki ən nəhəng və qədim klublar arasında yəni ən bahalı və iddialı olan "Barselona” və "Real” Madrid arasında keçirilən matçlar  "El Klassiko” adı almışdır. Bu həm də dünyanın bir nömrəli derbisi adını qazanmışdır. Madridin "Santyaqo Bernabeu” stadionunda aprelin 16-da keçirilən son "El Klassiko” 1:1 hesabı ilə bitsə də ilk dövrədə "Nou Kamp”da "Barselona” 5:0 hesabı ilə qalib gəlmişdi. Bununla da Maurinyolu "Real” ilk böyükhesablı və biabırçı məğlubiyyətini almışdı. 

            Ölkə çempionatında iki dəfə qarşılaşan bu komandalar, hələ bu il daha üç dəfə qarşılaşmalı olacaqlar. Bu qarşılaşmalardan biri yenə ölkə kubokunda, daha ikisi isə Avropa Çempionlar Kuboku yarışlarına belə demək mümkünsə, "El Klassiko” damğasını vuracaq. Demək olar həmişə xal ehtiyatında çox yaxın olan bu komandalar "El Klassiko”nu kim qazanırsa o da çempionluğa daha yaxın olur. Bura Avropadır, burada futbol çox inkişaf etmişdir və əlavə təsirlərdən uzaq olan futbol oyunlarına sahibdirlər.

            Başqa Avropa ölkələrinin də belə çempionata damğa vuran derbiləri var. Bizim müqayisə isə İspaniya "El Klassiko”su ilə Azərbaycanda keçirilən "Böyük Oyun” adı almış "Xəzər Lənkəran”la "Neftçi” arasında keçirilən oyundur. Əvvəla İspaniyada futbol maksimal inkişaf səviyyəsində olsa da Azərbaycanda yeni-yeni inkişafa başlayıb. Bu baxımdan bu iki ölkə çempionatlarının bu günki gününü müqayisə etmək mümkün deyil desək səhvsiz olar. Amma hər halda bəzi paralellər apara bilərik. Dediyimiz İspaniyada da ən güclü klublar, ortabablar və zəiflər mövcuddur. Bu elə bizdə də belədir. Orada "El Klassiko” çempionata öz damğasını vurursa, bizdə də bu "Böyük Oyun”la çempionat həyəcanı yaşanır. İspaniyada mərkəzi qarşılaşma olan "El Klassiko”nun bir tərəfi paytaxt Madridi təmsil edirsə, digər tərəfi başqa bir böyük region olan Kataloniyanın mərkəzi olan Barselona şəhərini təmsil edir. Amma bizdən fərqli orada "Barselona”ya əyalət klubu demirlər. Çünki söhbət futboldan gedirsə, nəinki İspaniyada hətta dünyada Barselona şəhəri əyalət yox, bir futbol məktəbi və futbol mərkəzi sayılır.

            Bizdə də "Böyük Oyun”un iştirakçı tərəflərindən biri paytaxtı təmsil edirsə, digəri olan "Xəzər Lənkəran” böyük bir regionu təmsil edir. Azərbaycan futbolu bu il 100-illiyini qeyd edirsə, bu yüzillikdə böyük payı olan Lənkəran futbolu da rəsmən 90-illiyini qeyd edir. Bu Cənub Regional Futbol Federasiyası (CRFF) tərəfindən rəsmən qeyd olunacaq tədbirlərdə öz əksini tapmış olacaq. İspaniyada olduğu kimi bir regionu təmsil edən "Barselona” futbol mərkəzi sayılırsa,  Azərbaycanın cənub regionunu təmsil edən "Xəzər Lənkəran” da böyük bir regionu təmsil etməklə ölkəmizin önəmli futbol mərkəzi sayılır. Daim iddialı olan Lənkəran təmsilçisi bu gün futbol adına yaratdığı şəraitə görə ölkənin bir nömrəsidir. Güclü və daim iddilı bir klub, gözəl stadion, baza və sair. Ən əsası isə futbolu sevən və doğma komandasına inanılmaz bağlı olan minlərlə ölçülən azarkeş kütləsi. Futbol azarkeşlər üçün oynanılır deyə bir məşhur kəlmə var. Bu kəlmə də Azərbaycanda yalnız "Xəzər Lənkəran” üçün söylənilə bilər. Çünki xüsusən ev, həmçinin səfər oyunlarını minlərlə azarkeş öz komandasının yanında olmaqla ona dəstək nümayiş etdirir. Ev oyunlarında stadionu tam doldurmaqla çılğın bir ab-hava yaradaraq sanki qədim və futbolun vətəni olan Avropada yaşadığımızı bir daha yada salır. Bunu biz demirik. Lənkəran publikası qarşısında demək olar ki, bütün yerli ya əcnəbi olsun məşqçi ya futbolçu olsun və ya hər hansı futbol mütəxəssisi olsun bu fikri dəfələrlə vurğulayıblar. Elə bu səsəbdəndir ki, futbol qurumlarımız da hətta millinin bəzi oyunlarını Lənkəran şəhərində keçirməyi planlaşdırır. Hətta ölkədə ilk olaraq millimizin Finlandiya ilə rəsmi oyununa Lənkəran şəhəri qucaq açmışdı. Bəli, millinin rəsmi oyunu paytaxtda deyil ilk olaraq Lənkəranda keçirilmişdi. Lənkəran bir futbol məktəbi və mərkəzi olmaqla ölkənin seçilən regionudur.

            Bu məsələlərə jurnalistikamız da həssas yanaşmalıdır. Yoxsa bəzən əyalət klubu və ya əyalət təmsilçisi, bölgə komandası kimi kəlmələrdən istifadə edilməzdi. Söhbət coğrafiya və ya siyasətdən deyil, futboldan gedirsə və Lənkəran ölkədə futbolun mərkəzlərindən biridirsə, onda sadəcə Lənkəran təmsilçisi və ya "Xəzər Lənkəran” kimi adlandırmaq daha məqsədəuyğundur. Məgər Türkiyədə "Beşiktaş”a, "Qalatasaray”a, "Fənərbağça”ya əyalət təmsilçiləri deyilir. Türkiyənin paytaxtı Ankara şəhərini "Ankaragücü”, Gənclərbirliyi” və sair komandalar təmsil edir. Amma bu ölkənin paytaxtı olmayan İstanbulu futboldakı inkişafına görə futbol paytaxtı adlandırmaq olar. Çünki Tütkiyədə futboldan söhbət gedirsə, ilk olaraq coğrafi və siyasi paytaxt olmayan İstanbul klubları olan "Beşiktaş”, "Qalatasaray”, "Fənərbağça”  yada düşür.

            Nə isə çox uzatmadan yenə ölkəmizə qayıdaq. Ölkəmizdə "Böyük Oyun” deyilən matçdan söz açmışdıq və İspaniyadakı "El Klassiko”nu xatırlamışdıq. Böyük region olan Kataloniyanın mərkəzi Barselona şəhərinin eyniadlı "Barselona” klubunu xatırlamışdıq.  Barselona kimi Lənkəran şəhəri də böyük bir regionun mərkəzidir. Bu mərkəzin Azərbaycan futboluna böyük ərməğanı olan "Xəzər Lənkəran” nəinki bu regionda hətta ölkənin bütün yerlərində sevilir. Azərbaycan çoxmillətli bir dövlətdir. Onun müxtəlif ərazilərində müxtəlif millətlər yaşayır. Lənkəran ərazisinin də əksəriyyətini talışlar təşkil edir. Elə talışlarda işlədilən bir kəlmə ilə mövzunu yekunlaşdırmaq istərdik.

            Talışlarda nəticəsi olmayan, effekt alınmayan bir işə, hədər oldu, hədər getdi mənasını verən bir söz var-"Hədərəko”. Məsələn, birindən soruşsan ki, filan iş necə oldu? O da sənə bu iş hədər getdi mənasını verən bir cavabı belə verəcək-hədərəko.

            Bəli, bu il "Xəzər Lənkəran” çox gözəl heyət formalaşdırdı, gözəl oyunlar keçirdi mühüm qələbələr qazandı. Lakin meydandankənar amillər öz təsirini artıq göstərir. Gözəl oyun göstər, qələbələr qazan, halal xallarını əlindən alsınlar və çempion olmağa mane olsunlar. Nəticədə əməyin hədər getsin. Talışlarda el sözü olan "Hədərəko” kəlməsi yada düşür. El hədərəko deyir. Bəli, İspaniyada "El Klassiko”, Azərbaycanda isə "El Hədərəko” deyir. Amma heç də ürək sıxmağa dəyməz, bu bizim reallıqdır. Ən əsası "El Klassiko” keçirilən Avropa futbol yarışlarına "Xəzər Lənkəran” da inşAllah vəsiqə qazanacaq. Bax onda kimin kim olduğu ortaya qoyulacaq. Rəqiblərdən və bəxt amilindən də asılı olan çox şeylər var. Amma gözəl oyunla irəli gedib, şərəflə ölkəni təmsil edəcəyimizə heç kim şübhə etməsin.                                           

Views: 1760 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 8
0  
8 BOSSMAN   (19/Apr/2011 12:52) [Daxil Olunan]
Hörmətli UEFA nikli şərh yazan! Deyirsiniz ki, “Xəzər” qol vura bilmirsə və ya 5 oyuna 4 xal toplayıbsa, burda kimin günahı var? Futbolla və mətbuatla sıx maraqlansaydınız onda bunun belə olmadığını görərdiniz. Emeka Oparanın qaydalar çərçivəsində “Bakı”ya vurduğu qol sayılsaydı onda 4 yox 6 xal toplamış olardı “Xəzər lənkəran”. Hələ cəmi bir oyundan danışdıq. Bu qol mətbuatda çox müzakirə olundu. Yerli, hörmət etdiyimiz futbolçu Kamal Quliyev də televiziya efirində buna izah tapa bilmədiyindən “Avropa ölkələrində , məsələn İngiltərədə belə epizod qol sayılardı, bizdə isə qayda pozuntusudur" deməklə bəlkə də hər şeyi ortaya qoymuş oldu.
Millətçilikdən danışıb nümunə olmaq istəyən BozQurd isə “Boz Qurd haqqina mence nese yazmaga ehtiyac yoxdur. Bu boyuk milletin simvoldur. Men de o milletin bir numayendesiyem.”-deməklə millətçilik yönündə böyük səhv buraxmış oldu.

0  
7 Xezerkesh   (19/Apr/2011 11:52) [Daxil Olunan]
Men butun meqaleni ve serhleri diqqetnen oxudum, Bossman adli istifadeci duzgun yanasib meseleye, tam raziyam. serhlerde bozqurd ona aydin olmuyan yerleri yazib ve bossman da tam aciq izahini verib, Uefa bozqurdun yazilib kohnelmish sozlerini tekrarlayir mence kiminse susdurulmush sozlerini tekrarlamaq duzgun deyil cunku senin yazdiqlarinin cavabi artiqlamasila verilib serhlerde, yazilib ki meselen 8+2=10 bozqurd deyir niye 10 eliyir, bossman bunun izahin verib, soradan uefa yene sorusur niye 10? eger mentiqi dushune bilirsizse, ozunuz meqaleden mentiqi tutun, yox, eger mentiq yaridirsa, tam deyilse, sizincin serhlerde aydinlasdirilib, yox eger umumiyyetle yoxdursa, onda tekrarciliq qacinilmazdi.

0  
6 BozQurd   (19/Apr/2011 11:49) [Daxil Olunan]
Menim duwunce terzim saglamdi. Saglam olmasaydi sizin yaziniza bu qeder onem verib cavab yazmazdim. Men hem Xezer Lenkeran azarkeslerinin hem de Xezer Lenkerana eks olan quvvelerin milli zeminde en xirda yazisinin, plakatinin eleyhineyem. Xezer Lenkeranin Azerbaycan cempionatinda ve avrokuboklarda uguruna ancaq sevine bilerem. Azerbaycan klublarinin icinde bu cur stadiona ve azarkewlerine gore yegane klubdur. Amma menim en boyuk arzum Xezer Lenkeranin heyetinde cenub bolgesinin, regionunun (nece size xosdursa ele qebul edin) futbolcularinin oynamasidir.
Boz Qurd haqqina mence nese yazmaga ehtiyac yoxdur. Bu boyuk milletin simvoldur. Men de o milletin bir numayendesiyem.

0  
5 UEFA   (19/Apr/2011 11:26) [Daxil Olunan]
Men buradaki fikirleri oxudum. BOSSMAN adli muellif futbolla siyaseti qariwdirir. Qardaw eger Xezer Lenkeran son 5 oyunda 4 xal toplayirsa burada kimin gunahi ola biler. Beyem qol vurdular hakimler saymadi. Xezer Lenkerani millet qarwidurmasi ucun istifade etmek en boyuk sehvdir. Lenkeran azerbaycanin en dilber guwelerinden biridir, olub ve olacaq. Futbol orada inkiwaf edir-lap gozel. Ancaq milli mustevide bu meseleleri hell etmek lazim deyil.

0  
4 BOSSMAN   (19/Apr/2011 11:23) [Daxil Olunan]
Hörmətli, BozQurd ! Yazının istiqaməti heç də siz misal gətirdiyiniz istiqamətə hesablanmayıb. Əksinə, təkrarən qeyd edək ki, yazıda hər şeyə öz prizmasından yəni futbola, futbol prizmasından yanaşmaq lazım olduğu bildirilir. Burada başqa yöndə nəsə axtaranlar problemi özlərində görsünlər. Kim yazını beynindəki başqa dominant fikirlə oxuyursa, problem onun düşüncə tərzindədir. Amma bizim düşüncə tərzimiz sağlamdır. Əksinə sağlam olmasaydı onda gərək sizin "BozQurd" nikinizdə nəsə axtarmalı idik?

0  
3 BozQurd   (19/Apr/2011 10:21) [Daxil Olunan]
Hormetli BOSSMAN ! Men sizin yazini cox diqqetle oxumusam. Tekrar olmasin men sizin butun yazdiqlarinizla raziyam. Mence toxundugunuz bu problemler tek futbolda yox butun sahelerde var. Yazdigim statistik gostericilerde sehv var deyirsiniz amma men bunu ozumden yazmiram resmi statistik gostericilerdi. Niye statistikani one cekirsiniz eger milli-siyasi prizmadan baxmirsizsa bu yaziya ? Sizin yazinizi da menim yazimi da oxuyanlar qiymet vererler her seye. Demek istediyim odu ki, Katalonlarr ayrica bir millet ve dovlet kimi musteqil olmaga caliwiblar her il. Onlarin da Realnan oyunu coxdan katalon xalginin usyanina cevrilib. Tesadufi deyil ki, Nou Kampda azarkesler "Barcelona is not Spain" yazisi ile Realni qarsilamisdilar.
Lenkeran ise Azerbaycandir. Bu bolgenin de katalonlarla ve ya diger musteqil olmaga calisan xalqlarla muqayise elemek duzgun deyil. Ola biler siz bunun ferqine varmadan yazmisiz. Amma basqa oxuyucularinizin da fikrini burda gorseydik yaxsi olardi.
Lənkəran ərazisinin də əksəriyyətini talışlar təşkil edir- Bu cumlenizle hec razi deyilem.

0  
2 BOSSMAN   (19/Apr/2011 07:46) [Daxil Olunan]
Hörmətli, BozQurd saytımızı izlədiyinizə görə təşəkkür edirik. Amma çox xahiş edirik ki, daha diqqətlə oxuyun. Diqqətlə oxusanız görərsiniz ki, yazıda milli məsələdən söhbət getmir. Hətta əksinə olaraq, jurnalistikamızdan da futbola siyasi və ya başqa prizmadan deyil, sırf futbol prizmasından yanaşılma xahiş olunur. Siz isə məsələni başqa tətəfə yönəltmək istəyirsinizsə, onda bu sizin probleminizdir. Hər bir xalqın öz mədəniyyət nümunələri var. Onda AzTv Lənkərandan veriliş hazırlayıb, "Ay Lolo" mahnısını verirsə deməli burada nəsə var?... Və ya "Dünya xalqlarının atalar sözləri və zərb məsəlləri" kitabını qadağan etmək lazımdır? Ayrıca, statistikanızda da səhvlərin olduğunu deyirik.

0  
1 BozQurd   (18/Apr/2011 23:09) [Daxil Olunan]
Xezer-Lenkeran azarkeslerine ve Lenkeran camaatina salam olsun... Yazinin muellifi kimdi bilmirem amma yuxarida yazilanlarin coxu ile razilawsam da milli zeminde olan movzuya toxunmaq isterdim....Men ozum Lenkeranda esgerlik cekmiwem ozum de eslen cenubluyam yeni cenubi azerbaycandan Arazin o tayindan....Lenkeran camaatinin nece qonaqperver ve istiqanli bir camaat oldugunu gormuwem ve orda ozumu Bakidaki kimi rahat hiss elemiwem... indi kecek sizin paralellere 1. Kataloniya erazisi 31 950 км² , ehalisi 7 512 381 nefer, 1979-cu ilden avtonom hakimiyyete malikdi ve Ispaniyanin Konstusiyali Monarxiya dovlet sistemine daxildir. Bu monarxiyanin temeli ilk defe yazili sekilde 1359-cu ilde qeyde alinmisdir.
Lenkeran Azerbaycan seheridir. Bu rayonda Əhalinin etnik tərkibi27yanvar - 4 fevral 1999 - cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Lənkəran rayonunun ümumi əhalisi 189.929 nəfər olmuşdur ; bunun 86,04%-i azərbaycanlılar, 13,55%-i talışlar, 0,29%-i ruslar və 0,12%-i digər millətlər idi[2] .
Ne Lenkeranin ne de Xezerin talislarla bir aiddiyyati yoxdu. Bir fikir yazanda da yaxsi-yaxsi fikirlesin sonra yazin. Turk dilinde yazib talislara siginmayin. Ne Lenkeran talis seheridi ne de Xezer-Lenkeran talis klubudu. Talis dost tanisim coxdu hec kim menden incimesin. Sadece milleti bele seylerle ayirmaga deymez. O ne demekdi talislarda bele soz var ne bilim ne ...Bir dusmenimiz var o da hamimiza melumdu . Cox sag olun eger bu yazimi derc elesez.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz