İslam Cabbarlı
adı, nəinki "Xəzər Lənkəran”
ailəsinə, Azərbaycan futbol
ictimaiyyətinə
çox yaxşı tanışdır. "Xəzər Lənkəran"ın ilk müstəqil fanat qurumu olan "12ci oyunçu" fanklubunun təşkilat komitəsinin sədri, İslam Cabbarlının bu qədər tanınmasınnda,
"Xəzər Lənkəran”
klubuna sevə-sevə həsr etdiyi
mənalı bir ömrün də rolu az olmamışdır. Həmçinin İslam Cabbarlı səmimi, bir dost
kimi və bir ailə başçısı kimi çox dəyərli insandır. Bu xüsusiyyətlər ona irsi olaraq
verilmiş olan Allah vergisidir.
Dövrünün böyük
ziyalısı kimi çoxlarının xatirəsində qalan, lakin çox təəssüf ki, ömrünü cavan
yaşlarında başa vurması, İslam Cabbarlının atası, İslam Cabbarovu yaşıdlarının
arasından çox tez aparmışdır. Amma bu böyük ziyalı bu gün də çoxları tərəfindən
gözəl hisslərlə xatırlanır. Məhz belə bir ziyalıdan tərbiyə alıb, onun gözəl ənənələrini
davam etdirən İslam Cabbarlı əlbətdə başqa cür ola bilməzdi.
Bu gün bu
böyük ziyalı ailəsində doğulub boya başa çatan İslam Cabbarlı, bu mənalı ömrünün 41 yaşını
qeyd edir. Biz bu gözəl, iti və sürətli məntiqə malik, əməksevər, yaxşı işlər
naminə yorulmağın nə olduğunu bilməyən bir insana bütün "Bosman” ailəsi adından
uzum ömür, cansağlığı, ailə səadəti və işlərində daim müvəffəqiyyətlər
arzulayırıq.
Ömrün uzun və
mənalı olsun İslam bəy!
|