
1. İlin "Komandası”---------------------
"Xəzər Lənkəran”
Futbol
üzrə Azərbaycan çempionatı 2010/2011 mövsümünün başlanmasına iyirmi gündən də
az bir vaxt qalmış, baş məşqçisini və aparıcı futbolçularını dəyişməsinə
baxmayaraq, göstərilən müddət ərzində yeni baş məşqçi və bir neçə futbolçuları
heyətinə qatmağa müvəffəq olmuş "Xəzər lənkəran” komandası bütün bu çətinliklərə
baxmayaraq ilin son turunadək öz gözəl oyunu və göstərdiyi nəticələrə görə təsnifat
mərhələsinin yekununa dörd tur qalmış ilk
" 6–lığ”a vəsiqəni təmin etdiyinə görə "İlin Komandası” nominasiyasında
qalib elan olunsun!
2. İlin "Məşqçisi”-----
Mirça Rednik
Yuxarıda göstərildiyi kimi mövsümün başlanmasına sayılı günlər
qalmış və əsas heyətinin bir çox üzvünü dəyişmiş bir komandanı qəbul edərək,
bir daha yuxarıda göstərilən nəticələri qazanaraq, komandada psixoloji durumu
lazımi səviyyəyə qaldırmış, Azərbaycan futboluna və komandalarına dərindən bələd
olmamasına baxmayaraq, qısa müddətdə düzgün analizləri hesabına hər komandaya
qarşı fərqli taktika ilə komandanı matça çıxarmış və qənaətbəxş nəticələr əldə
etmiş, bütün bu kimi bacarıqlarının hesabına həm klub rəhbərliyinin, həm də ən
böyük azarkeş ordusu olan "Xəzər Lənkəran” azarkeşlərinin böyük rəğbətini
qazanmış komandanın baş məşqçisi Mirça Rednik "İlin Məşqçisi” elan olunsun!
3. İlin "Azarkeşi”------"Xəzər Lənkəran”
azarkeşi
Daim
komandasının yanında olmaqla güclü dəstək nümayiş etdirmiş, komandanın göstərdiyi
nəticələrdə yaxından payı olmuş, həyata keçirdiyi müxtəlif xoşməramlı layihələrlə
çempionatımıza rəng qatmış, öz dostluq münasibətləri ilə seçilən, təkcə cari
mövsümün iyirmi (biri kubok matçı olmaqla) matçı ərzində ölkəmizdə rekord sayda
103.420 nəfər olmaqla komandaya dəstək nümayiş etdirmiş "Xəzər Lənkəran”
azarkeşi "İlin Azarkeşi” elan olunsun!
4. İlin "Futbol şəhəri”---
Lənkəran şəhəri
Futbola
böyük marağı ilə seçilən və yuxarıda göstərilən rekord sayda, stadionların bəzəyi
olan azarkeşlərə malik olması, azarkeşlər arasında müxtəlif futbol turnirlərinin
keçirilməsi ilə yadda qalan, bu mənada bu ilə də öz möhürünü vuran, "Xəzər Lənkəran”
kimi bir komandaya malik olması ilə seçilən, bu mövsümün ən son "Start və Final
fiti”nin məhz bu şəhərdə səslənməsi ilə yadda qalan Lənkəran şəhəri "İlin
Futbol şəhəri” elan edilsin.
5. İlin "Futbol simasına çevrilmiş qəhrəmanı”-----Mübariz İbrahimov (Milli Qəhrəman)
Torpaqlarımızın
bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş, bununla da hər bir Azərbaycan vətəndaşının
o cümlədən ölkə futbolsevərlərinin əbədi yaddaşına həkk olmuş Milli Qəhrəman
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş, Lənkəranda keçirilən "Mübariz
Olaq” turnirinin onun adı ilə bağlı olmasının, bu amilə görə futbol turnirlərində
də xatırlanaraq, futbol ailəsinə gəlmiş isim olaraq Mübariz İbrahimov "İlin
Futbol simasına çevrilmiş qəhrəmanı” elan edilsin! Allah bütün şəhidlərimizə rəhmət
eləsin!
6. İlin "Avropada ən uzun yol” qət edən
komandası------- "Qarabağ”
Azərbaycan
futbolunda son illərdə Avropa miqyaslı turnirlərdə uğurlu çıxışı ilə yadda
qalan, bu il Avropa Liqası turnirində üç mərhələ qət edərək, qrup mərhələsinin
biraddımlığına qədər gələn, yalnız son təsnifat mərhələsində bu gün Almaniya
Bundesliqasının lideri olan Dortmundun ”Borussiya" klubuna yenilməklə
yarışları tərk edən, Azərbaycan futbol tarixində Avropa miqyaslı turnirlərdə ən
uzun yol qət edən Ağdamın "Qarabağ” komandası "İlin Avropada ən uzun yol qət edən
komandası” nominasiyasında qalib elan olunsun!
7. İlin "İdman nəşri”------"Futbol
+” qəzeti
Uzun
müddətdir ki, ölkəmizdə nəşr olunan, ölkə və dünya idmanından oxuculara
operativ və ən əsası obyektiv məlumatlar çatdıran, Azərbaycan azarkeşinə xüsusi
həssas diqqəti ilə seçilən, bütün bunlara görə də ölkə idman nəşrləri arasında
liderliyini yarandığı gündən davam etdirən "Futbol+” qəzeti bu il də, "İlin
İdman nəşri” nominasiyasının qalibi elan edilsin!
8. İlin "Azarkeş saytı"-----"12cioyuncu.com”
saytı
Azarkeşlərin
həm matç zamanı və həm də matçdankənar vaxtlarda komandalarına dəstək nümayiş
etdirərək, qarşılıqlı fikir mübadiləsi, yeni xəbərlərin digər azarkeşlərə
çatdırılması, müxtəlif müzakirələrə tribuna verməsi, lazım gəldikdə matçlardan
onlayn (canlı) xəbərlər yayımlaması vasitələrindən biri də internet
imkanlarıdır. Ölkəmizdə bir çox fanat qurumlarının internet saytları fəaliyyət
göstərir ki, bunların da arasında öz xüsusi dəst-xətti və izləyici sayına görə
rekordçu olan, "Xəzər Lənkəran”ın fanat qurumlarından "12-ci oyunçu”lara məxsus
"12cioyuncu.com” saytı, "İlin fanat saytı” nominasiyasında qalib elan olunsun!
9. İlin "Gənc və Döyüşkən” komandası-------
"Turan” (Tovuz şəhəri)
Apardığımız
araşdırmalara əsasən bu il Azərbaycan Premyer Liqasında təmsil olunan üç ən gənc
komandalardan biri də Tovuz şəhərini təmsil edən "Turan” komandasıdır. "Turan”
komandası ölkəmizdə orta yaş həddi 24 olan üç komandadan biri olmasına baxmayaraq,
öz döyüşkən imici, ölkə futboluna bəxş etdiyi çoxlu sayda gənc futbolçuları, hər
hansı bir iddialı komanda ilə başabaş mübarizə apara bilən və meydanda
yorulmağın nə olduğunu bilməyən həm gənc və həm də döyüşkən futbolçulardan təşkil
olunduğuna görə, "İlin gənc və Döyüşkən Komandası” nominasiyasında qalib elan
olunsun!
10. İlin "Azarkeş
Dostluğu”-----"İnter” və "Xəzər Lənkəran” azarkeşlərinin
dostluğu
Futbol
komandaları bir-birinə rəqib olduğu kimi, onların azarkeşlərini də rəqib saymaq
olar. Lakin "İnter” və "Xəzər Lənkəran” azarkeşləri yalnız 90 dəqiqə rəqib,
ondan kənar vaxtlarda necə dostluq etməyin nümunəsini göstərə bilmişlər. Mövsüm
boyu qarşılıqlı olaraq həyata keçirdikləri müxtəlif layihələrlə bunu sübuta yetirən
hər iki klubun azarkeşləri öz komandalarına bağlı olduqları qədər də qarşı tərəfə
sayğılıdırlar. Bu hörmət və ehtiramın nəticəsidir ki, ölkədə ilk dəfə olaraq
Novruz Bayramı ərəfəsində stadionda oyundan öncə qarşılıqlı bayram təbrikləri və
sair kütləvi salamlamalar həyata
keçirmiş, komandalarının uğurlarına ğörə oyunlardan sonra bir-birlərini təbrik
etmiş, oyundan öncə isə uğurlar arzulamışlar. Fanklub işlərində isə daim
qarşılıqlı kömək göstərmişlər. Bütün bu kimi ənənələri nəzərə alaraq "İnter” və
"Xəzər Lənkəran” azarkeşlərinin bu münasibəti "İlin Azarkeş Dostluğu”
nominasiyasında fərqləndirilsin!
"Bosman” fanklubunun İdarə Heyəti 27 Dekabr 2010.
|