Bir
həftə əvvəl futbol üzrə Azərbaycan kubokunun ½ final mərhələsinin ilk
qarşılaşmasında paytxtda "Bakı” klubuna 1:0 hesabı ilə məğlub olan "Xəzər Lənkəran”, həmin oyunda rəqib qapısı
istiqamətində bir düzgün zərbə belə vura bilməməsi səbəbindən azarkeşlərini
üzmüş və cütün taleyi ilə sanki barışdırmışdı. Ötən yazımızda biz demişdik ki,
rəqib meydanında 1:0 lıq məğlubiyyət heç də pis nəticə sayılmamalıdır. Yetər
ki, cavab qarşılaşmasında rəqib qapısı istiqamətində bir neçə zərbə vurulsun
ki, bunların ikisi azarkeşləri ayağa qadırsın.
Bəli,
bu gün (artıq dünən) bu belə də oldu. Bir neçə zərbədən ikisi qol hayqıran
azarkeşləri ayaq üstə durquzdu. Bununla da qapımızda top görməyincə, finala adlayan
tərəf biz olduq. Özü də ölkə tarixində ilk dəfə olaraq, finala ilk adını
yazdıran komanda ikinci altılıq komandası oldu. "Xəzər Lənkəran” demişkən,
ölürəm də ilklər üçün.
Əslində,
"Xəzər Lənkəran” bunu elə-belə
qazanmadı. Burada təcrübəli mütəxəssis Con Toşakın, futbolçuların hər birinin,
stadionun ot örtüyünü bəsləyənlərin, azarkeşlərin və sair və ilaxır xidmətləri böyükdür. Komanda olaraq "Xəzər Lənkəran” bu oyuna çox ciddi hazırlaşmışdı.
Burada baş məşqçi kimi Con Benjamin Toşak, futbolçuları qələbəyə inandırmış və
düzgün hazırlamışdı. Taktiki və psixoloji cəhətlər tam yarindəydi. Sağ olsun
futbolçular ki, məşqçinin tapşırıqlarını heç bir kənara çıxmadan, panikaya
düşmədən yerinə yetirə bildilər. Buna oyun nizam-intizamı deyilir. Əgər oyun
nizam-intizamı futbolçular tərəfəindən qorunursa, orada mütləq nəticə var. Bax
bu gün "Xəzər Lənkəran” kubokun finalına güclü oyun nizam-intizamı sayəsində
yüksəldi.
Bir
ara hamı Toni Doblasın pis qapıçı olduğunu deyirdi. Bu oyunda bircə səhvdən
başqa Toniyə irad tutmaq mümkündür? Əsla yox! Oyunçular oyun nizam-intizamına
riayət edirsə, panikaya düşmürsə, müdafiə öz harmoniyasını pozmursa, orta xətt
işinin öhtəsindən gəlirsə, hücumdakılar qol vurmaq üçün alışıb yanırsa, onda
komandada işlər qaydasındadırsa, nə qapıçıya və nə də heç kimə əlavə yük düşməz
və hər kəs öz işinin öhtəsindən bacardığı qədər gələr. O ki, qaldı Toni kimi
təcrübəli qapıçıya. Gənc və yerli futbolçulara da təşəkkür etmək lazımdır.
Toşak bir neçə oyun ərzində futbolçulara öz fəlsəfəsini aşılaya bilib ki, bu da
bu oyunda hiss olunmağa başladı. Ancaq öz aramızdır oyunun son 10 dəqiqəsinə
fikir verdinizsə, "Xəzər Lənkəran” irəlidə olmasına baxmayaraq, lap Rednikin
dövründəki oyunu hardasa, xatırlatdı. Görəsən digər finalçının baş məşqçisi,
Toşakın da oyun nizam-intizamımı arı yuvasına dürtülən çöpə bənzədəcəkmi?
Mirhafiz
Babayev
|