Ərsəyə gələn bu yazıya, başlığından
da göründüyü kimi hər hansı bir məsələyə iki fərqli baxış prizması təkan oldu.
Deyilən məsələ 27 mart 2010-cu il, saat 18:00-da Lənkəran şəhərində "Xəzər Lənkəran
Mərkəzi Stadionu”nda baş tutan "Xəzər Lənkəran”-"Neftçi” qarşılaşmasıdır. İki fərqli baxış prizması
isə biri "İdman Azərbaycan” telekanalı, o biri isə "Xəzər” tv-nin baxışlarıdır.
Bu yazının müəllifinin futbol idarəçiliyi adına ləkə olan
həmin oyunun canlı şahidi olduğundan, hər iki telekanalda yayımlanan bu
verilişlərə münasibət bildirməyə haqqı çatır. Bu oyunda nələr oldu, nələr
yaşandı artıq bir çox kütləvi informasiya vasitələrinin köməyi ilə olanlardan
xəbərdarsınız. İdman Azərbaycan kanalı, köhnə AZtv ənənələrinə sadiq qalaraq bu
oyunun videoyazısını əvvəlcədən elan etdiyi vaxtda deyil bir neçə saat sonra
nümayiş etdirdi. Görünür, özlərinin də dediyi kimi Azərbaycan Derbisi
adlandırdıqları bu oyunu canlı yayımlamadıqları kimi oyunun videoyazısının
gecikdirilməsində də hansısa məqsədləri var idi. Əyər bu oyunu derbi
adlandırırsansa, onda sual olunur bunu niyə canlı yayımla vermirdiniz?! Axı,
Lənkərandan dəfələrlə matçların canlı yayımının şahidi olmuşuq. Əslində
bilərəkdən bunu matç kimi deyil, oyun kimi göstərirəm ki, çünki burada hakim
əli ilə min bir oyun çıxarıldı. İdman Azərbaycan kanalı da burada heç nə
olmayıbmış kimi videoyazı nümayiş etdirməklə, bu oyunlarda özünün də məsuliyyət
payı olduğunu göstərmiş oldu. Adi matçlarda lazımi epizodları oyunun gedişində
dəfələrlə təkrar göstərən bu kanal həmin oyunda birinci qol epizodunu çıxmaq
şərtilə heç bir epizodun təkrarını vermədi. Halbuki oyun ərzində kifayət qədər
mübahisəli yox, biabırçı hakim qərəzləri var idi. Məhz ona görə, vermədi yox,
verə bilmədi desək daha düz olar.
Ardinca, bu kanalda 21:30-da gedən "Premiyer Liqa”
verilişində də eyni ssenarinin şahidi olduq.Bu verilişdə adəti üzrə, həmişə turun
oyunları qisaca göstərilir və mübahisə doğuran məqamlar "təhlil olunurdu”, az çox
maraq doğuran sual qoyulurdu və tamaşaçılar həmin suallara cavab
verməklə müzakirələrə qatılırdılar. Bu verilişdə isə məşqçi gətirmək
səlahiyyəti tam özündə olan "Bakı” klubuna aid belə bir sual qoyulmuşdu: Sizcə
"Bakı” klubuna hansı məşqçi gətiriləcək? Və bir neçə mütəxəssisin adları
göstərilir tamaşaçılardan cavab tələb olunur.
Demək lazımdır səlahiyyət "Bakı”nın, vəsait "Bakı”nın sənə nə? O qədər müzakirə olunası məsələlər var ki,
biri də elə Əfqan Həmzəyev.
Amma gecə saatlarında "Xəzər” tv-də başqa mənzərənin
şahidi olduq. Mümkün qədər olanları görmək və gördüklərini tərəfsiz çatdıra
bilmək bacarığı olan bir jurnalistikanın məhsulu. Ona görə tərəfsiz ki, həm
verilişin gedişatı, həm də hər iki klub rəsmisinin və bir jurnalistin iştirakı
ilə baş tutan bu "Futbol saatı” verilişi, günün aktual idman hadisəsi olan bu
oyundan kifayət qədər videogörüntü təqdim etməklə müzakirələrə meydan verdi.
Təqdim olunan bu görüntülərin müzakirəsində "Neftçi” rəsmisinin bütün
izahlarını cəfəngiyyat adlandırmaq olardı. Məsələn, onun öz qapılarına penal verilməsi
epizoduna verdiyi şərhə baxaq: "Burada
düzdür top müdafiəçimizin açıq əlinə dəyir, ancaq gəlin görək ötürmə cərimə
meydançasına gedib çatsaydı orada "Xəzər
Lənkəran”ın bir oyunçusu var idi, bizim isə beş futbolçumuz və yəqin ki, top
ona çatsaydı belə qol olmayacaqdı. Ona görə belə epizoda penal təyin etməzlər
və burada ciddi hakim səhvi yoxdur” deməklə, özünü nə qədər gülünc vəziyyətə salır
və futbol biliyinin nə qədər aşağı olduğunu nümayiş etdirir. Biz isə demək
istəyirik ki, nəinki 5, hətta 7, 8, 9 rəqib oynçu arasında bir tək hücumçunun,
oyunun taleyini həll edən qol vurmasına sən özn də dəfələrlə şahid olmamış
deyilsən. Bu futbolda çox rast gəlinən haldır. Bu kimi epizodlara məntiqsiz
izahlarıyla şərh verən "Neftçi” rəsmisi sonda azarkeşlər barədə söbət gedərkən
yeganə düz bir fikir səsləndirdi: ”Lənkəranda gözəl futbol ab havası var, demək
olar hər oyunu 10-15 min azarkeş izləyir, amma bizim bu qədər azarkeşimiz
yoxdur” deməklə "Xəzər Lənkəran”ın öz azarkeşləri ilə birlikdə daha güclü və
qələbəyə layiq olduğunu rəsmən təsdiqləmiş oldu.
Bəli, "Xəzər Lənkəran” həqiqətən güclüdür, onun
azarkeşi də ona sadiq və daim yanındadır həmçinin futbol biliklərinə kifayət
qədər malik olan insanlardır.Bu həmişə belə olacaq.Bizim sirrimiz də bundadır.
Müəllif: Mirhafiz M. Babayev "Bosman” fanklubundan 30.03.2010
|