Bu gün cənub bölgəsini ölkənin idman mətbuatında layiqincə təmsil edən, "Futbol+” qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun 36-yaşı tamam olur. Hələ kiçik yaşlarnda ikən SSRİ çempionatının ikinci dəstəsində çıxış edən Lənkəranın "Xəzər” komandasının bütün məşqlərini izləyən və qeyri adi yazıları ilə ətrafdakıların diqqətini çəkən Cəbrayıloğlu illər sonra ölkənin aparıcı idman mətbu orqanının əməkdaşı oldu. Hazırda ölkə futbolunun etalonu olan "Ağ-yaşıl” rəngli böyük bir camiənin hər bir üzvünün hörmət bəslədiyi Hüseyn bəyin cəsarətli yazıları sevilə-sevilə oxunur. O çəkinmədən fikir bildirir və ədalət prinsipi tərəfindən çıxış edərək xüsusi istedadı hesabına qələmə aldığı yazılarına şirinlik qatır. Cəbrayılöğlunun "Dostuma məktub” başlıqlı silsilə köşə yazılarını bircə dəfə oxumaqla onun yazılarının daimi oxucusuna çevrilməmək mümkün deyil. Biz də öz növbəmizdə "Bosman" fanklubu adından bu şad günündə Hüseyn Cəbrayıloğlunu təbrik edir, ona can sağlığı və uğurlu ömür yolu arzulayırıq.