Çərşənbə Axşamı, 16/Apr/2024, 13:04
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 12 » Höccət Hacıyevdən azarkeşlərə müjdə
11:14
Höccət Hacıyevdən azarkeşlərə müjdə

           

            Bildiyiniz kimi "Bosman” fanklubu və "12-ci Oyunçu” azarkeş qrupunun təklifi ilə II təsnifat mərhələsində İsrailin Təl-Əviv təmsilçisi olan "Makkabi” klubu ilə komandamızın səfərdə keçirəcəyi matçı azarkeşlərimizin doğma "Fırtınalar Meydanı”ndan monitor vasitəsi ilə birbaşa izlənməsi ideyası irəli sürülmüşdür. Azarkeşlərimizin isə bu təklifə çox isti yanaşması və baş tutacağı təqdirdə hamılıqla iştirak edəcəklərini bildirmələri isə komandamızın azarkeşlərinin həqiqətən də "Xəzər Lənkəran”a nə qədər bağlı olduğunun göstəricisidir. Bununla da bu layihə baş tutacağı təqdirdə "Xəzər Lənkəran” azarkeşləri bəlkə də dünyada bir ilkə imza atmış olacaqlar. Lakin bundan daha vacib olan məsələ isə səfərdə çətin oyun ərəfəsində komanda üzvlərimizin də bu layihədən xəbər tutaraq özlərini rəqib meydanında o qədər də qərib hiss etməmələri, doğma azarkeşlərin dəstəyini məsafəcə uzaqda olsa da mənən yaxından hiss edərək, bütün bacarıqlarını ortaya qoya bilmələri üçün düşünülən bir addımdır. İnşAllah bunun böyük ruh yüksəkliyi yaradaraq komandamızın bu çətin səfər oyunundan sərfəli nəticə ilə dönməsində rolu olacağı qənaətindəyik.

            Beləliklə, "Xəzər Lənkəran” azarkeşlərinin bu addımı və əlaqədar olaraq stadion rəhbərliyinə müraciəti ölkə mətbuatında da yüksək qiymətləndirilərək, öz əksini tapmışdır. Ölkənin nüfuzlu informasiya agentlikləri komandanın icraçı direktoru, eyni zamanda "”Xəaər Lənkəran” Mərkəzi Stadionu”nun direktoru Höccət bəy Hacıyevlə əlaqə saxlayaraq, buna necə qarşılıq verəcəkləri ilə maraqlanmışlar. Məşhur "Futbol+” qəzeti isə Höccət bəydən bu barədə fikirlərini öyrənmiş və aşağadakı kimi buna dəyər vermişdir.

Onu da deyək ki, komandamızın Avstriya təlim-məşq prosesini başa vuraraq, israilə səfəri zamanı bu xəbəri eşidərkən, başda Mirça Rednik olaraq bütün komanda heyətinin nə qədər ruh yüksəkliyi ilə qarşıladığı haqda da məlumatımız var.

Aşağıda "Futbol+” qəzetinin 12-13 iyul tarixlərinə təsadüf edən sayında bu məsələ ilə bağlı verilmiş məlumatı nəzərinizə çatdırırıq:

"Bildiyiniz kimi, "Xəzər Lənkəran” azarkeşləri komandalarını dəstəkləmələrinə, müxtəlif ideyalar irəli sürmələrinə görə ölkə futbolunda xüsusi çıkiyə malikdi. Hər halda, çempionatda dəfələrlə belə halların şahidi olmuşuq. Lənkəranlı fanklublar oyunlar zamanı açdığı banner, plakatlarla digər rəqiblərindən fərqlənir. Belədə, təbii ki, onlardan bu mövsüm avrokuboklardakı ilk matçına hazırlaşan sevimli komandaları ilə bağlı yenilik gözləməyə dəyərdi. Çünki qitəmiqyaslı yarışların həyəcanı tam başqa olur. Cənubluların ilk matçı səbirsizliklə gözləməsi də məlum məsələdi. Hətda onlar klub rəhbərliyinə maraqlı təklif ünvanlayıb. Belə ki, hər oyunda Lənkəran stadionunu dolduran azarkeşlər bu dəfə də səfərdə baş tutacaq matçı məhz arenadan canlı izləmək istəyir. Təbii ki, stadionda quraşdırılmış böyük tablo vasitəsilə. Bəs cənublu fanatlar arzusuna çata biləcəkmi? Dünən məsələ ilə bağlı klubun direktoru Höccət Hacıyevlə əlaqə saxladıq: "Azarkeşlərimizin fikirlərinə hörmət edirik. Həmişə onlarla məsləhətləşirik. Bununla bağlı mənə zəng edib, təkliflərini irəli sürüblər. Mən də fikirləri müsbət dəyərləndirdim. Amma bu, texniki imkanlarımızdan asılıdı. Oyunu birbaşa ekrana verə biləcəyiksə, problem olmayacaq. Hazırda operatorlarımız burda yoxdu. Onlarla əlaqə saxlayacağam və bunun mümkün olub-olmadığını öyrənəcəyəm. Yəni onlar üçün daha rahatdısa, istədikləri kimi edəcəyik ki, oyunu böyük ekrandan izləsinlər. Fikrimcə, tablomuzun imkanları buna çatar.”   

Views: 372 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Demir Agaci   (12/İyul/2011 11:39) [Daxil Olunan]
Inshaallah bu layihe alinar. Oyundan bir nece degige evvel bizim oyuncularimiz ucun hetta Firtinalar meydanindan canli goruntu de vermek olar ki bu da oyuncularimizin ehval ruhiyyesini maximum eder. Bunu internet vasitesi ile de etmek olar.Bugun texnika o geder inkisaf edib ki inaniram bu alinar. Ugurlar Xezer Lenkeranimiza

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz