Cümə Axşamı, 26/Dek/2024, 21:53
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Avqust » 2 » Həmişə nəsə çatmır... və ya "Hapoel" və "Makkabi"
10:50
Həmişə nəsə çatmır... və ya "Hapoel" və "Makkabi"

           

            Dünən Avropa turnirlərində dörd komanda ilə təmsil olunduqdan sonra Çempionlar Liqasında mübarizə aparan yeganə təmsilçimiz "Neftçi”, İsrailə səfərində fiasko ilə üzləşdi. Əzəli rəqibimiz olsa da beynəlxalq turnirlərdə ölkəmizi təmsil etdiyindən əlbətdə bir Azərbaycan futbolunun azarkeşləri kimi bizi də məyus etdi. Etdiyi transferlərə və ümumiyyətlə heyətə görə bu heç də belə olmamalı idi. Hər halda Azəırbaycanın klub futbol reytinqinə daha müsbət xallar yazdırmalı olan heyət 4:0 məğlub olunca, hələ çox düşünməli məsələlər olduğu haqda böyük bir mesaj verdi. Buna sevinənlər də ola bilər, böyük ölçüdə kədərlənənlər də. Axı bu ölkə futbolunun adı ilə bağlıdır. Ölkə futbolunda isə çox şeyin yerində və qaydasında olmadığı bu Avropa kubokları ərəfəsində bir daha göründü. Nə isə yeganə təmsilçimiz "Neftçi”yə sadəcə cavab oyununda uğur arzulamaqdan başqa çarə qalmadı. Oyundan sonrakı mətbuat konfransında da bu təslimçilik, bəlkə də real yanaşma, baş məşqçi əvəzləyicisi Tərlan Əhmədovun "cavab oyununda yalnız imicimiz üçün vuruşacağıq”, sözlərindən aydın görünür. 

Bizcə bu məğlubiyyət Azərbaycan futbolunun məğlubiyyətidir. Buna sevinmək isə başadüşülən deyil. Cari mövsümün hazırlıqlarını klub olaraq "Neftçi” heç də pis dəyərləndirməmişdi. Əslində futbolçular və transferlər yox, oyunu məşqçi uduzdu.     Futbolçular heç də potensial imkanlarının yarısını belə meydanda qoya bilmədi. Bu isə o deməkdir ki, taktiki və digər göstəricilərə cavabdeh olan məşqçi işi çox aşağı səviyyədə idi. Tərlan Əhmədovu da təcrübəsizdir deyə qınamaq olmur. Bu bir daha göstərdi ki, Azərbaycanda Avropa yarışlarında ümidverici mübarizə apara bilən nə məşqçi və nə də futbolçu yoxdur. Bəziləri «Hapoel»i «Lex»lə müqayisə edirlər. Xeyir, bu müqayisə bizcə düzgün deyil. Çünki «Lex» oyunundan da göründüyü kimi tarixinin ən zəif çağlarını yaşayır. Bunu onun növbəti oyunlarında yəqin ki, görəcəyik. Fikrimizcə, «Hapoel»i keçənilki həmyerliləri Təl-Əviv «Makkabi»si ilə müqayisə etmək olar. Yaxın oyun stili və güclü-istəkli komanda. Bir daha yada salmalıyıq ki, «Xəzər Lənkəran», «Makkabi» ilə başa-baş mübarizə aparsa da yerli və milli oyunçularımızın «səhvindən» üç qol yedi. Əgər o qolların heç olmasa, ikisini yerlilərimiz bizə «hədiyyə» etməsəydilər onda hesab 1:1 olardı və evdəki 0:0 hesabı da güclü «Makkabi» qarşısında mərhələ adlamağımızı şərtləndirərdi. Bugünki «Hapoel» dünənki «Makkabi» idi. Lakin bir fərq vardı. «Makkabi»yə qarşı Güclü «Xəzər Lənkəran» və güclü məşqçilər korpusu, başda Mirça Rednik olmaqla və əməllərinə ad qoya bilmədiyimiz yerli-milli futbolçular. «Neftçi»də isə güclü heyət, xəyanətkarlıq elementlərinin yoxluğu, amma məşqçi işinin olmaması. Biz Aərbaycanı seviririk. Amma bu o demək deyil ki, uyğun gəldi gəlmədi yerli yararsız kadrlara güvənməliyik. Qoy bizim kadrlar Rednik kimi mütəxəssislərin köməkçiləri işləsinlər, öyrənsinlər. Yalnız belə halda özünü doğruldanlar müstəqil fəaliyyətə başlaya bilərlər. Bunun üçün bizdə kadrlar yox deyil. Yalnız düzgün istiqamətləndirmək lazımdır. İndi bəzi yazarlara və işinin öhtəsindən gələ bilməyən klub başbilənləri və futbol başbilənlərinə yəqin ki, çox şey aydın olacaq. Amma heyif ki, futbolu mütəxəssiscəsinə düşünənlərimiz yoxdu. Əgər «Neftçi»nin bu heyətinin başında Rednik kimi bir mütəxəssis olsaydı, onda «Hapoel» indiki «Neftçi»nin vəziyyəti ilə üzləşərdi. Yəni, ikinci oyun formallıq daşıyardı. Niyə və nədən bizimkilər bunları anlamaq istəmirlər? Futbola yalnız futbol gözü ilə baxmaq lazımdır. Yoxsa öz iddialarını reallaşdırmaq üçün, nəyin bahasına olursa, olsunla yox! Tərlan Əhmədov da gənc bir mütəxəssis kimi bu oyunla sına bilər. Amma onu sındırmaq lazım deyildi. O Rednik kimi bir mütəxəssisin tələbəsi kimi qələbə sevinci yaşasaydı, bu onun karyerasında daha inamlı gələcək vəd edərdi.

Sovet futbolu parlaq tarixə malikdir. Bu məktəbin yerli yetirmələri az-çox özlərini doğrulda bilib. Amma ondan sonra hansı vəziyyətlə üzləşdiyimizi dünənki oyun, bir daha göstərdi. Futbolun böyük məktəbləri indi də var. O məktəblərə «qaraçı» deməklə iş bitmir. O «qaraçılardan» hələ çox şey öyrənməliyik. Onlara «qaraçı» kimi baxanların özlərinin nə olması maraqlıdır.

Bu arada "Anderlext" "Ekranas"ı 5:0 yendisə, Türkiyə divlərindən biri kimi baxdığımız "Fənərbağça" öz meydanında Rumıniya "Vaslui"sinə məğlubiyyətdən güclə canını qurtardı-1:1. Digər Rumıniya təmsilçisi olan "CFR" Cluj isə ilk oyunda, "Liberec" üzərində qələbə qazandı-1:0.

Yenə daxili çempionat başlamaq ərəfəsində, yenə didişmələr, yenə yazarların müxtəlif komanda azarkeşlərini qarşı-qarşıya qoyması üçün dəridən-qabıqdan çıxma cəhdləri və yenə çempionatın iddiaları üçün çürük cəhdlər...

Views: 663 | Added by: BOSSMAN | Dərəcələndirmə: 2.0/1
Cəmi Şərhlər: 2
0  
2 BOSSMAN   (02/Avq/2012 18:02) [Daxil Olunan]
Nüsrət Kəsəmənli. “BİRİ VARDI, BİRİ YOX...”

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki,
Əvvəlindən biri vardi, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib kecdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağısı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə, biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən eşqimdən,
Dara düşdüm əl ummadım hec kimdən.
Məclislərdə can deyib can eşiden,
Dostlarımın biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə,
Qiymətimin biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək verib getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.

Uzaq gəzdi əmi, dayı, bibilər,
Söz arası mənə evlən dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən, biri vardı, biri yox...

0  
1 mavrib322   (02/Avq/2012 12:37) [Daxil Olunan]
Hər vaxtınız xeyir olsun!
Dərin və məntiqli yazıya görə minnətdaram.Sizin fikrinizə əlavə olaraq demek istəyirəm sizin işarə verdiyiniz o şəxslər üçün futbol qazanc gəlir mənbəyidir.NƏ vaxta qədər belə şəxslər Azərbaycan futbolunu idarə edecəklər bizim futboldan bir şey gözləmək olmaz.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz