Araşdırmaya başlamamışdan bütün
klublardan və onların azarkeşlərindən həmçinin futbol ictimaiyyətindən,
mediadan və futbol qurumlarımızda obyektiv olan hər bir kəısdən artıq dərəcədə
xahiş edirik ki, bu araşdırmanı düzgün dəyərləndirsinlər. Çünki, hər bir klubun
azarkeşləri öz klubunu sevir və belə haqsız olan hakim qərarlarından demək olar
ki, zaman-zaman bütün klublar haqsızlığa məruz qalmışlar. Belə haqsızlıqlar
zamanı əlbəttə ki, bütün obyektiv mövqe tutan hər bir kütləvi informasiya vasitəsi
elə məqamında bunları qiymətləndirmiş və öz sözünü demişdir. Bütün düzgün mövqe
tutan hər kəsə təşəkkürümüzü bildiririk. Onu da bildirmək istəyirik ki, biz "Xəzər
Lənkəran” azarkeşləri bütün klubların azarkeşlərinə hörmətlə yanaşırıq və bu
araşdırmanın heç kimə qarşı olmadığını, lakin hakim xətalarının və ya qərəzlərinin
sadəcə nələrə gətirib çıxardığını konstruktiv olaraq göstərmək istəyirik. Əlbəttə
hakim xətalarını onlara cəza verməklə, futbol qurumlarımız da təsdiq edir.
Amma yenə də biz "Xəzər Lənkəran” azarkeşləri bütün klubların
azarkeşlərinə hörmətlə yanaşır, "start-final fiti” ərzində rəqib, qalan
vaxtlarda yoldaş hətta dost olmaq niyyətimizi bildiririk. Əlbəttə bəzən problemlərimiz
də olur. Lakin bunlar arzu olunası olmasa da təbii şeylərdi. Hər kəsin bunları
normal qarşılaması ümidiylə araşdırmamıza başlayırıq.
Belə ki, səkkiz turdan sonra milli
komandanın rəsmi oyunları ilə əlaqədar çempionatda fasilə yarandı. Fasiləyə
"Neftçi” lider kimi ", "Xəzər Lənkəran” isə ikinci pillənin sahibi kimi,
"İnter” üçüncü, "AZAL” dördüncü, "Qarabağ” beşinci pillənin və s. sahibi kimi
yollandılar. Bu cədvəllə hamımız tanışıq o cümlədən saytımızda sağ tərəfdə göstərilib.
Bu il də hakim xətalarından bir çox
klublarımız narazı qalmış, hətta mütəxəssislərin rəyində bir çox matçlarda nəticəyə
təsir edən hakim xətaları təsdiq edilmişdir.
"Xəzər Lənkəran”ın iki matçında biri
"Muğan”la, digəri isə "Bakı” ilə son çempionat oyununda belə səhvlər ya qərəzlər
üzündən komandamız hər oyunda iki xal olmaqla dörd xal "itirmişdir”. Bura
"Neftçi” – "Muğan” oyununda ofsaytda olan "Neftçi”nin oyunçusunun rəqib qapıçı
ilə toqquşmasına görə verilən penaltini də əlavə etsək, hansı ki, bu penaltidən
vurulan qolla 0:0 bitməli olan və bir xal qazanılmalı olan yerdə hesab
"Neftçi”nin xeyrinə 1:0 "bitmiş” və bir xal əvəzinə üç xal "qazanmışdı”. Belədə,
Hakim
"barmağı” olmayan turnir cədvəli belə ola bilərdi...
K O Q
H M T/F
X
1.Xəzər
Lənkəran 8 7
1 0 ?-?
22
2.
Neftçi 8 5
2 1 ?-?
17
3............................................................................
4............................................................................
5............................................................................
6............................................................................
Və
s.
Keçən mövsüm də "Neftçi” ilə Lənkərandakı
məlum oyunda iki top vurub qələbə qazanmalı olsaq da, Əfqan Həmzəyev oyunu 0:0
hesabı ilə bitirmişdi. Üç xal əvəzinə cəmi bir xal "qazana bilmişdik” ki,
burada da iki xal "itirilmişdi”. Bir də ki,elə həmin bu Fariz Yusifov "İnter”lə
oyunda qapımıza qərəzli penalti təyin etmiş və bu oyunda da bir xal itirmişdik.
Təkcə başqa halları belə nəzərə almasaq, bu "yeyilən” üç xal komandamızın
çempionluğuna bəs edirdi. Deməli, keçən mövsüm də "Xəzər lənkəran”ın
çempionluğunu elə hakimlər əlimizdən almışdı. Bu il isə buna imkan verilməməlidi.
Keçən
mövsümün rəsmi cədvəli belə yox,
K O Q H M T/F X
1.İnter 20 7
8 5 22-19
29
2.Bakı 20 7
7 6 19-15
28
3.Qarabağ 20 6
9 5 16-18
27
4.Xəzər
Lənkəran 20 6
9 5 19-14
27
5................................................................................
6................................................................................
Belə
olmalı idi...
K O Q H M T/F X
1.Xəzər
Lənkəran 20 7
8 4 21-13
30
2.Bakı 20 7
7 6 19-15
28
3.İnter 20 6
9 5 21-19
27
4.Qarabağ 20 6
9 5 16-18
27
5............................................................................ 6............................................................................
|