Hafiz Əliyev doğurdan da Lənkəran futbolunun canlı əfsanələrindəndir. Onun «Xəzər» (Lənkəran) komandasında yetişdiyi hamımıza məlumdur. İndiki zamana baxmayaraq o vaxtlar Lənkəran futbol məktəbi ölkədə birincilər sırasında idi və Hafiz müəllim kimi bir çox futbolçular yetişdirməklə seçilirdi. Mircəlal Əliyev, Fazil Əsədov, Namiq Qarayev, Dadaş Rzayev kimi bu gün də çoxlarının tanıdığı çox-çox isimlər çəkmək olar. Biz sovet dönəmində Lənkəran futbolunun yetişdirdiyi son nəslin nümayəndələrindən bir neçə şəxsin adını çəkdik. Amma bundan öncə də çoxlu parlaq simalar olub. Hafiz Əliyev də bu məktəbin layiqli davamçılarındandır. Onun bu gün də «Xəzər Lənkəran» komandasında qapıçılarla işləyən məşqçi olması əlbəttə sevindiricidir. Əsas ona görə ki o, Lənkəran futbolunun ən azı tarixini bilir və bu məktəıbin şərəfini qorumağı üzərinə götürüb. Bir insan kimi isə Hafiz Əliyev çox dəyərlidir. Komandasına və futbola sadiq insandır. Pərdəarxası oyunların predmetinə çevrilmək isə onun şəxsiyyətinə yaddır. Bu və bir çox səbəblərdən o, ən azı Lənkəran futbol ictimaiyyəti arasında böyük nüfuza malikdir. Onu yaxından tanıyanlar kimi biz də arxayınlıqla fikirlərimizə daha neçə-neçə xoş sözlər əlavə edə bilərik. "Bosman" fanklubu adından Hafiz müəllimə 55 yaşınız mübarək olsun deyirik! Qoy sizi kimi insanlar daim sevimli Lənkəran futbolundan əskik olmasın. Allah sizə ən azı daha 55 il ömür də versin ki, bu ömrü sağlam və əvvəlki kimi mehriban yaşayasınız. Siz Layiqli İnsansınız!
|