Cümə, 27/Dek/2024, 05:05
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » May » 24 » Rednikmaniya yoxsa, Rednikofobiya
16:49
Rednikmaniya yoxsa, Rednikofobiya


         Və ya görünməyən hədəfə kimsə deyir, "Az qalıb"     

       Fikirlərimizi açıq şəkildə bildiririk. Nihat kimi tanıdığımız yazarın qələminin son məhsullarından biri olan "Az qalıb” adlı yazısında  cənab Mirça Rednik və "Xəzər Lənkəran” azarkeşləri ilə bağlı fikirlər səsləndirilib. Yazının əvvəlində xüsusən əcnəbilərə olan qonaqpərvərliyimizdən və bu barədə ifrata varıldıqda əmələ gələn "alabəzəklikdən” söz açılır. Bununla işimiz olmasa da bu qonağın Mirça Rednik kimi futbol adamı olmasına yönələn ittihamları isə cavabsız qoymaq fikrində deyilik.

            Nihat bəyin iddialarına görə Mirça Rednik  "bir qrup istiqanlı lənkəranlının ürəyini ovsunlamaq planını məharətlə həyata keçirdi.”-kimi fikir yürüdür. Çox da uzaq tarıx olmayan həmin günləri Nihat bəyin yadına salaraq demək istəyirik ki, bu sizin iddia etdiyiniz kimi "bir qrup” yox, minlərlə azarkeşlərin ovsunlanması yox, SEVGİSİYDİ. Bir neçə nəfəri ovsunlamaq olar! Amma böyük insan toplusunu ovsunlamaq mümkün deyil. Bax elə buradan səhvlər buraxmağa başlamısınız və sona qədər də bu səhvlərinizi davam etdirmisiniz. Nolaydı bir peşəkar kimi yazının müəyyən hissəsindən sonra həqiqətə doğru bir dönüş edəydiniz. Buna sizin peşəkarlığınız fikrimizcə imkan verərdi. Amma etməmisinizsə, burada məqsəd nə?

            Cənub şəhərini başıpozuq kimi qələmə verərək onların Rednikmaniya xəstəliyinə tutulmasının səbəbini "transferlərdən qatladığı” pulların hesabına etdiyini göstərir müəllif. Rednikin əcnəbiləri ödənişli olaraq kluba gətirdiyində ittiham edən Nihat bəy, görəsən dünyanın harasındasa, hansısa futbolçunun, hansısa kluba ödənişsiz gəldiyini bir fakt olaraq deyə bilərmi? Bu nədir, Nihat bəy? Müasir futbolun qanunlarınımı dəyişmək istəyirsiniz? Yoxsa, özünüz çalışdığınız yerdən maaş almırsınız? Rednikin yeganə uğuru kimi ötənilki kubokun qazanılmasını "bəxtin gətirməsi” adlandıran Nihat, niyə yadına salmır ki, həlledici penaltilər seriyasını da onun öz ölkəsindən komandaya dəvət etdiyi və ya əsl mənada klubla pulla müqavilə imzalayan legionerlər əsasən qazandı. Yoxsa, milli və ya yerli futbolçumuz zərbə anında yıxılaraq kuboku riskə qoymuşdu. Bəs niyə minbir çətinliklə finala qədər olan yolu yada salmır, Nihat bəy? Bəlkə, "Xəzər Lənkəran” dünya praktikasında rast gəlinməyən bir hal kimi yalnız final matçına çıxmışdı? Deyəsən dünya futbolunda bilmədiyiz çox şeylər var. Ardından çempionluq hədəfinə yetişə bilməməkdə Redniki suçlayır müəllif. Hadisələrin az bir qismini xatırlamaq kifayət edər ki, belə deyək: Hər hansı bir yazar, elə siz özünüz, bir yazı yazarkən, bir yandan kimsə, radioya külli miqdar səs verərsə, eyni zamanda televizorun səsi aləmi götürərsə, biri üstünüzə su atarsa, o biri qələminizi dartışdırarsa, biri də ya söyərsə və ya qıdıqlayarsa, siz heç ikinci yerə layiq yazı yaza bilərsinizmi? Ümumiyyətlə xəttinizi belə başa düşmək olmaz yəqin ki.   

            Yadelli kimi qələmə verdiyiniz Rednikin yola salınması zamanı axıdılan göz yaşlarının kənardan "kəmturş” göründüynü söyləyirsiniz. Görəsən siz ğöz yaşının kəmşor olduğunu dadmısınızmı?  "Hönkür-hönkür ağlamaqla” ifadəsini işlədərkən isə çoxlarının mənliyinə toxunmaqla bir suç işləmisiniz. Sonradan onun şərəfinə təşkil olunan turnirə gəlməməklə və söz verdiyi 5 min dolları göndərməməklə "Hönkür-hönkür ağlayanların”çoxlarının onun haqqında fikrinin dəyişdiyini, həmin çoxlarının hətta boynuna qoymaq istəyiniz isə kökündən yanlış və məlumatsızlıqdır. Rednikin əleyhinə çoxları qalxarkən, onun haqqında əndrabadi yazılar gedərkən, turnirin təşkilatçısına min bir problem yaradılarkən, turnir oyunlarının keçirilməsinə meydanlar bağlanarkən, əgər o gələrsə, belədə filan-filan biabırçı insanların, biabırçı əməlləri təşkil olunacaq mesajları verilərkən, sizcə onu istəyənlər mütləq gəl, deyəcəkdimi? Əsla! Elə onu istəyənlər ona hər hansı hörmətsizlik yaşanmasın deyə, ondan ”gəlmə!” xahişi etmişdi. Yoxsa, bəzilərinin qələmindən mürəkkəb əvəzinə qatıq töküldüyü kimi, öyrədilmişlər də onu yumurta və pomidora qonaq edəcəkləri məlumatı var idi. Bax bunun üçün ona "Gəlmə!” dedik. Məlumatınız yox idisə, indi bilin! Onu da bilin ki, bir məsələni dəqiq bilmədən onun haqqında fikir yürütmək necə də eybəcər görünür.

            Rednikin iç üzü nəyə deyirsiz? Əslində Rednikin göndərilməsi uğrunda çoxşaxəli, dırnaqarası hərəkətlər edənlərin iç üzü həmin ərəfədə nəinki açıldı, hətta çılpaqlığı ilə göründü. Adını çəkdiklərin də elə çılpaqcasına göründülər və bu gün də qəbul olunmurlar. Cüneyt Biçərin postundan uzaqlaşdırılmasını isə klubun atdığı ən düzgün və cəsarətli addım hesab edirsiniz. Təbii ki bu yazıda. Amma Mirça Rednikin uzaqlaşdırılması naminə nəinki Biçər, kim olursa olsun deyə qollarınızı çırmalamışdınız.  

            Yazınızın yeganə məntiqli yeri isə Biçərdən sonra Yunis Hüseynovun qabardılması məsələsidir. Belə ki, bu yazıya istənilən etiraz Yunis Hüseynovun müzakirəsindən keçir. Yəqin düşünmüsünüz ki, Yunis Hüseynova görə azarkeşlərdən kimsə buna təpki göstərməz. Əsla! Yanılmısınız! Son zamanlarda "Rednikə görə göz yaşı tökənlərin” mövqeyində bir az yumşalma görmüsünüz deyə, bəlkə də buna cəsarətlə yanaşmısız. Bir daha səhfinizin olduğunu deyirik. Yumşalma elementləri sadəcə və sadəcə "Xəzər Lənkəran” naminə olan bir işdir. Biz "Xəzər Lənkəran” naminə nələrə dözməmişik. Qonorarsız, filansız. Hətta Rednikdən və ya kimdənsə, para aldığımızı şərəfsizcəsinə deyənlər və hətta yazanlar da oldu. Belələri bizi öz arşınları ilə ölçməsin. Axı murdarçılıq varsa, təmizlik deyilən bir məvhum da var! Bunu dərk və qəbul etmək üçün isə ən azından bu hisslərə malik olmaq lazımdır.

            İndiki məqamda yenidən komanda daxili ab-havanı korlamaq üçün Yunis Hüseynovla bizi qarşı-qarşıya qoymaq cəhdiniz isə heç də uğurlu deyil. Çünki biz yalanı yox, düzlüyü sevirik. Bu məsələyə də düzgün bildiyimiz kimi cavab verəcəyik. Rednikin transferlərdən "pul qatdalaması”nı necə deyirsiniz ki, İndi həmin Skarlatake kluba 3-4 dəfə baha başa gəlir. Tanıyaraq, Manuel Skarlatake kimi futbolçunun məsələsini Rednik bir zənglə həll edə bilirdisə, Yunis Hüseynov müəyyən pul xərcləməklə buradan Rumıniyaya ona baxmağa gedir. Rednikin Azərbaycana gətirdiyi futbolçular uğrunda ölkə klubları yarışa giriblər. Amma nə vaxtsa, Rednik Yunis Hüseynovun kəşf etdiyi futbolçunu alsa və onun dalınca minlərcə kilometr yol qət etsə, onda biz sizin bütün dediklərinizlə razı olarıq. Sizcə, bu mümkün görünürmü? 

Sona yaxın Yunis Hüseynovun bələd olmadığı komanda ilə "Qarabağ”ı udduğunu deyirsiz. Bəs Rednik necə, ümumiyyətlə Azərbaycan futboluna bələd idimi? Bəs niyə "Qarabağ”ın Rednikin vaxtındakı komanda olmadığından yazmırsız? Eyni heyət, həmən məşqçi! Bəlkə daha aktual olan bu problemdən yazasıniz.

Ən sonda onu da deyək ki, Rednikin qurduğu komandaya Yunis Hüseynov dəfələrlə inandığını bildirib. Bütün futbolçulardan razıyam, elə də ciddi dəyişikliklər olmayacaq deməklə, sizin bəyənmədiyiniz Rednikin qurduğu komandanın güclü olduğunu, yenə sizin bəyəndiyiniz Yunis Hüseynov deyir! Bu nə anormallıqdır?

"Rednikmaniyanın qır-qırıntılarının Xəzər dənizinə atılmasına az qalıb!” kimi ifadəni işlətməklə də böyük səhv edirsiz. Sizdə isə Rednikofobiya var! Əsl mütəxəssisin adından belə qorxanları futbolun zibilliyi gözləyir.

Views: 701 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 malik   (25/May/2012 19:42) [Daxil Olunan]
Eh Nihat san na bilirsan azerkes nadir. Cunku azerkes olmaq hec vaxt sana qismat olmayacaq. Oyunculardan pul almaq Azeribaycanlilara maxsusdur. Rednik kimi tamiz insanlar bunu etmazlar. O dahidir.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz