Sizlərə,
"Apasport.az” saytının keçmiş oyunçumuz Juninyonun haqqında verdiyi bir yazıda, onun fikirlərinə olan
münasibətimizi təqdim edirik.
Juninyo:
Şaferin rəhbərliyi altında oynamaq mənə çox xoşdur
00:22
18-06-2010
"Artıq
yeni komandamla iki məşqə çıxmışam. Təəssüratlarım yaxşıdır. Şafer kimi təcrübəli
məşqçinin rəhbərliyi altında oynamaq mənə çox xoşdur”. Apasport.az saytının xəbərinə
görə, bu sözləri "Bakı” klubunun yeni futbolçusu Junior Osvaldo Martins –
Juninyo deyib.
Mövsümlərarası fasilədən sonra "Xəzər-Lənkəran”dan paytaxtın eyniadlı
komandasına transfer olunan braziliyalı yarımmüdafiəçi bildirib ki, "Bakı”ya
xeyir vermək fikrindədir: "Artıq bir neçə ildir ki, Azərbaycanda çıxış edirəm.
"Bakı”nın gücünə bələdəm. Komanda daim iddialı olub. Əminəm ki, bu mövsüm eyni
zamanda avrokuboklarda da adımızdan söz etdirəcəyik. Mən də öz növbəmdə üzərimə
düşənin ən yaxşısını edəcəyəm ki, qitə kuboklarında "Bakı”ya xeyir verim”.
Get və oyna, Juninyo!
Əslində,
Denis silva Kruz məsələsindən fərqli
olaraq, sənin gedişində elə də böyük qəbahət yox idi deyə münasibət bildirməmək
də olardı. Lakin Apasport.az saytının xəbərində bildirdiyin kimi: "Təəssüratlarım
yaxşıdır. Şafer kimi təcrübəli məşqçinin rəhbərliyi altında oynamaq mənə çox
xoşdur”, deyə fikrini qabartmısan.
Biz
öz növbəmizdə həqiqətən Şafer kimi dünya şöhrətli bir məşqçinin Azərbaycan
futboluna verə biləcəyi xeyirlərə münasibət bildirmişik, rəqib komandaya gəlişinə
baxmayaraq.
Lakin
sənin, məhz bu məşqçiyə görə deyil, rəqib düşərgəyə keçəcəyin haqda KİV-də
çoxdan məlumat yayılmışdı. İndi "Fanat.az” saytı da, neçə ay əvvəldən yaydığı xəbərin
doğrulması haqda olan məlumatları, jurnalistika üçün qiymətləndirilməsi lazım
olan bir uğur kimi qabarıq göstərməkdədir. Sağ olsunlar ki, işlərinə peşəkar
yanaşıb bu məlumatı xeyli əvvəldən əldə edə bilmişlər.
Göründüyü
kimi, sən məhz bizə qarşı futbol centlmenliyinə məhəl qoymayan C.Biçərin
vaxtında da, ondan əvvəl də bu fikrində olmusan. Sənin də futbol
centlmenliyinin olmamasını göstərən belə hərəkətlərinə, onu da əlavə edə bilərik
ki, gah zədəli olmanı, gah ailə vəziyyətini əsas gətirərək komandamızın neçə-neçə
məsul matçlarında, ona kömək etmədyib kənarda qaldın. Çıxdığın matçlarda da əvvəlki
Juninyo deyildin, oyunları sadəcə, yola verməklə keçirirdin. Biz azarkeşləri zədəli
olduğuna görə təəssüfləndirirdin. Sən demə... Burda "Böyük Dayaq” filminin qəhrəmanlarından
biri olan, mərd və təmizliyin nümunəsi kimi göstərilən Rüstəm kişinin bir kəlməsi
yada düşür: "Qız ki, dingildədi, gərək başıdan rədd edib, verəsən getsin!”
İndi yeni komandana
xeyirli olacağını bu sözlərlə bildirmisən: "Artıq bir neçə ildir ki, Azərbaycanda
çıxış edirəm. "Bakı”nın gücünə bələdəm. Komanda daim iddialı olub. Əminəm ki,
bu mövsüm eyni zamanda avrokuboklarda da adımızdan söz etdirəcəyik. Mən də öz
növbəmdə üzərimə düşənin ən yaxşısını edəcəyəm ki, qitə kuboklarında "Bakı”ya
xeyir verim”.
Sən zədəli olduğunu bildirərək, çox uzun müddət oynaya bilmədiyini
deyən və göstərməyə çalışan, Juninyo, heç olmasa yeni komandanı da belə
üsullarla aldatma, əgər oradan da başqa komandaya keçmək fikrinə düşsən. Get və
oyna, Juninyo!
|