
Keçən mövsüm bitən
kimi bir neçə futbolçu ilə yanaşı komandamızdan Ramazan Abbasov da kənarlaşdırıldı.
Lakin baş məşqçi dəyişikliyindən sonra onu yenə də "Xəzər Lənkəran”ın
sıralarında, komanda ilə birgə məşq etdiyini gördük. Görəsən, Ramazan Abbasovun
"Xəzər Lənkəran”da qalacağı dəqiqləşib? Bu barədə futbolçunun özünün mətbuat
üçün verdiyi açıqlaması belədir: -
- "Mövsüm bitən kimi "Xəzər Lənkəran”dan ayrıldım. İstirahətdə
olduğum müddətdə bir neçə klubdan təklif də gəlmişdi. Ancaq bir az gözləməyi məsləhət
bildim. Lənkəran klubuna yeni baş məşqçi təyin ediləndən sonra isə məni yenidən
komandaya çağırdılar. Dedilər ki, yeni baş məşqçi gəlib, kollektivdə qalmaq üçün
özünü yaxşı tərəfdən göstərməlisən. Yəni hazırda "Xəzər Lənkəran”da qalmağım,
baş məşqçinin verəcəyi qərardan asılıdır. Amma mən özümə çox güvənirəm.
Bacarığımı ortaya qoyub, yeni mövsümə Lənkəran klubunda başlayacağıma
inanıram”.
|