Astaranın
yeni təsis olunan "Sərhədçi” futbol klubunun baş məşqçisi Fazil Əsədovun
"Bosman” fanklubunun rəsmi saytına eksklüziv müsahibəsi
- Fazil bəy, salam. İlk olaraq
cənub futbol azarkeşlərinin bir qrupu olan "Bosman” fanklubu adından sizi və
Astara rayon futbolsevərlərini təbrik etmək istəyirik.
- Mən də Mirhafiz bəy sizi və fan klubun bütün üzvlərin
salamlayıram, təbrik üçün çox sağol deyirəm.
- Cənub futbolunda əsas mərkəz
olan Lənkəran şəhəridir. Amma bütün qonşu rayonlarda futbol ənənələri həmişə
olub. Bu mənada qisa da olsa, "Sərhədçi” haqqında danışardınız.
-"Sərhədçi" futbol klubunun tarixi ənənləri
vardır. Klubun prezidenti Ruslan müəllim də tarixi ənənələrə sadiq qalıb klubu
premyer liqaya yüksəltmək uğrunda bizə var gücü ilə kömək etməyə hazırdır.
- Siz özünüz də cənub
futbolunun yadda qalan simalarındansınız, məşqçiyə lazım olan xarakterə
maliksiniz. Ən azından bunu "Masallı”da və "Xəzər Lənkəran”ın əvəzedicilərinə rəhbərliyiniz
zamanı sübut edə bilmisiz. Təyinatınızda yəqin ki, bunun rolu olmamış deyil.
-Mənə də etimad göstərilmişdir, bu etimadı doğrultmağa
hazıram.
- Komanda yığmaq və ona
mübarizə əzmi vermək heç də asan deyil. Bu mənada işləriniz yəqin ki, az
olmayacaq.
- Yeni bir peşəkar klub yaratmaq çətin olsa da şərəfli
bir işdir. Respublikamızda futbolun inkişafına xidmət göstərməyə hazıram.
- Komandanın loqosu və rəngləri
necə müəyyənləşdirilib?
- Yaxın günlərdə bu haqda məlumat veriləcəkdir.
- Futbol bir sağlam mübarizə
növüdür və rəqiblərin qarşısını almaq, onlara qalib gəlmək birinci məqsəddir. Hər
komandanın ləqəbinin olduğunu da bilirik. Bu mənada komandanın adına uyğun gələn
ləqəb, "Tikanlı Məftillər” ola bilər ki, rəqibin qabağında tikanlı məftillər
kimi keçilməz olsun. Baxmayaraq ki, siz hücum futboluna üstünlük verirsiz amma
qardaş Astara futbolsevərləri qəbul edərsə, bu adı bizdən hədiyyə olaraq qəbul
edə bilərlər.
- Ləqəb haqqında müzakirə etməyə dəyər.
- Azərbaycan və cənub
futbolunda izinizi görmək arzusu ilə sağollaşırıq və demək istəyirik ki, Astara
futbolsevərləri "Xəzər Lənkəran”a dəstək olduqları kimi, biz də onların
yanındayıq.
-Bütün "Sərhədçi" klubunun yaranması ilə
klubu sevən bütün azərkeşlərə öz xoş arzularımı bildirirəm.
|