 "İnter" - "Xəzər Lənkəran" matçı Novruz bayramına düşdüyündən həm də "İnter" fanatları ilə münasibətlərin yaxşı olduğunu nəzərə alaraq fanklubumuz gözəl bir təkliflə çıxış etdi. Matçın başlama anına qədər hər iki tərəfin azarkeşləri qarşı tərəf üçün "Bayramınız Mübarək!" sözləri yazılmış bannerlər asacaq və hər tərəf qarşılıqlı olaraq bir birini Bayramınız Mübarək! nidaları ilə salamlayacaq. Daha sonra hər iki tərəf göyərçinlər buraxacaq. Bu təklif "Xəzər Lənkəran"ın digər fanklubları ilə, həmçinin "İnter" fanklubu ilə razılaşdırılmışdır. Bütün tərəflər təklifimizi çox gözəl qarşılamış və bu bayram günündə bunun çox gözəl alınacağını bildirmişlər. Göyərçinləri havalandırma təklifi isə "İnter" fanklubunun buna daha bir əlavəsi olmuşdur.
|