
Düz
bir il əvvəl 2009/10 futbol mövsümündə premyer liqanın XXIV turu məhz bu günə təsadüf
etmişdi. Novruz Bayramı qeyd olunan gün "Xəzər Lənkəran” səfərdə "İnter”lə
qarşılaşırdı. Hər iki klubun azarkeşləri,
"Şəfa” stadionunda keçirilən bu oyundan öncə həyata keçirilən maraqlı
layihə ilə yadda qalmışdılar. Beləki, "Bosman” fan klubunun təklifi ilə
meydan sahiblərinin fan klubu ağ parçada yaşıl rənglə "”Xəzər, bayramınız mübarək !” yazılan banneri,
"Bosman” fan klubu isə ağ parça üzərində göy rənglə ""İnter”, bayramınız mübarək
!” yazılmış bannerləri hazırlayaraq oyundan öncə tribunalardan asdılar. Bundan əvvəl
isə razılaşmaya əsasən meydan sahibləri olduğu üçün, yenə ilk olaraq "İnter” fan klubunun üzvləri üzlərini qonaq azarkeşlərə tərəf tutaraq düz 5-dəfə
bannerdə yazılmış sözləri şüar şəklində səsləndirdilər. "Xəzər Lənkəran”ın azarkeşləri
də buna eyni tərzdə cavab verdilər. Beləliklə, 2010-cu ilin 21-mart
tarixi Azərbaycan futbol tarixində, futbol azarkeşlərinin ilk dəfə qarşılıqlı bayram təbrikli şüarları
səsləndirdikləri gün kimi qaldı. "Xəzər Lənkəran” və "İnter” azarkeşləri
arasında bünövrəsi 2009-cu ilin yayında qoyulan dostluq və qardaşlıq əlaqələri 2010-cu ilin Novruz bayramı günü daha da möhkəmləndi
və hazırda da bu xoş münasibətlər davam edir.
Mənbə: "12cioyuncu.info”
Qeyd: İlk
dəfə 2009-cu il avqust ayının 21-də Lənkəranda keçirilmiş "Xəzər Lənkəran” – "İnter”
klubları arasında çempionat oyunundan əvvəl "12-ci oyunçu” azarkeş qrupu tərəfindən
təklif olunan və həyata keçirilən hər iki klubun azarkeşləri arasında Lənkəran
Olimpiya Kompleksinin mini futbol meydançasında keçirilən qarşılaşma ilə əsası
qoyulmuş bu dostluq sonradan yuxarıda qeyd olunan formada davam etdirilmişdir.
Bura həm də onu da əlavə edək ki, həmin andan sonra "İnter” klubunun nə vaxt Lənkəranda
keçirilən oyunları olubsa, "Xəzər Lənkəran” azarkeşləri komandalarını dəstəkləməyə
gələn qonaq azarkeşləri Lənkəran şəhərinin girəcəyində xüsusi olaraq qarşılamış
və onları matçın keçirildiyi "Fırtınalar Meydanı”na qədər müşayiət etmişlər. Bu
tədbirlərdə "Bosman” fanklubu mümkün olan qədər "12-ci”lərlə birgə iştirak
etmişdir.
Onu
da qeyd edək ki, "12cioyuncu.info” saytında getmiş və sizlərə də təqdim
etdiyimiz bu yazıda "Novruz” bayramı ərəfəsində "Şəfa” stadionunda "Bosman”
fanklubunun layihəsi olan tədbirdə "Xəzər Lənkəran” rəsmi fanklubunun başda
Samır Qasımov olmaqla, iştirakı layihənin gözəl effekt verməsində böyük rolu
olmuşdur. Bu tədbirə bütöv heyətlə qatılan rəsmi fankluba və həmçinin şüarları
səsləndirərkən xeyli sayda fanklublara daxil olmayan azarkeşlərimizə göstərdikləri
dostluq tədbirindəki səylərinə görə həmişə minnətdarlığımızı bildirməyi özümüzə
borc bilirik. Bu tədbirə fanklublara daxil olmayan azarkeşlərimizin də ürəklə
qoşulması həm də onu göstərir ki, "Xəzər Lənkəran” azarkeşləri belə sivil
münasibətlərin tərəfdarıdırlar.
|