Əslində bu yazını Uinston Parksın "Bakı" klubuna keçdiyi ərəfədə yazmaq fikrimiz vardı. Başlığı da belə vermək istəyirdik: ""Fair Play Bakı" bir daha daxili "Fair Play"a tüpürdü". Lakin bunu o vaxtı vermədik və üstündən səssiz keçmək istədik. Lakin onların Pits haqqında da son açıqlamaları bunu deməyə məcbur etdi. Söhbət qıt olan yerli futbolçuların transferindən yox, bolluğu ilə diqqət çəkən legioner transferindən gedir. Bu günlərdə "Xəzər Lənkəran”a aid bəzi şəxsiyyətə
toxunacaq açıqlamalar müxtəlif informasiya vasitələrinin səhifələrində yer
alıb. Konkret olaraq "Bakı” klubunun bəzi rəhbər adamları xəyanətkarcasına
klubumuzu tərk etmiş Uinston Parksı sıralarına qatmaqla öyünərək, hətta Adrian
Pits haqqında da eyni sözləri səsləndirmişlər. "Bakı”nın Media və Marketinq
Departamentinin rəhbəri Nəriman Mehdiyev, "istəsəydik Pitsi də sıralarımıza
qatardıq”-kimi fikirlər səsləndirmişdir. Bir çox klublardan futbolçu
qopartmaqla öyünən bu şəxslər, əslində futboldan və xüsusən Avropa futbolundan
xəbərsizlikləri ilə sanki öyünürlər. Xaricdə futbola bələd olmadıqlarına görə,
sayılıb-seçilən futbolçuları klublarına cəlb edə bilməməyin nəticəsidir ki,
gözləri ölkədən uzağı görə bilmir. Əks halda beynəlxalq transfer bazarında istənilən
keyfiyyətdə, istənilən sayda və istənilən qiymətə futbolçular tapmaq mümkündür.
Sadəcə beynəlxalq futbol aləmi ilə tanış olmaq lazımdır. Bəli, Mirça Rednik bu
sahədə əvəzi olmayan bir mütəxəssisdir. Onun yarıcan futbolçuları nisbətən
münasib qiymətə tapıb, onlarla məşğul olduqdan sonra mükəmməl futbolçuya çevirə
bilmə bacarığı əlbətdə ki, çoxlarında yoxdur. Bəziləri isə Nəriman Mehdiyev
kimi "Hazırın Nazırı” olmaqla gün keçirirlər.
Bəli,
bu ilk dəfə deyil ki. Keçən kubok mövsümünün final oyununda "Fair Play”a tüpürməklə
yadda qalmısınız. İndi də transfer bazarında rəqiblərin heyətlərindən xəyanətkar
futbolçuları qoparmaqla, bir daha daxili "Fair Play”a tüpürürsünüz.
İddia
edirsiniz ki, legionerlər "Xəzər Lənkəran”da bir ildən artıq qalmaq istəmir.
Amma sözü deyəndə yəqin fərqinə varmırsınız ki, Juninyo Osvaldo "Xəzər Lənkəran”da
üç mövsüm oynayıb parladısa, heç sizdə bir il də duruş gətirmədi. Görək xəyanətkar
Parksın aqibəti necə olacaq? Bir də ki, futbolçunu tapıb gətirməklə də iş
bitmir. Onu Rednik kimi mütəxəssis lazımdır ki, daim ayaq üstə saxlasın. O da
sizdə yoxdur. Çaşıb Rednikə də təklifdən-zaddan göndərməyin.O, Parks və Juninyo
kimi xəyanətkar deyil. O "Xəzər Lənkəran”a və onun azarkeşlərinə bağlı olan,
daxili təmiz bir insandır.
|