Cümə, 19/Apr/2024, 16:05
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Mart » 6 » Etibar Cəbrayıloğlu: Ya zəlzələdən, ya vəlvələdən, ya “Qəbələ”dən…
04:42
Etibar Cəbrayıloğlu: Ya zəlzələdən, ya vəlvələdən, ya “Qəbələ”dən…


Bakes fevral ayı kimi tez gəlib getdi. Özü də qəribədi ki, ispan çalışdırıcının birdəfəlik getməyi elə fevrala düşdü. "Xəzər Lənkəran” da bekar qalmadı, çox əlləşdi, vuruşdu, axırda ikinci altılığa düşdü. Okeanlarda irəliləmək üçün suya buraxılan "Xəzər Lənkəran” sısqa çaylara üz tutmağa məcbur oldu. Ya zəlzələdən, ya vəlvələdən, ya da "Qəbələ”dən "Xəzər Lənkəran” cədvəlin yedəyində sürünməyə məhkum edildi. Mirça Rednik kimi səviyyəli məşqçini Lənkərandan qovmaq üçün bütün şərəfsizliyə qol qoyanlar əllərinə və başqa yerlərinə xına yaxa bilərlər.

"Xəzər Lənkəran”ın bunca miskin bir duruma gətirilməsində hamının günahı var. Fəxri prezidentdən tutmuş masajçıya qədər hamı günahkardı. Bircə "ağ yaşıllara” könül verən azarkeşlərdən başqa. Klubu yönətmək üçün maaş alan, bir zamanlar dişlərini yumaya pasta tapmayan, indi isə Mübariz Mənsimovun hesabına tank yekəlikdə avtomobil sürənlər "Xəzər Lənkəran”ın bu durumuna görə cavab verməlidirlər. Heç kim yaxasını kənara çəkə bilməz. İllərdi əsl azarkeşlər əsəbdən, xəcalətdən tər tökəndə klub yönətiçilərinin saçından yağ damır. Yerləri dəyişməyin zamanı deyilmi?

Həmişə çempionluğa, Avropa miqyaslı yarışlara getmək üçün oynayan "Xəzər Lənkəran” lənətlənmiş bu mövsümün sonuna "Turan”la, "Kəpəz”lə, "Sumqayıt”la qarşılaşmaq zorundadı. Mərhum şairimiz Şahmar Əkbərzadə demişkən,  Utanım yerinə, ay utanmayan.

Bizim Lənkəranı təmsil edən klub bu miskin vəziyyətə bir gecənin içində düşmədi. Gəmi yanlış idarəçilik üzündən neçə vaxt idi ki, qəzaya doğru üzürdü. Zəfərdən, uğurdan  başqa heç bir təmənnası olmayan azarkeşlər, qələmini satlığa çıxarmayan jurnalistlər yazır, "SOS” siqnalı verirdilər. Amma klub rəhbərliyinin heç dabanına da deyildi. Klubun başında duranlar həqiqəti yazanlara az qala "Əl-Qaidə” döyüşçüsü gözü ilə baxırdılar.

Normal vaxtda proqnozlar düz çıxanda sevinərdik. Lakin təəssüf ki, yazdıqlarımız düz çıxdı. Təəssüf ki, düz çıxdı…

Deyilənə görə, Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti Teodor Ruzvelt "Ən uğurlu siyasətçi hamının düşündüklərini imkan daxilində daha tez-tez və daha ucadan söyləyən siyasətçidir” kəlamını işlətməyi sevərmiş. Obyektiv insanlar "Xəzər Lənkəran”dakı qəzanı imkan daxilində daha tez-tez və daha ucadan söyləsələr də klub rəhbərliyindəki adamlar qulaqlarını dincə qoydular. İndi isə batmış gəminin qalıqlarına ağlayırlar. Özü də heç düz-əməlli ağlamağı da bacarmırlar. Nəyi bacarırlar ki…

Sonuncu toplantı da onların becəriksizliyini sübut edir. Nə toplantı? "Sumqayıt”la oyundan bir gün sonra klubun ofisində rəhbərlik yığışaraq durumu müzakirə edib. Rəhbərlikdəki adamlar mobil telefonlarını söndürməyi belə bacarmadıqlarından danışılanlar kənara sızıb. Mühafizə kameraları da toplantının görüntülərini qeydə alıb. Ofisdə çalışan dostlar sağ olsunlar ki, həmin görüntüləri bizə ötürüblər.

Deməli belə, "Xəzər Lənkəran”ın rəhbərliyi toplantıda. Otaqda vitse-prezident Tuyqun Nadirov, idman direktoru Babək Quliyev, rəis Səməd Mustafayev və icraçı direktor Höccət Hacıyev oturublar. Prezident Mais Mənsimov içəri daxil olan kimi hamı ayağa qalxır. Prezident yuxarı başa keçib otağı gözdən keçirir, tavana baxır, sol əlinin iki barmağı ilə masanın üstündəki əyilmiş gəmi maketini dikəltməyə çalışır.

Sükutu Tuyqun Nadirov pozur.

Tuyqun Nadirov: – Son illər ölkədə geniş miqyaslı abadlıq quruculuq işləri həyata keçirilir. Körpülər, tikilir, yollar salınır. Təəssüf ki, bəzi qüvvələr buna mane olur, əngəl törətməyə çalışır. Məndə olan məlumata görə Ramin Musayevin iki qohumu "Xəzər Lənkəran” avtobusu keçən körpülərdə cadu basdırıb. Ona görə də klub yaxşı nəticələr göstərə bilmir. Bakes gələn gündən neçə dəfə kabinetə çağırıb söhbət etdim. Hətta şeir də oxudum

Apardı könlümü bir xoş, qəmərüz, canfəza dilbər

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən büti-şəngül, sürahi eyləmə qülqül

 Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər

 Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

 Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,

 Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,

 Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

 

Hər dəfə bu şeiri oxuyanda görürdüm ki, ispan məşqçi gözlərini döyür. Bu şeiri anlamayan adam necə baş məşqçi ola bilər, futbolçularla dil tapa bilərdi? Ona görə də yola salındı. Amma problemlər həll olunmayıb. Venesuela prezidenti Uqo Çaves xəstələndiyinə görə argentinalı futbolçu Olgin qatıq yemir, pendir içmir.

Höccət Hacıyev Səməd Mustafayevə tərəf əyilərək: – Venesuelanın icra başçısı Fidel Kastronu işdən çıxarıblar?

Tuyqun Nadirov: – Yerdən danışmayın, səbət dalından gübrə tökülmür.

Höccət Hacıyev əsəblə ayağa qalxır: – Bəziləri deyir ki, guya mən gübrə yemişəm. Səməd, sən mənim dişlərimə bax, heç gübrə yeyənə oxşayıram?

Tuyqun Nadirov: – Müslüm Gursəsin ölümü heç yerinə düşmədi. Gökhan Güləş nə yerdədi, nə göydə.

Səməd Mustafayev: – Bayaq barda idi.

Höccət Hacıyev: – Müğənni İbrahim Pekkana nə olub?

Tuyqun Nadirov: – Rusiya Qəbələ RLS-dən imtina etməyə vaxt tapdı? Bəşər Əsədə sadiq qüvvələr yaxşı müdafiə olunur.

Höccət Hacıyev Səməd Mustafayevə tərəf əyilərək : – Doktor deyəsən xəstələnib.

Babək Quliyev ayağa qalxır: – Azadlıq aşiqi Babək "Babək” filmində deyir ki, 4 gün idman direktoru işləmək 40 il hakim işləməkdən yaxşıdı.

Höccət Hacıyev bu dəfə öz-özünə: – Bu sözü Babək "Babək” filmində demir e, "Uzaq sahillərdə” kinosunda deyir.

Səməd Mustafayev ayağa qalxır: – Bəzi ağzıgöyçəklər deyir ki, mən niyə maşın sürürəm. Bəs nə edim, əvvəllər olduğu kimi yenə "sanka” sürüm? Antalyada olanda dedilər ki, təzə oyunçu Lüvəsərdə gözləyir. Mən də getdim ora. Sonra məlum oldu ki, mən Lüvəsərə gedəndə təzə oyunçu Havzavada gözləyib. "Qəbələ” ilə oyunda Bakes telefonda Skarpadapenin istədiyi qıza mesaj yazırdı. Torbasını…

Höccət Hacıyev onun sözün kəsir: – Torbasında pişik olanın dədəsi ölsün. Stadionda iki dənə pişik var idi, satdım getdi də. Hamı mənim üstümə düşüb. O gün Tuyqun bəyə dedim ki, krossvord yazıram, mənə bir qız futbolçu adı de. O da dedi ki, Dimariya. Bu gün səhər öyrənmişəm ki, Dimariya qız deyil, oğlandı, bəlkə də lap kişidi, özü də "Talke-05”də oynayır.

Prezident Mais Mənsimov yenicə axırına çıxdığı "Beloçka” qutusunu zibil qabına tullayaraq otaqdan çıxır. Otaqdakılar masanın üstündə qalan 1 manat 70 qəpik üstündə dalaşırlar. Söyüş söyən, bir-birinə mobil telefon tullayan kim. Göydə uçan mobil telefonlardan biri güvənlik kamerasına dəyib sıradan çıxardığından toplantının nə ilə bitdiyini tam öyrənə bilmədim.

Bildiyim odur ki, milyonlar içində üzən "Xəzər Lənkəran”ın ilk altılığa düşməməsi, acından günorta duran klublarla qarşılaşması dünyanın sonu demək deyil. Amma klubun səriştəsiz idarəçiliyinə son verilməlidir. Əks halda "Xəzər Lənkəran”ın sonu olacaq…

Views: 695 | Added by: BOSSMAN | Dərəcələndirmə: 5.0/1
Cəmi Şərhlər: 2
0  
2 BOSSMAN   (06/Mar/2013 21:44) [Daxil Olunan]

Quote
Hərəkət eləsən, Allah da bu əziyyətinə pay olaraq Bərəkət verər. Tənbəl insan olmaq Allahın heç bir tövsiyyəsində yoxdur. Allahın izni ilə bizlər hərəkət etməliyk ki, O da öz bərəkətini bizlərdən əsirgəməsin. Həmçinin doğma komandamız üçün də biz azarkeşlərin üzərinə müəyyən məsuliyyət düşür ki, biz də bu lazımi hərəkətləri etməliyik ki, Allah da bu barədə də bərəkətini əskik etməsin. Bu tövsiyyələr ağıllı olduğumuzu göstərmək üçün deyil. Əsla yox! Bu sadəcə komandanın xoş gələcəyini düşünən və onun qurulması istiqamətində öz köməyini göstərmək istəyən hər bir amalı düz olan qardaşlarımızın səylərini birləşdirərək buna nail olmağımız düşüncəsindən yanaşmadır.

0  
1 Tahir-Baku   (06/Mar/2013 11:21) [Daxil Olunan]
Normalda bu yazini oxusaydim gülümsäyärdim, amma indi cox pärtäm. Yazmaqnan bitmäz problemlär, problemlärä olan laqeydlik, laqeydliyi yaradan mäsuliyyätsizlik, vä s. Bunlar hamisi bizim hisslärimizä, sinirlärimizä toxunur. Allah bizä (Xäzär Länkärana) kömäk olsun.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz