Cümə, 27/Dek/2024, 00:53
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Dekabr » 9 » Etibar Cəbrayıloğlu: "Mirça Redniklə qəfil görüş"
21:52
Etibar Cəbrayıloğlu: "Mirça Redniklə qəfil görüş"

 

            Bildiyiniz kimi dünən gec saatlarda "Bosman", "Caspian Ultras" fanklubunun üzvləri və fəal azarkeşlərdən ibarət bir qrup, ölkəmizi tərk etməkdə olan Mirça Redniklə görüş keçirdilər. Görüşdə "Bosman" fanklubunun üzvləri arasında həm də "Ədalət" qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu da var idi. Görüş haqqında artıq ictimaiyyətə saytımız vasitəsi ilə geniş məlumat verilib. Etibar bəy də əməkdaşı olduğu qəzetin oxucuları üçün xüsusi materialla çıxış edib. Onun bu yazısını təqdim edirik.

Mirça Redniklə qəfil görüş

Süni oyundankənar vəziyyətə salınan baş məşqçi ilə müsahibə

 

Ötən bazar Lənkəranda baş verən olaylar ölkə idmanının gündəmini bir andaca dəyişdi. Kərbəla müsibətinin növbəti ildönümünü qeyd etməyə hazırlaşan lənkəranlılar başqa bir hadisənin şahidi oldular. Qan da axdı, göz yaşı da...

Mərkəzi stadionda qarşı-qarşıya gələn iki baş məşqçi dərdə düşdü. "İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadzenin baş yarıldı. "Xəzər Lənkəran”ın rumın əsilli çalışdırıcısı Mirça Rednik vəzifəsindən istefa verdi.

Futbolda baş məşqçi istefası adi haldı. Oyunda aut atışı, 11 metrlik cərimə zərbəsi olduğu kimi... Lakin Rednikin "Xəzər Lənkəran”dan gedişi adi, könüllü istefaya oxşamırdı. Gəldiyi gündən tələbkar cənublu azarkeşlərin qəlbində taxt qurmağı bacaran Rednikin bu gedişindən daha çox məcburi addım qoxusu gəlirdi. Hiss olunurdu ki, klub rəhbərliyi rumın çalışdırıcını süni oyundankənar vəziyyətə salıb.

Papağını da götürüb klubdan ayrılan Rednik özündən sonra xeyli suallar qoyub getmişdi. Həmin sorulara da yalnız özü aydınlıq gətirə bilərdi. Gətirdi də...

Avropada müəyyən uğurlara imza atan bu təcrübəli futbol adamı ilə görüşümüz qəfil alındı. "Bosman” fanklubunun rəhbəri, dəyərli ziyalı dostumuz Mirhafiz Babayev şəxsi əlaqələrindən istifadə edib vətəninə uçmağa hazırlaşan Redniklə görüş təyin etdi.

Çılğın futbol azarkeşi, uşaqlıq dostum Mehmanla deyilən vaxtda "Park Bulvar”ın qarşısında idik. Rednik də tək gəlməmişdi. "Xəzər Lənkəran”da birgə çalışdığı Mihay Teja və Ciovanni Melkiore yenə sabiq məşqçinin yanında idilər. 

Salamlaşma mərasimi azərbaycanca olsa da, söhbətin sonrakı gedişini tərcümə etməyi ABŞ-dakı təhsilini başa vurub qayıdan həmyerlimiz Musa Teymurov öz üzərinə götürdü.

 

Bütün yaxşılıqlara rəğmən...

 

- Yəqin ki, ilk sualımızın nə barədə olacağını təxmin edirsiz. "İnter”lə oyundan sonra nə baş verdi ki, istefa verdiyinizi açıqladız?

- Oyun başa çatan kimi klubun vitse-prezident Tuyqun Nadirov mənə dedi ki, belə davam edə bilməz. Artıq komandanın 6 oyunçusu sizdən şikayət edir. Vitse-prezident qarşımda iki şərt qoydu. Ya şikayət edən oyunçuları klubdan qovmalı, ya da özüm "Xəzər Lənkəran”dan getməli idim. Mən ağır olsa da ikinci variantı seçməyə üstünlük verdim. Daha doğrusu buna məcbur oldum. Çünki mənə başqa çıxış yolu fikirləşmək üçün vaxt tanımadılar.

- Birinci variantı seçmək- narazı oyunçulardan xilas olmaq daha doğru variant deyildimi?

- Onda mən də sizə sual verə bilərəm-məndən rəhbərliyə şikayət edən həqiqətən də olubmu? Elə fərz edək ki, 6 futbolçu məndən narazıdı və mən onların qovulmasını tələb etdim. Bəs növbəti oyunlarda meydançaya kim çıxmalı idi? Mən özüm oynamalı idim, yoxsa bu gün bizimlə oturan köməkçilərim?  Yenə deyirəm, şərt elə qoyuldu ki, başqa seçim yolu qalmadı. İstefa verdiyimi açıqlayan kimi əlimi sıxıb lazım olan sənədləri hazırladılar. O qədər iti sürətlə hazırladılar ki, özüm də təəccüb qaldım. Sanki illərdir bu günü gözləyirmişlər.

- Həmin 6 futbolçunun kimliyini özünüz üçün dəqiqləşdirmisiniz?

- Niyə dəqiqləşdirməliyəm ki? Mən də, köməkçilərim də peşəkar insanlarıq. Biz öz işimizi görmüşük. Futbolçuların guya şikayət etməsi iddiasını klub rəhbərliyi səsləndirmişdi, onlar da zəhmət çəkib sübut göstərməli idilər. Amma mənə heç bir fakt, sübut göstərən olmadı.

- Bakıda "Neftçi”dən alınan ağır hesablı məğlubiyyətdən sonra hamı klubda vəziyyətin yaxşı olmadığını deyirdi. Problemin həmin oyundan qaynaqlandığını demək olarmı? 

- Əslində problemlər hələ Avstriya toplanışı zamanı yaranmağa başladı. Lazım olan oyunçuları transfer etməyə imkan yaratmadılar. Gələnlər də düşərgəyə gec qoşulduğundan forma yığa bilmədilər. Transfer etdiyim Onofraşı, Borbelini, Mühərrəmoviçi Avroliqa oyunlarında Tel-Əviv "Makkabi”sinə məğlubiyyətdən sonra geri göndərməyə məcbur etdilər.

"Neftçi”yə məğlub olmağımıza gəlincə, əzəli rəqib üzərində acınacaqlı məğlubiyyət təbii ki, xoş olmayan hal idi. Baş məşqçi kimi mən və köməkçilərim bu məğlubiyyətin bədəlini ödədik. Maaşımızın 50 faizini kəsdilər, amma biz heç bir narazılıq etmədik. Peşəkarıq, bu üzdən yaxşı bilirik ki, qələbə qazanan zaman mükafatlandırma olan kimi məğlubiyyətə görə cərimə də kəsilə bilər. Futbolçuların isə maaşları 30 faiz azaldı. Bu da normal haldı. Peşəkar klubda hamı bilməlidi ki, bütün oyunlarda qalib gəlmək mümkün deyil. Məğlubiyyət, xal itkisi futbolun bir hissəsidi. "Mançester Yunayted” qrup mərhələsinə düşə bilmədi. Buna baxmayaraq heç kim baş məşqçi Aleks Ferqyusonu  istefaya göndərmədi. "Real” "Barselona”nı məğlub edəndə rəhbərlik Qvardiolanı istefa verməyə məcbur etdi?

- Dediniz ki, "Neftçi” ilə oyundan sonra futbolçuların maaşları kəsildi. Bəlkə buna görə sizdən narazılıq edirmişlər?

- Pul məsələsinə heç vaxt qarışmamışam. Onlar maaşı məndən alırdılar ki, narazı da qalaydılar? Mən dəfələrlə oyunçulara demişdim ki, məndən, məşqçilər korpusundan narazı olanlar birinci özümə desinlər. Amma bu vaxta kimi heç bir oyunçu mənə narazılığını bildirmirdi.

Futbolçular, klubla əlaqəsi olan hər həs yaxşı bilirdi ki, mən və köməkçilərim nizam-intizam məsələlərinə ciddi önəm verirdik. Futbolçulardan nizam-intizamdan kənar heç nə tələb edən olmayıb. Bəs klub rəhbərliyinə, futbolçulara necə baş məşqçi lazımdı?  

 

"Parksın başında problem var. Subaşiçin isə...”

 

- Ötən mövsüm "Xəzər Lənkəran”a gətirdiyiniz, sonradan isə "Bakı”ya keçən Parks mətbuata açıqlamasında istefanızdan sevindiyinə işarə vurub...

- Yəqin onun başında problem var. Parksın "Bakı”ya keçidində mənim heç bir günahım olmadı. Hamı bilir ki, onun tələb etdiyi pulu "Xəzər Lənkəran”ın rəhbərliyi vermədi.

- Sizin vaxtınızda transfer olunan Subaşiç isə bəzi qərarlarınızı anlamadığını deyib. Bilmirsiniz hansı qərarlardan söhbət gedir? 

- Mən onun sözlərinə şərh vermək istəmirəm. Çünki bilmirəm ürəyində nə tutub. Subaşiçin "Xəzər Lənkəran”a transferinə gəlincə, bu təşəbbüs klub rəhbərliyindən gəlmişdi. 

- İndi əhəmiyyətsiz olsa da soruşmaq istəyirəm. Qış "transfer pəncərəsi” ilə bağlı hansı planlarınız var idi?

- Təbii ki, müəyyən planlar cızılmışdı, danışıq apardığım futbolçular var idi. Baş məşqçi kimi komandamın zəif yerlərini bilirdim. Fasilədə iki müdafiəçi, iki hücumçu və bir qapıçı alınmalı idi. Kamran Ağayevə ciddi rəqabət yaratmaq lazım gəlirdi. Çünki Kamranın davranışları qəribə idi. Bir gün gəlib deyirdi ki, əməliyyata gedəcəyəm, ona görə də oyuna çıxmıram. İki gündən sonra isə gəlib məşqdə hoppanıb düşürdü.

- Sizin yerinizə təyin olunan Cüneyt Biçər klubun idman direktoru kimi işinin öhdəsindən gəlirdi?

- Heç bilmirəm onun işi nədən ibarət idi. Onu kluba gətirəndə görünür artıq mənimlə bağlı müəyyən planlar cızılırmış.

 

"Mübariz Mənsimovu bircə dəfə görmüşəm”

 

- Klubda baş verənlərlə bağlı fəxri prezident Mübariz Mənsimova söhbətiniz olurdumu?

- Mübariz Mənsimovu cəmi bir dəfə görmüşəm. Onunla əlaqə saxlamağa şərait yaratmırdılar. Mən heç prezident Mais Mənsimovla görüşə bilmirdim. Bütün məsələləri Tuyqun Nadirovla Səməd Mustafayev həll edirdi. Mən peşəkar məşqçi kimi başımı aşağı salıb öz işimlə məşğul idim. Haradan biləydim ki, arxamdan nə işlər çevirirlər?

 

"Onu deyə bilərəm ki,  "Xəzər Lənkəran”a  qayıdışım daha möhtəşəm olacaq”

 

- Bəzi xəbərlərə görə "Qəbələ” klubu sizin xidmətinizdə maraqlıdı...

- Konkret ad çəkmək düzgün olmaz, amma təkliflər həmişə olub. İndi məni bilirsiz daha çox nə maraqlandırır?

- Nə?

- Tez vətənimə çatıb ailəmlə birlikdə yaxşıca dincəlmək. Yeni iş yeri ilə bağlı sonra da fikirləşmək olar. Yəqin ki, futbolsuz qalmayacam.

- Lənkərandan ayrılarkən azarkeşlərlə aranızda duyğulu anlar yaşanıb. İstefanızdan sonra məşqdə azarkeşlər sizi müdafiə edən pankartlar qaldırıblar...

- "Xəzər Lənkəran” azarkeşlərinin qəlbimdə xüsusi yeri var. Onlar həmişə yanımızda oldular. Belə mehriban, futbolu duyan insanlara görə qələbələr qazanmağa dəyərdi. Biz onlarla mehriban bir "Xəzər Lənkəran” ailəsi qurmuşduq. Təəssüf ki, kimlərsə bu mehriban ailənin sarayını laxlatmağa çalışdı. Təkcə lənkəranlı azarkeşlərə görə klubun həmişə uğur qazanmasını arzulayıram. Amma onu da deyim ki, çox çətin olacaq. Mənim gedişimdən sonra istər Avstriya "Rapid”i, istərsə də Buxarest "Dinamo”su hədəflərinə çatmaq üçün xeyli vaxt itirməli oldu. 

Lənkəranlı azarkeşlərdən birdəfəlik ayrılmıram. Yəqin ki, "Xəzər Lənkəran”a bir də qayıdacam. Amma budəfəki qayıdışım möhtəşəm olacaq. 

Etibar CƏBRAYILOĞLU

 

"Ədalət" qəzeti
Views: 784 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 samir   (14/Dek/2011 00:17) [Daxil Olunan]
ay avam millet, yuxari pilleler onceden razilashdirilib ve buna Xezer rehberliyi de qol qoymub. Bu ise Rednike chatmirdi. Rednikin gucune beled olan Xezer rehberliyi Rednikin transferlerini qovub komandani yarimcan qoysada Rednik hemin siniq salxaq heyetle de artiq 7 xal one kecmishdi. Bu zaman yeqinki Maise siqnal geldiki «Siz neynirsiz?! biz soz danishmishiq axi». Bundan sonra rehberlikden Kamrana tapshiriq geldiki veziyyete kontrol et. Rednik Kamrandan shubhelenib onu cezalandirinca Kamal ondan beterini etdi. Axi o Turanda bele oyunlara verdish etmishdi. Rednik butun bu oyunlari basha dushmeyib komandani sixirdi. amma tapshiriq alan oyuncular qalmishdi char-nachar, getdiler Tuyqunun yanina shikayete ki sen bize bele deyirsen, amma Rednik imkan vermir axi. Bele veziyyetde Tuyqun novbeti addimi ishe saldi ya 6 oyuncu da guya komandadan uzaqlahdirilmaqla komanda da bohran pik heddine chatdirilmali, ya da Rednik ozu istefa vermekle komandada veziyyeti ele almaq ve PFL-e verilmish vedi yerine yetirmek. Redniki birterefli qaydada istefaya gondermek yeqinki serf etmirdi Maise, gumanki tezminati chox olacaqdi. Son matchin canli yayimi ile baqli hay- kuy ise shou idi. Mentiq yox idi burada. yani Xezer rehberliyi ele kishileshib ki AFFAnin sozunu saymadi?! Bele oyuncaq komandanin ele buraxilmasi meslehetlidi.. Tuyqun Rednike nece deye bilerdiki 6 neferi ya qov ya ozun get, halbuki 1 hefte evvel 6 neferi yoxee bir tek Kamrani qovmushdu bunlar geri qaytardilar. tem bolee hec adlarini konkret demeyib Rednike. Rednik deseydi yaxshi qovuram, ondan sonra yeqin Tuyqun Pit, Rosas, Bonfim kimi oyuncularin adini verecekdi. Nece hesab edirsiz Tuyqun o qeder curetlidi ki komandada bele ishler firlatsin. Yox ezizlerim Tuyqun Mubarizin xasiyyeti.i yaxshi bilir. O bilir ki Mubariz en xirda ozbashinaliqi bele baqishlamir! Demeli Mubariz de klubun Maisin oyuncaqi olduqunu qebul edir

0  
1 Forza   (13/Dek/2011 09:57) [Daxil Olunan]
http://forzaneftchi.ucoz.org/news/nec_xosb_xt_m_ki_neftci_t_r_ftariyam_fotolar/2011-12-13-10
Size bu yarasir

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz