
"Həsən
bəy Zərdabi” mükafatı haqqında
"Həsən bəy Zərdabi”
mükafatı 1990-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin mərhum sədri tanınmış
jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis edilib.
Onun vəfatından sonra
Jurnalistlər Birliyinə sədrlik edən Elçin Şıxlinski bu ənənəni davam etdirərək
hər il Milli Mətbuat Günü ərəfəsində "Həsən bəy Zərdabi” mükafatının qaliblərini
elan edir.
Bu nüfuzlu mükafat hər
il müxtəlif nominasiyalar üzrə fərqlənən 5-6 jurnalistlərə və mətbuatla bağlı
araşdırma aparan alimlərə təqdim olunur.
"Həsən bəy Zərdabi”
mükafatının bu ilki qalibləri arasında "Spase” kanalının keçmiş rəhbəri, Bakı
Slavyan Universitetinin kafedra müdiri, Televiziya Akademiyasının rəhbəri Etibar Babayev, Bakı Dövlət Universitetinin
müəllimi "İslam dini və Kütləvi İnformasiya Vasitələri” monoqrafiyasının müəllifi
Qəmər xanım Cavadlı, "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova, İctimai Televiziyanın əməkdaşı Səidə
İbrahimli, "Yeni Müsavat” qəzetinin müxbiri Sevinc Telmanqızı, ATV-də
yayımlanan "22-ci saat” tok-şousunun müəllifi və aparıcısı Emin Musəvi və
Etibar Cəbrayıloğlu var. Etibar Cəbrayıloğlu
bu mükafata "Ədalət” qəzetində çap etdirdiyi publisistik yazılarına görə layiq
görülüb.
Hamınıza məlum olduğu
kimi Etibar bəy ictimai işlərdə də fəallığından qalmır. Onun idmana və xüsusən
də onun şahı adlandırılan futbola böyük azarkeş sevgisi var, özü də bu növdə
ölkəmizi, o cümlədən doğma şəhərimizi təmsil edən "Xəzər Lənkəran” kimi bir
komandası varsa. Lənkəranda doğulub boya-başa çatmış bir ziyalı kimi "Xəzər Lənkəran”
onun üçün böyük bir sevgi mücəssəməsidir. Təbii ki, ölkə idmanının inkişafı
Etibar bəy kimi ziyalıları daim düşündürür. Bütün idman növlərində Azərbaycanın
bayrağını uca edənlərin arasında o həm də Lənkəran təmsilçilərini görərkən nə qədər
sevinirsə, bir anlıq sanki özünü belə unudur. Məhz futbola və elinə bağlılığı
onu da bir çox ziyalılarımız kimi "Bosman” fanklubuna gətirmişdir. Etibar bəyin
fanklubumuzun işində fəal iştirakı və gənclərə nümunə olması xüsusi qeyd olunmalıdır.
Bir ziyalı kimi, gözəl jurnalist bacarığı, gözəl dost və insan, dəyərli bir Azərbaycan
ailəsinin başçısı kimi isə Etibar bəy əsl nümunə olacaq bir şəxsdir. Elə bir
neçə Azərbaycanın tanınmış şəxslərinin layiq görüldüyü mükafatla onun da təltif
olunması bunun bir göstəricisidir.
Böyük "Xəzər Lənkəran”
ailəsinin ayrılmaz bir hissəsi olan "Bosman” fanklubu adından Etibar Cəbrayıloğlunu
"Həsən bəy Zərdabi” mükafatının qalibləri sırasına qoşulması münasibəti ilə təbrik
edir, ona can sağlığı və zirvəsi sonsuzluğa qədər uzanan peşəsi sahəsində
uğurlar arzu edirik.
"Bosman” fanklubu 23 İyul 2012
|