Cümə, 29/Mar/2024, 17:10
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyul » 17 » Dünya çempionatı-2010 nun “Mükəmməl futbolçusu”nun – ‘’FOTOROBOTU’’
17:46
Dünya çempionatı-2010 nun “Mükəmməl futbolçusu”nun – ‘’FOTOROBOTU’’

 

          Məşhur idman saytlarından biri olan - goal.com saytı dünya çempionatının ‘’mükəmməl futbolçusu’’nun fotorobotunu yaradıb. Saytın "Dünya çempionatındakı futbolçulardan mükəmməl oyunçunu inşa etmək" başlığı ilə yayımlanan dəyərləndirmədə turnirin diqqət çəkən isimlərinə çempionata damğa vurduqları özəllikləri ilə yer verilib.

Sayt mükəmməl futbolçunun fotorobotunu da təqdim edib. Fotorobotun hazırlanmasında Kaka, Mesut Özil, David Vilya, Frank Lempard, Bastian Şvanştayger, Asamoah Qian, Luis Suares, Xavyer Hernandes, Uesli Sneyder və Covanni van Bronxorstdan istifadə edilib.

 

Baş: Dieqo Forlan (Uruqvay)

 

"Qızıl Top"un sahibi olan oyunçu turniri 5 qolla tamamladı. Forlan həm futbolçu zəkası, həm də hava toplarındakı hakimiyyəti nəticəsində vurduğu qollarla 40 il sonra Uruqvayı yarımfinala çıxardı.

 

Gözlər: Məsut Özil (Almaniya)

 

Almaniyanın sürətli və bol qollu oyunu fərqli taktikalardan istifadəyə səbəb olur. Məsut Özil bu cür oyun sisteminin mərkəzində olaraq, vəziyyəti ən yaxşı şəkildə müşayiət etdi.

 

Burun: David Vilya (İspaniya)

 

Cəmi 8 qol vuraraq, dünya çempionu olan İspaniyanın bu uğura imza atmasında vurduğu 5 qolla ən böyük pay sahibi olan David Vilya qolun iyini alan bir buruna sahibdir və hücum xəttininin nə vaxt və harasında olacağını yaxşı bilir.

 

Ağız: Frank Lempard (İngiltərə)

 

İngiltərə qrupdan çıxa bilməmək təhlükəsi ilə üz-üzə idi. Con Terri futbolçuların baş məşqçi Fabio Kapellonun taktikası ilə bağlı toplantı keçirdiyini mətbuata açıqlayınca, komanda bir-birinə dəydi. Amma vəziyyəti yumşaldan açıqlamalar verən Lempard bu diplomatik manevri ilə diqqət çəkdi.

 

Ürək: Asamoah Qian (Qana)

 

Afrika qətiəsində düzənlənən ilk Dünya çempionatında qitənin 1/4 finaldakı tək təmsilçisi olan Qananın parlayan ulduzu vurduğu 3 qolla Asamoah Qian oldu. bununla da o, "məkəmməl oyunçu"ya ürəyini verdi.

 

Əllər: Luis Suares (Uruqvay)

 

Uruqvay - Qana matçının 120-ci dəqiqəsində qapı xəttini keçməkdə olan topu əllə qaytararaq, qola imkan verəmyən Suares bu riskin qarşılığını Qianın penalti zərbəsini boşa verməsi ilə aldı. Bununla da o, Maradona ilə tarixə keçən "Tanrının əli" ifadəsinə sahib çıxdı.

 

Ağ ciyər: Bastian Şvanştayger (Almaniya)

 

Turnirdə meydana çıxdığı 7 oyunda ümumilikdə 79.80 km qaçan futbolçu ən çox qaçan oyunçu Xavidən (İspaniya) cəmi 400 metr geri qaldı. Enerjisi və sürəti ilə hamını heyran qoyan Bastian Şvanştayger "mükəmməl oyunçu"ya ağ ciyərlərini verdi.

 

Ayaqlar: Xaviyer Hernandes (Meksika)

 

Meksikalı Xaviyer Hernandes saatda 32.15 kilometrlik sürətlə mundialın ən sürətli oyunçusu adını aldı.

 

Sol ayaq: Covanni van Bronxorst (Hollandiya)

 

Uruqvay matçında sol ayağı ilə 32 metr uzaqlıqdan vurduğu möhtəşəm qolla tarixə düşən Covanni van Bronxorst Dünya çempionatının ən gözəl qollarından birinə imza atmış oldu.

 

Sağ ayaq: Uesli Şneyder (Hollandiya)

 

Hollandiyanın 1978-ci ildən sonra ilk dəfə finala çıxmmasına vurduğu 5 qolla böyük dəstək olan Uesli Şneyder qollarının üçünə sağ ayağı ilə imza atdı.


P. S.  Sxemin Azərbaycan dili variantı "Fanat.az" saytından götürülmüşdür.

Views: 505 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 Ümid   (31/May/2014 20:35) [Daxil Olunan]
lom sneyder

0  
1 Ümid   (31/May/2014 20:35) [Daxil Olunan]
ən güclüsü forlan

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz