
Höhmətli "Xəzər Lənkəran” azarkeşləri! Son
günlər yenə komandamızla bağlı müəyyən söz-söhbətlərin şahidi oluruq. Əslində
bu söz-söhbətlərlərin elə də böyük bir əsası yoxdur. Bildiyiniz kimi bütün
bunlara səbəb komandamızın qapıçısı Kamran Ağayevin "Bakı” klubu ilə son
çempionat oyununda buraxdığı bir səhv səbəb olmuşdur. Bu barədə "Bosman”
fanklubunun həmin oyunla bağlı gedən, "Əlindən nə gəldi eylədi Parks, Görəsən "Xəzər”ə
neylədi Parks?” yazısında münasibət bildirilmişdi və orada göstərilən epizod
Kamran Ağayevin səhvi kimi qiymətləndirilmişdi. Bu səhvə iki prizmadan
yanaşılmışdı: Birincisi ona görə ki, qaydalara görə öz futbolçu yoldaşından
ötürmə alan qapıçı topu ələ götürə bilməz deyə, onu vaxtında uzaqlaşdırmağa
borcludur. İkincisi isə azı 5-6 metr uzaqda olan rəqib futbolçunu gözləyərək
onu aldatmağın adını nə qoymaq olar? Özü də bu Uinston Parks kimi qol vurmaq
üçün alışıb-yanan bir futbolçu ola. Epizoddan qabaq onunla uzun müddət bir yerdə
oynamış Kamran Ağayev bilməli idi ki, ikili mübarizələrdə demək olar həmişə
qalib çıxan Parksla belə zarafat etmək olmaz! Olmadı da. 5-6 metr uzaqlıqdan özünü topa çatdıran
Kosta-Rikalı, Kamranın bu hərəkətini ona bağışlamadı."
Gördüyünüz
kimi qələbə ab-havası ilə gedən oyun sonda bərabərliklə bitdi və göstərilən
yazıda qeyd olunduğu kimi "Xəzər Lənkəran” iki xal itirib, bir xal qazana
bildi. Bəli, bu komandamızı daha iki xaldan məhrum edən Kamranın şıltaqlığı
idi. Amma diqqətlə fikir versək, qənaətimizcə burada Kamran Ağayevin məqsədi
komandanı pis vəziyyətdə qoymaq deyildi. Buraxılan qoldan sonra onun necə pərt
vəziyyətə düşməsi də buna əyani sübutdur. Əslində onun bu hərəkəti
komandamızdan ayrılaraq rəqib düşərgəyə keçmiş Uinston Parksı şirnikləndirib,
topa tərəf qaçmasını və sonda onu aldadaraq topu uzaqlaşdırmaqla onu bir növ "sındırmaq”,
pis vəziyyətə salmaq istəyi sonda çox təəssüf
ki, əks nəticə vermiş oldu. Bununla da hesabda öndə olan komandamız arzuolumaz
vəziyyətlə üzləşib, hətta hesabda geri də düşdü. Lakin komanda yoldaşları
hesabın bərabərləşməsinə nail olaraq, bir növ Kamrana dəstək ola bildilər və
komandamızı məğlubiyyətdən xilas etdilər. Oyunun sonunda Kamran Ağayevin ikinci
qolumuzu vuraraq hesabı bərabərləşdirən Dejan Rusiçə necə minnətdarlıq etməsini
indi də videoyazılardan izləmək mümkündür. Bu kiməsə yaxşılıq etmək istərkən
tam əks nəticənin yaranması kimi bir şeydir və heç də xəyanət kimi qiymətləndirilməməlidir.
Biz Kamranın bu hərəkətini əlbətdə alqışlamırıq. Bu hər bir futbolçunun başına
gələ bilməsi mümkün olan arzuolunmaz bir halldır. Buna səhlənkəarlıq demək
mümkündür və belə səhlənkarlıqların məşqçi və klub rəhbərliyinin birgə qərarı
ilə ya tənbeh, ya para cəzası və ya başqa bir tədbirlə cəzalandırılması
mümkündür ki, bu da dediyimiz kimi baş məşqçi və klub rəhbərliyinin ixtiyarında
olan bir məsələdir.
Lakin
deyəsən, "Xəzər Ləınkəran”ın turnir cədvəlinin şəriksiz lideri olması kimləri
isə narahat edir və bu məqamdan istifadə edib komanda daxilində, həmçinin
azarkeşlərlə komanda arasında olan normal ab-havanı korlamaq və bununla da
komandanı zəif salmaq istəyirlər. Belə qüvvələr bilməlidirlər ki, heç bir pozuculuq
fəaliyyətləri ilə buna nail ola bilməyəcəklər. Yadımıza avrokuboklardakı son məğlubiyyətdən
sonra komandada yaranmış böhran vəziyyətini və bütövlükdə azarkeşlər, baş məşqçi
Mirça Rednik və klub rəhbərliyinin addımlarından sonra bu böhrandan necə çıxdığımızı
salsaq, onda mətbuatda müxtəlif cür pozucu informasiyalar yayan və hətta başqa
addımlar atmaq niyyətini bəyan edən qüvvələrin komandadakı birliyi heç cür poza
bilməyəcəklərini deyə bilərik. "Xəzər Lənkəran” bütöv bir ailədir, getdikcə
daha gözəl oyun sərgiləməkdədir və bütün bunlara görə də turnir cədvəlinin
lideridir. Azarkeşlərimiz komandanı daim dəstəkləyir və uğurlarına sevinir. Belə
olan halda hansı məntiqlə komandadan kimi isə xaric etmək və ya istefaya səsləmək
kimi yanlış fikirlər düşünmək olar?
Biz
"Bosman” fanklubu olaraq yuxarıda göstərdiyimiz faktı futbolda rast gəlinən
arzuolunmaz hal kimi qiymətləndirir və bunu böyük problem kimi qabartmaqla
komandada normal ab-havanı korlamaq istəyənlərin buna yönəlik bütün hərəkətlərini
pisləyirik.
"Xəzər
Lənkəran” ölkədə özünəməxsus yeniliklər etməkdə daim davam edən və bu gün
turnir cədvəlinin lideri olan bir komandadır. Əlbəttə sadiq azarkeşlərimiz hər
şeyi düzgün qiymətləndirməyi bacarır və heç bir fitnə-fəsada uyacaq qədər də
sadəlövh deyildirlər. Biz komandamızı çempion görməyə hazırlaşarkən yalnız irəli
getməyi düşünürük.
"Bosman” fanklubunun idarə heyəti 26 Oktyabr
2011.
|