Cümə, 26/Apr/2024, 16:33
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Dekabr » 20 » Dostluq və qardaşlıq nümunəsi
12:59
Dostluq və qardaşlıq nümunəsi

                      

            "Şəfa” stadionunda XVIII tur çərçivəsində keçirilən və "MOİK”  üzərində "Xəzər Lənkəran”ın qazandığı 0:2 hesablı qələbənin sevinci ilə stadionu tərk edən 2000-dən çox olan Lənkəranlı fanatlar, çıxışda həmin tur "Bakı” üzərində çətin qələbədən sonra Tofiq Bəhramov adına stadiondan qayıdan "İnter” klubu və azarkeşləri ilə dolu olan avtobusun qarşısını kəsdilər. Bu, qardaşlıq münasibətində olan "İnter” klubunu və onun azarkeşlərini qələbə münasibəti ilə çılğın bir təbriketmə mərasiminə çevrildi. "İnter” komandası və onun fanatları avtobusdan düşərək bizləri də qələbə münasibəti ilə təbrik edərək qarşılıq verirdilər. Bu həqiqətən də çox gözəl bir mənzərəyə çevrildi. Futbolumuzda nadir rast gəlinən belə bir hadisə həqiqətən də hər iki klubun fanatlarının əsl mənada dost və qardaşlığını göstərən mənzərə idi.

            Bu əvvəlcədən planlaşdırılan bir layihə yox, təbii alınan bir görüşün təəssüratları haqqıda çox danışmaq olar. Görüşdə "İnter” fanatlarının oyunun bitimindən təxminən 30-40 dəqiqə keçməsinə və Tofiq Bəhramov adına stadiondan, "Şəfa” stadionuna qədər yol gəlmələrinə baxmayaraq, üzlərindəki gərgin ifadədən və narahat danışıq tərzindən (sanki oyun haqqında təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkirdilər) "Bakı” ilə görüşün necə dramatik keçdiyinin göstəricisi idi.

            Belə çətin qələbəyə görə bir daha "İnter”li qardaşlarımızı təbrik edirik və aşağıda "İnter” fanatlarının özlərinə məxsus saytda bu hadisə ilə bağlı təəssüratlarını da nəzərinizə çatdırırıq:

 

                     Cənublu fanatlardan qardaşlıq jesti  

 

            Dünən Unibank Premyer Liqasının XVIII-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadfionunda "Bakı” və "İnter” komandaları qarşılaşırdılar. Oyun "İnter” komandasının 2:1 hesablı qələbəsi ilə nəticələndi və "bankirlər” növbəti üç xalı aktivlərinə yazdılar. Lakin oyundan sonra baş verən təqdirəlayiq bir olayla sizləri tanış etmək istəyirəm.          Qarşılaşma bitəndən sonra "İnter”li futbolçular komandanın avtobusuna minib "Şəfa”stadionunda yerləşən bazaya yollandılar. ”Şəfa” stadionuna çatanda avtobus "MOİK” – "Xəzər Lənkəran” oyunundan çıxan cənublu fanatlarla dairəyə alındı. Bunu görən "İnter” komandasının futbolçuları işin nə yerdə olduğunu anlamadılar. Lakin "Xəzər Lənkəran” komandasının azarkeşləri 10 dəqiqə ərzində "İnter” komandasını alqışlara qərq edib,  "Bakı” üzərində qazandıqları qələbə münasibəti ilə təbrik etdilər. Avtobusdan düşən futbolçuları qucaqlayıb alqışlayan cənublu fanatlar oyunçular ilə çox mehribancasına ünsiyyət qururdular. Şəxsən mənim özümlə görüşən cənublu fanatlar məni qələbə münasibəti ilə təbrik edib bu oyunda "İnter”in qə1ələbəsini arzuladıqlarını nəzərimə çatdırdılar.

            "İnter” fanklubunun rəhbərliyi, idarə heyyəti və üzvləri adından "İnter” komandasına göstərdikləri xoş münasibətə görə "Xəzər Lənkəran” komandasının azarkeşlərinə təşşəkkür edib onlara minnətdarlığımızı bildiririk.

 

                           Allah sizi qardaşlıqdan əskik etməsin!!!

Mənbə: "İnterfan.az”

Views: 556 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 2
0  
2 Dr.Mirhafiz   (21/Dek/2010 13:11) [Daxil Olunan]
Dostluq, iki etibarlı tərəfin möhkəmliyinə əsaslanan bir məvhumdur. Bu etibarlı tərəflərdən biri kimi bizi qiymətləndirdiyinizə görə çox sağ olun. Çünki digər etibarlı tərəf isə sizsiniz. Sarsılmaz dostluğa eşq olsun deyirik!

0  
1 Ruslan-INTER   (21/Dek/2010 13:04) [Daxil Olunan]
heiqeten cox gozel.Xezer-Lenkeran azarkesleri dostluqa layiqdirler.Komandaniza ve Sizlere uqurlar!

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz