Bu
gün "12cioyuncu.com” saytında son günlər "Simurq” və "Turan” azarkeşləri
arasında bir inciklik yarandığı haqda məlumat verilib. Məlumatda həmçinin "Simurq”
azarkeşlərinin ölkəmizdə top qovan və etdiyi hərəkətlərlə Azərbaycan futboluna demək mümkünsə, "kölgə salan” aşağı
səviyyəli legionerlər barədə müraciət də yer alır.
Bu
məlumatla tanış olduqdan sonra heç bir Azərbaycan klubunun azarkeşlərinin
bir-biri ilə nifaq həddinə çata biləcək münasibətləri yaranmasın deyə,
fanklubumuzun üzvləri və eyni zamanda "12ci”lərlə məsləhətləşmədən sonra "Bosman”
fanklubu aşağıdakı təkliflə çıxış etmək qərarına gəldi. Aşağıda sizi təkliflə
tanış edərək münasibət bildirməyinizi xahiş edirik .
Əvvəla "Simurq" və
Turan" azarkeşlərini salamlayırıq. Hər iki klubun Azərbaycan futbolunda öz
yeri olduğunu bildiririk. Belə hallara biz də etiraz edirik. Amma bu futboldu.
Futbolda müəyyən arzuolunmaz hallar həmişə olur. Buna görə hər iki Azərbaycan
klubunun azarkeşlərinin bir-birindən inciməməsini istəyirik. Müraciətdə də
vurğuladığınız kimi, bütün pisliklər və yaxşılıqlar burada qalacaq. Bizlər də
Azərbaycan torpağının övladları olduğumuz üçün bunların fərqində olmalıyıq. Azərbaycan
klublarının azarkeşləri belə hallara görə bir-birlərindən inciməməlidirlər. Gəlin
bütün klubların azarkeşləri bu yeni il ərəfəsində bütün umu-küsülükləri kənara
qoyaq. "Xəzər lənkəran" azarkeşlərinin dostluq təcrübəsini önə çəkərək
biz buradan həm "Simurq", həm "Turan" və həm də bütün
klubların azarkeşlərinə müraciət edərək onu bildirmək istəyirik ki, mənfi
halların baş verməməsi üçün "Azərbaycan Azarkeşlərin Dostluq Körpüsü"
(AADK) formasında bir birlik yaradaq. Bu birlik zənnimizcə gözəl effekt verməklə
yanaşı həm də çox xoşagəlməz halların qarşısını ala bilər.
Xahiş
edirik ki, bütün klubların azarkeşləri bu məsələyə münasibət bildirsinlər. Təkliflərini
elə bu saytda verməklə müzakirələrə qoşulsunlar. "12-ci oyunçu"
azarkeş qrupu da saytda bu mövzu ilə əlaqədar imkanlar yaratsın.
Təklifi
"Bosman" fanklubu irəli sürür və
"12-ci oyunçu" azarkeş qrupuna həvalə edir.
"Bosman" fanklubu 24.12.2010
|