Bu gün Rumıniya futbol əfsanələrindən biri
hal hazırda "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin doğum günüdür. Bu münasibətlə
"Bosman” fanklubu əfsanəvi futbolçu və dahi məşqçi Mirça Redniki səmimi qəlbdən
təbrik edir, ona uzun ömür və can sağlığı, bundan sonrakı karyerasında
daha parlaq səhifələrin açılmasını arzulayır. Onun "Xəzər Lənkəran"dakı bu qısa və parlaq fəaliyyəti nəticəsində necə bir mütəxəssis, hansı insani və professional keyfiyyətlərə malik biri olduğunun şahidləri kimi həm bütün azarkeşlərimizin və həm də biz "Bosman"çıların böyük rəğbətini qazandığını deyə bilərik. Əlbətdə ki, bundan sonrakı daha parlaq səhifələrin
onun doğma komandamız olan "Xəzər Lənkəran”la birgə yazılmasını istərdik. Mirça
Rednikin
və "Xəzər Lənkəran”ın,
azarkeşləri ilə birlikdə bundan sonra da həm Azərbaycan və həm də Avropada daha böyük uğurlar
qazanacağına sonsuz ümidimizi ifadə edərək bir daha onu doğum günü münasibəti ilə
təbrik edirik.
Aşağıda
Mirça Rednikin futbol karyerası ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Hunedoaradan Lənkəranadək.
Mirça Rednik (Mircea Rednic)
Tam adı Mircea Rednic
Doğum tarixi:-
9 aprel, 1962 (yaş 49)
Doğum yeri:-
Hunedoara, Rumıniya
Boyu:-
1,75 sm
Ampluası:-
Müdafiəçi
Gənclik karyerası:
1976-1979 "Corvinul” Hunedoara
1979-1980 "Luceafarul” Buxarest
Peşəkar karyerası:
1980-1983
"Corvinul” Hunedoara Rumıniya 96 (6)
1983-1990
"Dinamo” Buxarest Rumıniya 212 (21)
1990-1991
"Bursaspor” Türkiyə 14 (0)
1991-1996
"Standard” Lyoj Belçika 140 (3)
1996-1997
"Sindhi-Truidense” 10 (0)
1997-2000
"Rapid” Buxarest Rumıniya 89 (2)
Cəmi 555 (32)
Yığma
1981-1991
Rumıniya 83 (2)
Komandalar idarə
2000-2001 "Rapid” Buxarest
2001 "FCM Bacau”
2002-2003 "Rapid” Buxarest
2004 "Al-Nassr”
2004-2005 "Universitatya” Craiova
2005-2006 FC "Vaslui”
2006-2007 "Dinamo” Buxarest
2007-2008 "Rapid” Buxarest
2008-2009 "Dinamo” Buxarest
2009 "Alania” Vladiqafqaz
2010 – "Xəzər Lənkəran”
Mirça
Rednik (Mircea Rednic) 9 aprel 1962-ci il təvəllüdlü bir Rumın futbol məktəbinin
yetirməsi, meneceri və keçmiş müdafiəçisidir. İyul 2010-cu ildən o, Azərbaycanın
"Xəzər Lənkəran” klubunu baş məşqçi kimi idarə edir.
O,
Hunedoarada anadan olub və "Corvinul” Hunedoara klubunda 1980-ci ildən futbolçu
karyerasına başlamışdır (Divizia "A”).
Rednik
83 dəfə oyun keçirdiyi və 1981 və 1991-ci illər arasında Rumıniya milli futbol
komandası üçün 2 gol vurmuşdur. O, həmçinin 1984-cü il Avropa futbol çempionatı
və 1990-cı il FİFA Dünya Kuboku turnirində Rumıniya milli komandasında ölkəsini
təmsil edib.
O,
futbolçu karyerasını bitirdikdən sonra, "Rapid” Buxarest klubunda bir məşqçi
kimi işə başlamışdır. O, sonra FCM "Bacau” klubuna keçib, 2002-ci ildə yenidən əvvəlki
yeri olan "Rapid” klubuna qayıtmışdır. O, "Rapid” ilə 2002/2003-cü illər
mövsümündə Rumıniya birinci Liqasının (Liga 1) qalibi adını qazandı. O, növbəti
mövsüm qısa bir fasilədən sonra, 2004-2005-ci illər mövsümündə "Univeristatya”
Crayovanın meneceri kimi Rumıniya birinci Liqasına (Liga 1) qayıdır. O, daha
sonra FC "Vaslui” klubunun rəhbərliyində olmuşdur. 2006-2007-ci ildə "Dinamo”
Buxarest klubuna keçib. O, bir daha "Dinamo” Buxarest klubu ilə Rumıniya
birinci Liqasının (Liga 1) qalibi olmuş və bu mövsümü Dinamo ilə möhtəşəm bir
mövsüm keçirib. O, 2 sentyabr 2007-ci ildə "Dinamo” Buxarestin İtaliyanın "Latsio”
klubu ilə oyunda ümumi olaraq 2-4 hesablı yenilgidən, Çempionlar Liqası qrup mərhələsinə
gedən yoldaki uğutsuzluqdan sonra, yəni 2007-2008-ci
il mövsümünün pis startından sonra "Dinamo”dan ayrılmışdır.
9
oktyabr 2007-ci ildə o "Rapid” Buxarest ilə 4 illik müqavilə imzalamışdır. O,
mart 2008-ci ildə istefa vermişdir, 2008-ci ilin yayında "Dinamo” Buxarest
klubuna yeni menecer təyin olunub.
Bir
daha qeyd edək ki, Mirça Rednik, İyul 2010-cu ildən Azərbaycanın "Xəzər Lənkəran”
klubunu baş məşqçi kimi idarə edir.
|