Bu
gün "Xəzər Lənkəran”ın son transferlərindən olan, komandamızın müdafiəçisi,
6-nömrəli portuqaliyalı futbolçumuz Bruno Simao Martinsin doğum günüdür. Bu
münasibətlə "Bosman” fanklubu olaraq sevimli Simao Brunonu təbrik edirik. Ona
sağlamlıq, şəxsi işlərində və xüsusən doğma "Xəzər Lənkəran”la daha böyük
uğurlara çatmasını arzu edirik. Sən
doğma "Xəzər Lənkəran”da oynadığın qısa müddət ərzində bacarıqlı bir futbolçu
olduğunu sübut edə bildin və azarkeşlər tərəfindən sevilməyi bacardın. Sənin doğma
komandan olan "Xəzər Lənkəran”a görə, özünü belə cəzalandırman hamımızın yadındadır.
Komandasına və öz karyerasına belə hörmətlə yanaşmaq isə əsl bir peşəkarlıqdır.
Belə peşəkar futbolçularla biz azarkeşlər də fəxr edə bilərik.
Bir
daha Simao Bruno Martinsi, daha böyük uğurlara çatması arzusu ilə ürəkdən təbrik edirik!
|