Ötən yazımızda Karles
Martorel Bakesin işinə ən azı üç oyundan sonra qiymət verəcəyimizlə bağlı
fikirləri əsaslandırmışdıq. Oyunların analizini edib, komandanın get-gedə həm,
fiziki, həm psixoloji, həm taktiki və həm də digər planlarda artırdığını qeyd etmişdik.
Bakesin komandanı qəbul etdiyi gərgin məqamı dəyərləndirmişdik və Bakesin bir
baş məşqçi kimi praktik olaraq işinin öhtəsindən gəlməyə məcbur olduğunu da
qeyd etmişdik. Bəli, Bakesin komandada get-gedə özünəinamı bərpa etdiyini,
ümumiyyətlə son dövrlər futboldan uzaq düşmüş "Xəzər Lənkəran”a nəinki
oynamağı, hətta Rednik kimi 90 dəqiqə vuruşmağı aşılaya bildiyini qeyd etmişdik
ki, bunun da nəticəsində Zaqatala səfərində 2:0 geridə və bir futbolçu azlıqda
qalmasına baxmayaraq, çətin və əzmkar heç-heçəyə nail ola bildiyini
qiymətləndirərək, gələcəyə ümid vəd etdiyini yazmışdıq.
Bəli, bunların ardıyca
daha çətin sınaq olan evdə avroliqa forması ilə silahlanmış əzəli rəqib
"Neftçi”yə qarşı oyun gəlirdi ki, əgər Bakes bu oyunda qələbə qazanarsa, azarkeşlərin
ürəyinə yol tapmaqla onları yenidən stadiona qaytaracaq və bir növ ona
tapşırılmış vəzifənin öhtəsindən inamla gəldiyini, beləliklə də ilk imtahandan
üzüağ çıxdığını sübut edəcəkdi. Bəli, Bakes bunu sübut etməyi bacardı. Avroliqa
eyforiyasında olmasını daxili çempionatda da həmin yarışmış kimi bu forma ilə
davam etdirən "Neftçi” sanki bununla psixoloji üstün durumda olduğunu və rəqibə
təzyiq kimi istifadə edən bu metoduyla Lənkəran stadionuna çıxmışdı. Onu da
deyək ki, hələ avroliqanın qrup mərhələsi öncəsi "Neftçin”in baş məşqçisi
Böyükağa Hacıyevə "Xəzər Lənkəran"la böyük oyun haqqında sual verildikdə, mənim
üçün böyük oyun "İnter” (Milan, İtaliya), "Rubin” (Kazan, Rusiya) oyunlarıdır,
"Xəzər Lənkəran”la oyun sıradan bir oyundur demişdi.
Milanda "İnter”lə 2:2
bərabərə qalan və oynamaq üçün müəyyən şans verilən Böyükağa Hacıyevin
komandasına "Xəzər Lənkəran” Lənkəran şəhər stadionunda demək olar ki, şans
vermədi. Bütün komponentlərdə "Neftçi”dən üstün oyun göstərən doğma komandamız
yarımcan heyətlə olsa belə bunu meydanda sübut etdi. Bəli, Karles Martorell
Bakes, Böyükağa Hacıyevdən daha üstün olduğunu sübut etdi. Bunu müqayisə üçün
demirik. Zatən müqayisə olunmasa da, Böyükağa Hacıyevin dedikləri, bu fikirləri
söyləməyimizə əsas verir. Yəqin bu yerli məşqçimiz də futbolda "Fırtınalar
Meydanı”nın lazım gəldikdə "Cüzeppe Meaza”dan, "San Siro”dan da çökdürücü
olduğunun fərqində deyil. Bəli, futbolda istək, bacarıq və əzmkarlıq, hər hansı
meydanı dünyanın ən möhtəşəm stadionundan da artıq cəhənnəmə cevirə bilər. Bunu
bu gün Bakesli "Xəzər Lənkəran” hər kəsə sübut etdi. İstədiyi komandanı
qurduqdan sonar isə Bakes imtahanlarını daha hazırlıqlı və daha böyük
qiymətlərlə verəcək.
|