Bildiyimiz
kimi futbolun vətəni olan Avropa qitəsində milli çempionatlar başa çatmaq üzrədir.
Artıq bəzi ölkələrin çempion komandaları bəlli olub. Digər ölkələrdə də irəlidəki
bir neçə həftədə buna aydınlıq gələcək. Bundan sonra isə ölkələrin futbol
reytinqinə görə müəyyən komandalar Avropa Çempionlar Liqasına (ÇL) və Avropa
Liqasına (AL) vəsiqələrini təmin etmiş olacaqlar. Avropanın ən nüfuzlu turniri
sayılan ÇL-na vəsiqə qazanan komandanın kimliyinə Azərbaycanda artıq sona üç
tur qalmış aydınlıq gəlib. Bu nə qədər təəccüblü olsa da Avropada birinci göstəricidir.
Avropa nəhəngləri belə çempion titulunu sona üç tur qalmış təmin edə bilmədilər.
AL-na Azərbaycandan
qoşulacaq üç komandanın ikisi artıq bəllidir. Beləliklə, "Neftçi”nin sona üç
tur qalmış ÇL-na gedəcəyi, "Xəzər Lənkəran” və "Qarabağ” klubları isə AL-na gedəcəyi
bəlli oldu. AL-ya sonuncu vəsiqənin kimin əldə edəcəyinə isə sonuncu turda və
ya kubokun finalından sonra aydınlıq gələcək. Bu da ya Bakının "İnter” ya da həmşəhərliləri
olan "AZAL” komandalarından birinə qismət olacaq.
Artıq XXXI
turda qitənin ən nüfuzlu turniri olan ÇL-ə gedən komandası ilə, nisbətən zəif
sayılan AL-ya gedən komandaları arasında oyun keçirildi. Ölkənin ən güclüsü
nisbətən zəif klubuna əslində ya qalib gəlməli, ya da meydandan sülhlə
ayrılmalı idi. Nəinki biabırçı darmadağın hesabı ilə ÇL-in başını aşağı etməli
idi. Lakin bu mövsüm haqqında çox danışılan çempionluğun şübhəli olması burda
da göründü. Əslində mövsüm başlayandan çempionun bəlli olması haqqında şübhələr
özünü doğrultmaqdadır. Belədə ilk pillənin kiməsə bağışlanması, əslində ikinci və
ya üçüncü yeri tutan komandanın daha layiqli olması anlamına gəlir. Bu baxımdan
XXXI tur öz damğasını vurmuş oldu. AL-ya gedəcəyi bəlli olan "Qarabağ”
komandası, ÇL-a gedən "Neftçi” komandası üzərindəki 3:0-lıq hökmlü qələbəsi ilə
daha güclü olduğunu sübut etmiş oldu. O cümlədən "Xəzər Lənkəran” doğma
meydanda "Bakı” üzərindəki qələbəsi ilə də çox şeyləri sübuta yetirdi.
Əvvəlki
yazılarımızın birində, "Müjdə: Azərbaycana ədalətli hakimlik gəlir” başlığı ilə
çıxış etmişdik. Sona üç tur qalmış futbol qurumlarımızın artıq istəklərinə
çatdığını göstərərək yerdə qalan son üç turda ölkədə normal hakimlik görəcəyimizi
bildirmişdik. Düzdü bura kubok oyunlarını daxil etməmişdik. ½ final oyununun
cavab matçında "Bakı” ilə "Xəzər Lənkəran” arasındakı oyundakı hakimlik
fikrimizi bir daha təsdiq etmiş oldu. Keçək geridə qalan XXX və XXXI turun
oyunlarındakı hakimliyə. Burada da dediklərimiz öz təsdiqini tapmış oldu. "Xəzər
Lənkəran”ın "Bakı” ilə son səfər oyununda
Emeka Oparanın qaydalar çərçivəsində vurduğu qol hesablanmayınca daha iki xal
itirmiş olduq. Hakimlərin bu qolu saymaması bir daha komandamızı ilk pillədən
uzaq salmaq istəklərinin olduğunu göstərən fakt idi. Tək bu oyunda deyil, müxtəlif
oyunlarda ən azı 9-xalımızı yeyən hakimlərin hələ udqunmamış niyyətləri bəlli
oldu. Həmin ardıcıllıq davam etsə idi bizim XXXI turda "Bakı”nın qapısına
vurduğumuz iki qol da sayılmayacaq və yenə iki xal itirəcəkdik ki, ilk pilləyə
yaxınlaşmayaq. Artıq bu aktuallığını itirdiyindən əvvəlki kimi qaydalar çərçivəsində
vurulan qollar, lakin əvvəlkindən fərqli olaraq bu vurulmuş qolların sayılması
nəhayət ölkə çempionatında "Bakı” üzərində üç heç-heçədən sonra qələbəmizin
qeydə alınmasına səbəb oldu. Bununla da "Bakı”nı kubokdan kənarlaşdırmaqla və
sonuncu çempionat oyunundakı 2:0-lıq qələbə ilə, əvvəllər çıxış etdiyimiz "Qisas
məhşərəmi qalacaq?” sualı həllini tapmış oldu.
Hakimlikdən
söz açdıq. XXX tur oyunları haqqında təqdim
etdiyimiz yazıda normal hakimlik haqqında fikirlərimizi də bildirmiş və
yuxarıda bir daha xatırlatdığımız baxımdan bunun öz təsdiqini tapdığını göstərmişdik.
Bu elə XXXI turda da istisna olmadı. Futbol qurumları əsasən hakimlərin əli ilə
istəklərinə çatdığından bu turda gözlənilməz hadisə baş verdi desək yanılmarıq.
Belə ki, "Qarabağ” – "Neftçi” görüşündə "xüsusi xidmətləri” ilə tanınan baş
hakim Elçin Məmmədov hesabın 2:0 olmasına baxmayaraq nə qədər təəccüblü olsa da
"Neftçi”nin qapısına penalti təyin etdi. Məhz bu penaltidən sonra hesab
darmadağın həddinə çatdı və Georgi Adamiya bununla bu oyunda het-trik etməklə bombardirlər
yarışında çempionun fəxr etdiyi Bahodiri də arxada qoydu. Beləliklə, "cücəni
payızda sayarlar” fikri ilə eynilik təşkil edən ən güclümüz Avrokuboklarda
bilinəcək fikrinə müəyyən mənada aydınlıq gəldi. Son XXXII turda "Xəzər Lənkəran”
rəqib meydanında "Neftçi”ni məğlub edəcəyi təqdirdə bu tam təsdiqini tapmış
olacaq. Lakin bu oyunda baş məşqçimiz Mirça Rednikin dediyi kimi "Şərəf” məsələsi
olduğundan, futbol qurumlarımızın yenə də hakim əli ilə nələrsə edəcəyi indidən
şübhə doğurmur.
|