
İlk
dəfə Azərbaycan kubokunda üz-üzə gələcək olan prinsipial rəqiblər martın üçü
Tofiq Bəhramov adına stadionda ¼ final mərhələsinin ilk oyununa cıxacaqdılar. Bəli,
Azərbaycan kuboku ¼ final mərhələsinin ilk oyununun adı "Neftçi” – "Xəzər Lənkəran” idi.
Bu
matça çox prizmalardan yanaşmaq olar. Sadəcə bu oyunda dominant iki şey var
idi. Birincisi, xeyli güclənmiş olan doğma "Xəzər Lənkəran” idi ki, artıq Azərbaycanda
onun qarşısına çıxacaq komandanın olmaması hər kəsə məlumdur. Gözəl təcrübəyə və
bacarığa malik olan baş məşqçi Mirça Rednik, onun qurduğu baxımlı futbol sərgiləyən
oyunçulardan ibarət komanda, bu işdə ona inanılmaz dəstək verən klub rəhbərliyi
və nəhayət çoxminli azarkeşlər. Bəli, o komanda ki, oyundan-oyuna yeni heyət
üzvləri arasında uyğunlaşma baş tutunca daha güclü və qarşısıalınmaz bir
komandaya çevrilməkdədir. Antalyadakı təlim-məşq prosesindən sonra ilk qələbəsini
qazanan komandamızın baş məşqçisi Mirça Rednik belə demişdi: " Bu gün
qazandığımız qələbəyə görə çox şadam. Bəzi çatışmazlıqlar hələ hiss
olunmaqdadır. Xüsusən futbolçular arasında uyğunlaşma və xətlərarası əlaqənin
istənilən səviyyədə olmaması baxımından. Təsnifat mərhələsinin sonuna qədər
bütün bunları aradan qaldıracağımnıza inanıram.”
Bəli,
bu sözləri deyəndə Mirça Rednik təsnifat mərhələsinin sonuna üç tur qaldığını
bilirdi. Bilirdi, özünə və komandasına inanaraq bunları söyləyirdi. Bu baş
verdi. Dahi Rednik addım-addım irəliləyir. "İnter” üzərində 1:3 inamlı səfər qələbəsi
və ardıyca kubokun ¼ final mərhələsində bu yazıya səbəb olan daha bir 3:4-lük
"Neftçi” üzərində səfər qələbəsi.
Yadınızdadırsa,
"Neftçi” ilə 0:0 bitən son çempionat oyunundan sonra saytımızda gedən yazıya
"Böyük Oyun” yoxsa "Böyük Dərs” adı vermişdik. Burada göstərmişdik ki, həmin oyunda
"Xəzər Lənkəran” sərgilədiyi oyunla rəqibinə "Böyük Dərs” vermiş oldu. Bundan
sonrakı oyunlara isə "Neftçi” psixoloji baxımdan qorxu ilə çıxacaq.
Bir
də diqqətli oxucular "Futbol+” qəzetinin son saylarından birində Hüseyn Cəbrayıloğlunun
"Xəzər Lənkəran”ın aşağı yaş qrupları ilə işləyəcək yeni hollandiyalı məşqçisi
Vildviyklə müsahibədən bir məqamı yəqin ki, xatırlamamış deyillər. Hüseyn Cəbrayıloğlunun
müxtəlif suallarına cavab verən hollandiyalı məşqçi, onun əsas komandanın baş məşqçisi
Mirça Redniklə münasibətlərinə və qurulacaq iş prinsiplərinə dair sualına
Vildviykin cavabında belə bir məqam var idi: "Mirça Rednik çox istedadlı və təcrübəli
məşqçidir və onun böyük təzyiq altında çempionluğa oynadığını da bilirəm.”
Bəli
"Xəzər lənkəran”a qarşı təzyiqin olduğunu biz də bilirik. Amma son kubok oyunu
Vildviykin dediyi kimi "böyük təzyiq”in də şahidi olduq. Bu təzyiqin bir
forması da Hakimlərin əli ilə həyata keçirilir. Müxtəlif cür hakim
oyunbazlığının şahidi olmuşuq. Elə Anar Salmanovun "Xəzər Lənkəran”ın Salyanda
yerli "Muğan”a qarşı keçirdiyi oyunda hansı hoqqalardan çıxdığının canlı
şahidiyik. Həmin oyundan sonra bir daha komandamızın oyunlarına təyinat almayan
Anar Salmanov son ¼ kubok oyununda peyda olması da səbəbsiz deyil. Çünki kifayət
qədər güclənmiş "Xəzər Lənkəran”ı necə olur olsun dayandırmaq lazım idi. Bunu
isə "Hoqqalar qəhrəmanlarının ən "istedadlısi”” Anar Salmanov edə bilərdi. Etdi
də. Amma arzularına çata bilmədilər.
Yadınızdadırsa
"İnter”lə çempionat oyunundan əvvəl hakimliklə bağlı yaranan söz-söhbətlər var
idi. Bununla əlaqədar "Bosman” fanklubu və "12 ci oyunçu” azarkeş klubu Hakimlər
komitəsinin sədri Xaqani Məmmədova rəsmi münasibət üçün müraciət ünvanlamışdı.
Matça qədər üç günə yaxın bir müddətdə Xaqani Məmmədovun heç bir reaksiyası gəlmədi.
Yalnız Matçdan sonra, artıq "Xəzər Lənkəran”ın inamlı qələbəsindən sonra
kompyuterindəki nasazlığı bəhanə gətirərək cavabının gecikdiyi haqda bilgi ilə
birlikdə cavab da göndərmişdi. Buna el dilində "Toydan sonra nağara” və ya
"Daldan atılan daş topuğa dəyər” deyirlər. Bir də komitə sədri "...məndən heç
kim, heç nəyi tələb edə bilməz” demişdi.
Biz
də onun cavabına qeyd vasitəsi ilə bunları çatdırmışdıq: "Biz də "12ci
oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu olaraq Xaqani bəyin etiraflarını
səmimi qəbul etmək istəyirik. Əmin olmaq istərdik ki, yerdə qalan mövsümün
bütün oyunlarında, istər kubok olsun istətsə də Premyer-Liqa oyunları olsun
bütün matçların tam obyektiv və hakim səviyyəsi baxımından yüksək səviyyədə
idarə olunacağına ümid etmək istərdik.
Bir də Xaqani bəyə bu cavabın matçdan əvvəl verilməsinin daha obyektiv və
effektli olmasının məntiqəuyğun olmasını bildirmək istərdik. Kompyuterinizdəki
problemin isə XXI əsrdə belə bir gecikməyə əsas olmadığını düşünürük.
Bir də onu demək istəyirik ki,
Demokratik Azərbaycan Respublikasında dəfələrlə ölkə prezidentinin, AFFA və PFL
prezidentlərinin azarkeşlərin sorğularına vaxtında cavab verib tədbir gördüyü
halda, bunun sizin də ümdə vəzifəniz olduğunu bir daha diqqətinizə çatdırmaq
istəyirik.”
Bu
müraciət və müraciətə Xaqani Məmmədovun cavabı, ona əlavə etdiyimiz qeyd də hər
iki azarkeş qurumunun internet saytında getmişdi.
Bizim
"Qeyd”də Xaqani Məmmədovun buraxdığı üç səhvə və ya bəhanəyə cavab verilmişdi.
Söz açacağım daha iki səhvi isə qabartmamağı qərara almışdıq. Xaqani Məmmədovun
bizə göndərdiyi cavab hər iki fanat saytında işıqlandırıldıqdan sonra
"12cioyuncu.com” saytında "şərhlər bölməsin”ndə komitə sədri xeyli tənqidlərə məruz
qalmışdı. Şəxsən fanklubumuzun rəhbəri Mirhafiz Babayevin, "12 ci oyunçu”
azarkeş qrupunun təşkilat komitəsinin sədri İslam Cabbarlıdan etdiyi xahişdən
sonra şərh bölməsi bağlanmış oldu. Xahişin məntiqi isə belə idi: "Müraciətimizə
cavab olaraq göndərdiyi məktubla bir növ saytlarımıza qonaq gəlmiş bir adamın həmin
yazıda tənqidinə yol verməyək. Bu bir növ evinə çağırmış olduğun qonağa hörmətsizlik
edərək onu tənqid etməyə bənzəyir. Biz "Xəzər Lənkəran” azarkeşləri olaraq mədəni
səviyyəmizi ortaya qoyub bunu etməməliyik.” İslam bəy də bunu anlayışla
qarşılayıb "şərhlər bölməsi”ndə izahat verərək, bölmənin fəaliyyətini
dayandırdı.
İndi
də keçirik Xaqani Məmmədovun məktubundakı bayaq qeyd etdiyimiz daha iki səhvinə.
Bunlardan biri: "Ümid edirik ki, nəinki "Xəzər-Lənkəran”ın iştirakı ilə
keçirilən oyunlarda, eləcə də heç bir Azərbaycan klubuna qarşı haqsızlıqdan, qərəzdən
söhbət gedə bilməz. İstəyimiz odur ki, mövsümün sonunda güclü klublarımız qalib
olsunlar və ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etsinlər.”
Bu
səhvə cavab olaraq onu demək istəyirik ki, bu məsələdə bir komitə sədri kimi
siz -"Ümid edirik ki,” kəlməsi işlətməli deyilsiz. Siz bu sahədə səlahiyyət
sahibi olduğunuz üçün, həm də sizə mühüm bir vəzifə tapşırıldığı üçün başqa cür
çıxış etməli idiniz: "Səlahiyyət sahibi olaraq, dövlət tərəfindən bizə
tapşırılmış vəzifəyə arxalanaraq heç bir komandaya qarşı haqsızlıq edilməsinə
yol verməyəcəyik. Belə fikirdə olanları isə ciddi cəzalandıracağıq.”
Nəhayət,
bizim komitə sədrinə göndərdiyimiz sorğunun sonunda: "Qoy, haqq edən qazansın!”
cümləsi ilə yekunlaşır. Bu fikri işlədərkən də müxtəlif müzakirə aparmışdıq.
Sanki müzakirələrimiz boş yerə deyilmiş kimi, komitə sədrinin cavab məktubunda
"Qoy güclü qalib olsun.” kimi bir mesaj verilir.
Son
kubok oyunundakı hakim biabırçılığından sonra isə "Qoy haqq edən qazansın!”
olan haqqa söykənən bizim şüarımızla, komitə sədrinin "Qoy güclü qalib olsun.”
Şüarı arasındakı fərq və ya niyyət açıq-aydın görünür. Deməli Xaqani Məmmədov
bir sıra ünsürlərlə özünü daha güclü sayır və "qalib gələcəklərinə” işarə edir.
Çünki Anar Salmanovun timsalında əllərindən gələn hoqqabazlığın həyata keçirilməsi
buna açıq sübutdur. Rəqibin futbolçusuna yaxın getməyin belə qorxulu olduğunu
görən "Xəzər Lənkəran” komandası hakimin oyunpozuculuğu, yersiz olaraq,
hücumlarımızı əngəlləməyi, yeri gəldi-gəlmədi futbolçularımıza və məşqçimizə
kart göstərməsi, rəqibin simulyasiya edib katr almalı olduğu halda əksinə
qapımıza cərimə zərbələri və hətta penalti təyin etməsi, ümumilikdə otuzdan
yuxarı əleyhimizə qərar verməsi absurd hakimliyimizin növbəti nümunəsi oldu. Əgər
futbol verilişlərində bütün futbol ictimaiyyətinin tənqid etdiyi belə hakimliyi
müdafiə edəcəyi təqdirdə elə sifarişçinin onun özü olduğu ortalığı çıxacaq.
Bir
də onu deyək ki, əgər "Xəzər Lənkəran” rəqiblə eyni gücdə olsaydı, belə
hakimliklə komandamızı 5:0 uduzdurardılar. "Xəzər Lənkəran” rəqibindən bəlkə də
10-15 dəfə güclü idi ki, onlar nə etdilərsə bunu bacara bilmədilər.
Sonda
onu da deyək ki, bütün bunlarla əlaqədar canverməkdə olan futbol hakimliyimiz
Martın 3-ü 2011-ci ildə böyük futbol hakimimiz Tofiq Bəhramovun adını daşıyan Mərkəzi
arenamızda Anar Salmanovun iştirakı ilə və Xaqani Məmmədovun oxuduğu yasin sədaları
altında dəfn olundu.
Belə
FİFA referisi və Hakimlər Komitəmiz haqqında həmin oyunun videoyazısı olan əsaslı
dəlillə həm FİFA və həm də UEFA sizcə məlumatlandırılmalı deyilmi ki, onlar da
oyunları kimlərə həvalə etdiklərini bilsinlər?
|