Bu gün "Xəzər Lənkəran” və Mirça Rednik
mövzusu gündəmi elə zəbt etmişdi ki, bizim də saytımızda bunu ardıcıl olaraq
işıqlandırmamız sanki gecikirdi. Bu gecikmənin əsas səbəbi isə bizim bilavasitə
bu işlərlə əlaqədar məşğul olmamızla bağlı idi. Axşam saatlarına yaxın Mirça
Rednikin klub prezidenti Mais Mənsimovla görüşəcəyi və yalnız bundan sonra bu
işin taleyinə aydınlıq gələcəyi məsələsi var idi. Səbirsizliklə gözlədiyimiz bu
danışıqların nəticəsi yenə də yekunlaşmamış qaldıqda, bütün "Xəzər Lənkəran”
azarkeşləri kimi bizi də bərk narahat etməyə başladı. Yayılan xəbərlərə görə
Mirça Rednikin konkret cavabını səhər saatlarında klub rəhbərliyinə bildirəcəyi
qeyd olunurdu. Lakin, səhər saatlarını gözləyərək bu intizarın dözülməz olduğu
məqamda biz Mirça Redniklə görüşmək və ondan yalnız və yalnız bütün azarkeşlərin
istəyinə uyğun olaraq "hə” cavabını gözlədiyimizə onu inandırmağa çalışmaq istəyirdik.
Bunun üçün Cənab Rednikə telefon edərək onunla görüşmək istəyimizi çatdırdıq.
Lakin, Cənab Rednik hər hansı mühüm bir tədbirdə olacağını əsas gətirərək
görüşün baş tuta biləcəyinə söz vermədi.
Onun danışıq tərzindən və yüksək mədəniyyətə
malik bir insan olduğunu bilərək belə cavab verdiyi vurğulanmalıdır. Əslində məsələnin
əsas mahiyyəti, məşqçilər korpusu ilə tam qərara gəlməmiş bizə bir söz deyə
bilməyəcəyi anlamında idi. Buna baxmayaraq onun səhər hansı qərar verəcəyi əlbəttə
bizi bərk narahat edirdi. Belə olduqda biz aşağıdakı mətnin ingilis variantında
ona telefon mesajı yollamağı qərara aldıq :
"Bizimlə görüşmək istəməməyinizin səbəbi məsələni ətrafinızdakılarla yəqin ki, aydınlaşdırmamağınızdır. Bizə çatan bilgilərə görə guya, klub
rəhbərliyi sizin
bütün dediklərinizi qəbul edir və
yalnız
siz
məsələnin həllini səhərə
(sabaha) saxlamısınız. Amma, siz "Xəzər
Lənkəran”
azarkeşinin kim olduğunu, sizin şəxsiyyətinizə və böyük
mütəxəssis olduğunuza görə
necə
sevdiyini yaxşı
bilirsiniz. Çünki bu
sizin başçılığınızla keçirilən
matçlarda stadionu tam dolduran bütöv
azarkeşlərin çılğın istəyidir. Sizdən
sonra bu möhtəşəm azarkeşlərin
"Xəzər Lənkəran”ı
itirəcəyi qorxusu var. Canımız qədər sevdiyimiz
komandanı əlimizdən almayın. Çünki sizin gedişiniz bizim "Xəzər Lənkəran”ı itirəcəyimizə bərabər olan bir şeydir. Qərar verərkən
onminlərlə azarkeşin ürəyini öz sinənizdə hiss edin. Xahiş edirik bizi qırmayın.”
Bundan bir qədər sonra həyəcanla gözlədiyimiz
anlarda Mirça Rednikin telefonundan fan klubumuzun rəhbəri Mirhafiz Babayevin
mobil telefonuna zəng gəldi... Bəli, bu Mirça Rednik idi. Son günlərin hər bir "Xəzər
Lənkəran” azarkeşinin intizarla gözlədiyi suala o telefonda münasibətini belə
bildirdi : "Mən, sizlərə çox bağlıyam. Komandada qalıb-qalmayacağım haqqında son
qərarımı verərkən yenə də sizləri düşündüm və artıq sabahı gözləmədən sizinlə
birgəyəm deyirəm”. Mirça Rednikin bu xəbərini eşidən fan klub üzvlərimizin əl
çalaraq alqış sədaları otağı bürüdü. Bunu eşidən baş məşqçi bir daha narahat olmayın biz
birlikdəyik dedi.
Bütün bu gərginliyin belə xoşluqla nəticələnməsinə
görə bütün "Xəzər Lənkəran” azarkeşlərini təbrik edirik. Onlara sevimli
komandaları ilə bundan sonra da daha böyük zirvələri fəth etməyi arzulayırıq.
|