
Dünən
XXI tur çərçivəsində "Xəzər Lənkəran” doğma divarlar arasında bu mövsüm özünü
çox yaxşı tərəfdən göstərən "AZAL”ı qəbul edirdi. İlk altılıq uğrunda mübarizədə
heç də "silahı yerə qoymayan” "AZAL” komandası əvvəlcədən də Lənkərana bir xal
dalınca gəldiyini bəyan etmişdi. Çünki Lənkərandan aparacağı bir xalla ümumi
xal ehtiyatını 36-ya çatdıracaq olan qonaqlar ilk "6lığ”a vəsiqəni təmin etmiş
olacaqdılar. Amma qonaqlar üçün bu "altılıq” "Qəbələ”nin "Muğan”a yenilməsi ilə
"göydəndüşmə” oldu. Belə ki, "Xəzər Lənkəran”a məğlub olacaqları təqdirdə belə
onlar artıq bunu təmin etmiş sayılırdılar.
Bunun
başqa bir tərəfi də var idi ki, onlar komandamızla matça sərbəst çıxacaqdılar.
Bu elə gözlənildiyi kimi də oldu. Onsuz da zəif olmayan "AZAL” komandası bizlərə
gərgin anlar yaşada bildilər. İlk hissənin artırma dəqiqələrində Elnur
Abdullayevin təxminən 25-30 metrlik məsafədən vurduğu gözəl qolla "Xəzər Lənkəran”
1:0 önə keçdi və fasiləyə də bu hesabla yollandı.
İkinci
hissənin əvvəllərində qarşılarına qol vurmaq məqsədi qoymuş olan qonaqlar, nəhayət
ki istəklərinə çatmış oldular. Belə ki, qapımıza təyin olunmuş cərimə zərbəsi
yerinə yetirən "AZAL” komandası, topu cərimə meydançamıza havalandırdı, burada
hücuma qoşulmuş rəqib müdafiəçi Usim Nduka qapı istiqamətində başla zərbə endirməyə
macal tapdı. Şanssızlıqdan Simao Brunoya da azca toxunan top istiqamətində dəyişiklik
etdi və daha uzaq küncə getməklə Kamran Ağayevi çarəsiz qoydu -1:1.
Lakin
çempionluq mübarizəsində yalnız qələbə qazanmaq istəyərək, liderdən xal fərqində
aralı düşməməyi komandamız Hristu Kiyakunun baş zərbəsi ilə vurduğu qolla bu təhlükədən
uzaqlaşmağı bacardı. Ümumiyyətlə oyun planında bəzi dəyişikliklər etmiş olan
baş məşqçimiz bu taktiki sxem ilə də "AZAL” kimi güclü rəqibə qalib gəlməyi
bacardı. Xətlərarası əlaqədə az da olsa problemlər komandamızın oyununa və deyərdik
ki, daha böyükhesablı qələbəmizə mane oldu. Futbolçu kimi daha istedadlı və təcrübəli
olan komandamızın yaxın gələcəkdə bu çatışmazlıqları da aradan qaldıracağına
inanırıq.
Bu
qələbədə azarkeşlərimizin də payı yüksək qiymətləndirilməlidir. Stadiona
toplanmış 12000 azarkeşimiz dayanmadan "Xəzər Lənkəran”ı qələbəyə səslədi və
motivasiya verdi.
Bu
arada klub rəhbərliyinə də təşəkkür etməyi yaddan çıxarmaq olmaz. Onlar həm komandanın formalaşmasında böyük əziyyətlərə
və məsrəflərə qatlaşırlar. Həm də bu matçdan əvvəl bir çox azarkeşlərimizin
bizim vasitəmizlə oyunun vaxtının daha gec saatlara keçirilməsi xahişində
olduqlarını çatdırmışdılar. Stadiona daha çox azarkeş gəlməsinin və komandaya dəstək
verməsinin bir səbəbi kimi bunu da qeyd etmək olar. Bunun üçün azarkeşləri
eşitdiyinə görə rəhbərliyə bir daha təşəkkür edirik. Böyük "Xəzər Lənkəran” ailəsi
olaraq qarşılıqlı anlaşmanın bundan sonra da davam edəcəyinə inanırıq.
Daha
bir təşəkkür etmək istədiyimiz ünvan da var. Belə ki, hakim ədalətsizliyi üzündən
məğlubiyyət aldıqlarını hesab edən Zaqatalalı azarkeşlər də "Simurq”un son tur
matçında "”Xəzər” Çempion!” şüarını
Zaqatala şəhər stadionunda səsləndirmələridir. Onlara həm saytımız vasitəsi ilə
təşəkkür etməyi özümüzə borc bilirik, həm də fanklubumuzun rəhbərliyinin
"Simurq” azarkeşlərinin telefon nömrələrindən birini əldə edərək, şəxsən təşəkkür
etməyi və bunu bütün zaqatalalı azarkeşlərə çatdırılmasını rica etməyi də
unutmadıq.
Daim
azarkeşlər arasında əlaqələrin sivil səviyyədə qurulması üçün çalışan "Bosman”
fanklubu bundan sonra da bu yöndə fəaliyyətini davam etdirmək əzmindədir.
|