Cümə, 27/Dek/2024, 02:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Fevral » 18 » Bu həqiqətdir yoxsa yalan
23:11
Bu həqiqətdir yoxsa yalan


           Fevral ayının 17-sində "Futbol+” qəzetinin redaksiyasına dəvət olunduğumdan orada iştirak etdim, burada təşkil olunan görüşdə "Xəzər Lənkəran” və "Neftçi” fanklublarının rəhbərlərinin dəvət olunduğunun şahidi oldum. Əvvəlcədən söhbətin nədən gedəcəyini bilməsəm də, sonradan aydın oldu ki, redaksiyanın təşkil etdiyi bu görüşdə məqsəd XX tur çərçivəsində "Neftçi” və "Xəzər Lənkəran” arasında keçirilmiş matça fanklub rəhbərlərinin münasibətini öyrənmək imiş. 

            Xüsusən bu komandalar arasında Lənkəranda keçirilmiş görüşdən sonra qonaq komandanın bayrağının yandırılması məsələsi və başqa məsələlər müzakirə olundu (bu barədə "Futbol+” qəzetinin 18.02.11 il tarixli sayında geniş məlumat var).

            "Neftçi” azarkeşlərinin fevralın 13-də keçiriləcək matç zamanı əvəz olaraq "Xəzər Lənkəran”ın bayrağının yandırılması xeyli əvvəlcədən bildirildi. Lakin fevral ayının 13-də "Neftçi” azarkeşləri böyüklük göstərərək bu bədhax əməldən vaz keçmişdilər. Buna görə də, redaksiyada keçirilən görüşdə bir "Xəzər Lənkəran” azarkeşi kimi bu olayın baş verməməsində "Neftçi” fanklubunun rəhbərlərinə, o cümlədən "Futbol+” qəzetinə təşəkkürümü bildirdim.

            Amma bu gün "12cioyuncu.com” saytında gedən bir məlumat bu barədə bir sıra şübhələrə yol açdı. ”12cioyuncu.com” saytı bu hadisənin şahidi olmuş bir nəfərə istinadən bu xəbəri yayımladı. Xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

 

                        Fevralın 13-də Bakıda "Xəzər Lənkəran”ın bayrağı yandırılıb ?

 

 Fevralın 18-də "Xəzər Lənkəran”ın məşqini izləməyə gələn azarkeşlər arasında narahatçılıq var idi. Biz məşqə geçikdiyimizdən məsələdən də gec agah olduq. Elşad Xanıyev adlı  "Xəzər Lənkəran” azarkeşi  özüylə gətirdiyi yarıyanmış bayrağı göstərərək əsəbi şəkildə danışırdı:

 

"Mən Fevralın 13-də oyundan sonra  bu  yandırılan bayrağı həmin insanın əlindən aldım və ona yumruq da vurdum. Daha sonra yaxınlıqda "UltraNeftçi” fan klubunun rəhbəri Ceyhun Əzizlini gördüb ondan izahat istədim. O da mənim yanımda bayraq yandıranı söydü"

 

Məşqi izləyən yüzlərlə insansın gözü qarşısında Elşad bəy əsəbi şəkildə danışırdı. Azarkeşlər hamılıqla: "Bəs niyə bu qədər vaxtı ortaya çıxıb demirdin bunları ?”

 

Elşad Xanıyev:  " Mən istəmirdim bu hadisə ortaya çıxsın və ara yenidən qarışsın. Bu gün Bakıda  "Futbol+” qəzeti  aldım. Qəzetin manşetində yazılıb ki, güya "Neftçi” fanatları Sadıx Sadıxova görə "Xəzər Lənkəran”ın bayrağını yandırmayıblar. Mən də əsəbləşdim, axı yandırılıb, niyə o kişinin boyuna minnət qoyurlar. Ceyhun Əzizli də bunun şahididir. İnsafən Ceyhunun bayraq yandırılmasına aidiyyatı yoxdur.”

 

Ardı növbəti yazıda... Elşad Xanıyev hansı telekanala bayraq yandırılması barədə danışdı...

            Məşq davam edirdi. Amma Elşad Xanıyev əsəbini sakitləşdirə bilməyib dediklərini sübut etmək üçün "Ultra”Neftçi” fan klubunun rəhbəri ilə telefon əlaqəsi yaratmaq istədi. Yarımsaatlıq axtarışdan sonra nömrəni əldə etdi. Bu işdə ona gənc bir  "Xəzər Lənkəran”  azarkeşi köməklik etdi. Beləliklə telefon əlaqəsi yarandı, yaxınlıqda olanları da eşitdiyi kimi Ceyhun Əzizli bayraq yandırılmasını təsdiq etdi.  Uzun sürən telefon danışığıdan sonra Elşad Xanıyev ondan "Neftçi”nin prezidentinin telefon nömrəsini istədi. Lakin Ceyhun Əzizli nömrəni bilmədiyini dedi. Sonra da Ceyhun bəy Elşad Xanıyevin təkidi ilə " Ay qardaş əgər Sadıx müəllim təklikdə soruşarsa o zaman deyərəm bəli  bayraq yandırılıb.” Deyə cavab verdi.

 

"Xəzər Lənkəran”ın bayrağının yandırılmasını iddia edən Elşad Xanıyevin səsküyünə gələn "Xəzər tv” və "CTV” –nin əməkdaşları ondan bayraq əhvalatını xırdalıqlarına qədər soruşdular. Elşad bəy də hadisəni bütün xırdalılarına qədər danışdı. Bütün bu mənzərəni   məşqi izləyən azarkeşlər də görürdülər.

 

            Bu barədə mən "12ci oyunçu”-larla əlaqə saxlayıb məsələni təfərrüatı ilə öyrənməyə çalışdım. Daha sonra özüm də araşdırmalara başladım. Xəbəri və yanmış bayrağı ortalığa çıxartmış şəxslə də əlaqə saxlayıb bunun nə dərəcədə həqiqət olduğunu öyrənməyə çalışdım. Niyə məhz vaxtında deyil, üstündən 5 gün keçəndən sonra məsələni ortaya çıxardığını öyrənməyə çalışdım. O da mənə yaranmış sakitliyin pozulmaması üçün indiyə qədər susduğunu, lakin bugünki qəzetdə ""Xəzər Lənkəran”ın bayrağını Sadıq Sadıqova görə yandırmadıq” başlığı altında gedən yazıdan sonra dözməyib açığlamağı lazım bildiyini dedi.

            Daha sonra "Flaqman” fanklubunun rəhbəri Ceyhun Bədəlzadə ilə bir daha əlaqə saxlayıb buna münasibətini soruşdum. O da görüşdə olduğu kimi, belə halın baş vermədiyini israrla diqqətimə çatdırdı və səmimi olaraq:- "Ağa sizi əmin edirəm ki, biz tərəfdən belə bir hal olmayıb və ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbərim yoxdur.”-dedi.

            Mən Ceyhun Bədəlzadənin dediklərinə inandığımı bir daha onun nəzərinə çatdırdım. Amma israrla yanmış bayrağı nümayiş etdirərək bunun şahidi olduğunu deyən Elşad Xanıyevin gördükləri nə imiş? Onda bəs bunlar kimin əməlləridir?

            Mətbuatdan xahişim isə budur ki, bunu tam olaraq araşdırsın və ictimaiyyətə məsələnin əsl mahiyyətini çatdırsın. Bu barədə kömək göstərməyə də hazır olduğumuzu bildiririk.

            Amma bu o demək deyil ki, biz hansısa mətbuata çıxmağa həvəs göstəririk, biz ümumiyyətlə reklam xarakterli məsələlərdən uzağıq. Bunu "Bosman” fanklubunun bugünəqədərki fəaliyyətindən aydın görmək mümkündür. Biz sadəcə doğma "Xəzər Lənkəran”ımızın fanatlarıyıq. Komandamızı dəstəkləyərək yalnız onun qələbələrinin şahidi olmağı qarşımıza məqsəd qoymuşuq və əlbəttə komandamıza qarşı yönələn hər hansı məsələyə də biganə qala bilmərik. Dəvət olunan yerdə iştirak etmək isə mədəniyyətin bir nümunəsidir. Bunu reklam olaraq başa düşənləri isə daha aydın fikirli olmağa çağırırıq.

           

            Mirhafiz M. Babayev                      18 fevral 2011.  

             

Views: 874 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 8
0  
8 NEFTCI_FOROVER   (21/Fev/2011 17:16) [Daxil Olunan]
RUFET BELE SEVIYYELI OGLANSAN KIWISEN GEL BU SEVIYYESIZ SOHBETINI FLAQMAN FAN CLUBUNDA UWAQLARIN UZUNE SOYLE SEN ONU SOYLE... KIWISEN DEDIKVI SEVIYYESIZ OLMAGMIZI SUBT ELE AMA EDE BILMESEN MEN SENE SUBT EDECEM SENIN AGZINLA BIR YERIN BIRDI... GOZDUYUREM FAN CLUBDA!!!

0  
7 ANAR   (21/Fev/2011 11:22) [Daxil Olunan]
Tesekkurler doktor. Insallah Interle oyundan sonra qələbədən sonra cay sufresində otura bilərik... Mən hər 3 fanklubun bir araya gəlməsi tərəfdarıyam. Baxışlar ayrı ola bilər ama məncə mühüm məsələlərdə Neftci Baki klublarına və mətbuatla əlaqədə bir fikirdə olmalı 1 hədəfə vurulmalıdı. Qazetdəki fanat movqeyiniz də xosuma gəldi ama inanın sizin mədəniyyət və baxışlarınız orda olan adamlara catmaz Onlar səviyyəsiz məxluqlardı səviyyəsizlərlə də bu cure medeni sekilde dialoq alınmır Vallah sabah yozacaqlar. Birce Afaqın yazisina keskin reaksiyaniz lazim idi Yenə də oz isinizdi. Bizim de qazete getmemeyimiz sirf o noqteden idi. Ayrica orda Resad ve Ceyhunun dost olmasi ile baqli danisiblar Resad da men de Ceyhunla dost deyilik sadece fanklublarla baqli yoldasiq .
Rufetin yazdiqina gelince o yazib mAHİR ozun yaxsi eləməyə Nefcilileri yixib suruyub Men bele demezdim eksine butun ustu ortulu meselelri aciqlamaq ve qazet sehifesine cixarmaq bele duz deyil. Bilirsiz neye dondu. kecen il bizi biyedeb plakatla soyenden snra arsiz arsiz ANSe cixib bunu etiraf etdiler O zaman futbol qazeti olara bunu serki verdi. Ama bu il tezeden Futbol + shifesine cixib soyuslerin tezeden etiraf edirler Ferqi nedi televiziya ya qazet. Hemin sey oldu.
Ayrica Futbol + qazetde nefci kalikaturasi plakatlari barede yazir bizim plakatin ise ancaq seklin verir Ozude neftcililerin plakatinin yaninda Qiraqdan baxan meseleni bilmeyen de bu plakatin da onlara aid olmasin basa dusur.. İndi bu qerez di ya qelet,....
Mence nefci fanklubu ile xeyri yoxdu onlara oz dillerinde cavab vermek lazimdi.

0  
5 Rufat   (19/Fev/2011 22:56) [Daxil Olunan]
Firtinanan danishdim. yazi hazir olan gunun seherisi onlar bilib ki doktor orda olub. yani sizla qati elaqesi yoxdur.qarsi terefe atilib soz

ikincisi de ki men sexsen xezer azarkeshi ve firtinaya perestis eden biri olaraq flagmanla futbol+la hec bir halda biz masa arxasina gelmerem. flaqman seviyesizler yiginidir, bunu defelerler subut edibler, mahir ise oz sehvini deyesen derk edib ve gorush barede yazida neftci terefini suruyub.

3-cu ise beli duz buyurduz ki men neftci ile oynda acilan plakatlari ozumu tehqir olunmush hesab eledim ve onlara nifretim bir daha artdi. ama 10 ilde qalsa onlarla eyni sektordan futbol izlemerem. ve incimiyin menden siz xezeri orda yaxsi temsil ede bilmediz. onlari sindirmaq lazim idi iti sozlernen, cox humanistsiz


0  
6 BOSSMAN   (20/Fev/2011 10:47) [Daxil Olunan]
Rufat bəy bir daha salam! Əvvəla komandamızın çempionluq yolunda bu gün "AZAL"-la keçirəcəyi matçda növbəti qələbəsini arzulayaq.
Sonra apardığınız araşdırmaya görə də ayrıca təşəkkür edirəm. Amma onu bildirmək istəyirəm ki, sizin və Anar bəyin dediyi kimi yazı bir gün əvvəl yazılıb və saytınızda bir gün sonra yerləşdirilib. Aktuallıq deyilən bir anlayış var. Sizin də etiraf etdiyiniz kimi burda fikir mənə ünvanlanmayıb. Deməli "Aha" dünəndən bu günə vəziyyət dəyişib və yazıdakı son fikirlər aktuallığını itirib. Bunun üçün də yazı verilərkən onun "söhbət mövzusuna çevrilmiş" hissəsində dəyişiklik etmək lazım imiş. Bu indi də gec deyil, əgər etiraflarınızda səmimisinizsə. Saytın operativliyi, aktuallığı və professionallığı baxımından bu yüksək göstərici olardı.
İkinci fikrinizdə ixtiyar sahibisiniz. Mən də öz fikrimdə qalıram.
Üçüncü fikrinizə gəlincə isə, mən hesab edirəm ki, çox layiqincə təmsil etmişəm. Qəzetdə çıxan görüşün stenoqramını diqqətlə oxuyun və orada Ceyhun Bədəlzadənin fikirlərini diqqətlə izləyin. Ceyhun Bədəlzadə orada çox səmimi olduğunu göstərib. Olanları isə kişi kimi təsdiq etməklə hörmətimi qazanıb.
Daha sonra əsrlərin təsdiqindən keçmiş bir el məsəlini xatırlamaq yerinə düşər. Məsəl belədir: Deməli, günlərin birində yolla bir yolçu harasa səfərə gedirmiş. Bunu görən Külək, Yağış və Günəş kimin daha güclu olması barədə mərc gəlirlər ki, kim yolçunun əynindəki çuxanı onun əynindən çıxara bilsə, o da güclüdür. Beləliklə, birinci olaraq külək öz işinə başlayır. Yavaş-yavaş meh əsməyə başlayır. Yolçu isə öz yoluna davam edir. Külək iddiasını göstərmək üçün getdikcə güclənməyə başlayır. Hərdən yolçunun çuxasının ətəklərini elə oynadır ki, az qala əynindən çıxsın. Küləyin getdikcə gücləndiyini görən yolçu, çuxanı özünə daha sıx bürüyür. Külək şiddətini artırmaqda davam edir və istəyinə nail olmağa çalışır. Hər külək gücləndikcə, yolçu düymələrini bir az da möhkəmlədir və çuxasını özünə daha sıx bürüyür. Bir xeyli müddət belə davam edir lakin çuxa yolçunun əynindən çıxmır ki, çıxmır. Bütün gücünü ortaya qoyan külək istəyinə nail olmadığını görüb, mən bacara bilmədim deyə sakitləşir.
Bunu belə görən Yağış deyir: gördünmü sən məndən zəifsən! İndi bax gör çuxanı yolçunun əynindən necə çıxararlar. Bunu deyib öz gücünu nümayiş etdirmək üçün indi Yağış işə başlayır. Çiskin başlayan yağışı görüb yolçu yenə yoluna davam edir. Lakin yağış getdikcə güclənir, leysana çevrilir və fikirləşir ki, çuxası islanmış yolçu yəqin ki xəstələnməmək üçün islanmış çuxasını əynindən çıxaracaq və o da qalıb gəldiyini külək və günəşə sübut edib qürrələnəcək. Lakin leysan yağışın başladığını görüb yolçu çuxasına bərk sarılır və daldalanacaq bir yer tapıb orada yağışın kəsməsini gözləyir. Yağış öz iddiasına nail olmaq üçün saatlarla yağsa da yolçu daldalanacaqdan çıxmır ki, çıxmır. Belədə buludlarında da suyun qurtardığını görən yağış dayanmalı olur. Mən də bacarmadım deyə kənara çəkilir.
Belə olan halda növbə günəşə çatır. Bərk külək, ardınca yağan leysandan sonra daldalanaacqda gözləyən yolçu günəşin çıxdığını görüb, yavaş-yavaş daldalandığı yerdən çıxır və yoluna davam etməyə başlayır. Getdikcə günəşin artan şüaları və bunun nəticəsində əmələ gələn istiliyi görən yolçu ayaq saxlayır. İslanmış çuxasını əynindən çıxararaq bir yerdən asıb çuxanın qurumasını gözləyir ki, sonra yoluna davam etsin.
Beləliklə külək və yağış nə qədər şiddət etsələr də çuxanı yolçunun əynindən çıxara bilmədiklərindən pərt olurlar. Lakin Günəşin mülayim və isti şüalarının təsirindən yolçunun çuxasını əynindən necə çıxardığının şahidi olurlar. Hər ikisi günəşə: bunu sən bacardın deyib, çıxıb gedirlər.
Beləliklə bu böyük xalq misalından çıxan nəticəyə görə Günəş kimi humanist olmaq daha məqsədəuyğundur əziz Rufat bəy!
Hər halda münaqişələrə gedib kiminsə evində qan düşməsinin yəqin siz də tərəfdarı deyilsiz.

Hörmətlə: Mirhafiz M. Babayev


0  
3 ANAR   (19/Fev/2011 14:04) [Daxil Olunan]
Basa dusmedim ureyi ve eqidei Xezerle doyunenler xirda mesele barede mubahise edir.. Yazilanlardan aydin olur ki sohbet Firtinanin yazisindan gedir.. hemin yazida menim de azca olsa payim var ve o yazi sirf saytda yerlesdirilen vaxtdan 1 gun qabaq yazilib sadece saytimizin adetidi meqaleler seher saat 9-da verilir.. Yaziya geden Ps ise hec 1 XEZER sever oz ustune goturmesin. Futbol+ bizi devet edende biz hec bilmirdik ki ora kimler gedecek Birce Ultra neftcinin geleceyini demisdiler bize... Doktor Meni de gozel taniyirsan ve bilirsen ki nece adamam. Mence yazidaki elavede Size aid hec ne yoxdu nahaq oz uzerinize goturmusuz... Ne ise bele meseleleri ise birlikde cay sufresi arxasinda oturaraq muzakire etmek daha yaxsidi neinki saytda
Hormetle ANAR.

0  
4 BOSSMAN   (19/Fev/2011 15:18) [Daxil Olunan]
Anar xoş gördük səni. Doğrusu sənin də məsələyə müdaxilə etməyinə görə sevindim. Çox ağıllı və düşüncəli münasibətinə görə isə ayrıca təşəkkür edirəm. Sənə hörmətim olduğunu da çox gözəl bilirsən. Mən də qəzetə dəvət olunarkən hansı məsələlələrin müzakirə olunacağını bilmirdim. Amma dəvət aldığım yerə getməyi özümə borc bilirəm. Sadəcə mən qəzetə çıxdıqdan sonra belə söz-söhbətlər çıxdı. Ona görə də belə reaksiya avtomatik olaraq alındı. Səni səmimi qəbul edirəm və sizlərlə də istədiyiniz vaxt çay süfrəsi arxasında oturmağa hazıram.

Hörmətlə: Mirhafiz M. Babayev


0  
2 CSGA   (19/Fev/2011 12:16) [Daxil Olunan]
Rüfət bəy, münasibət bildirdiyinizə görə təşəkkür edirəm. Mən yenə bu fikirdə qalıram. Çünki "Dəvət olunan yerə getmək, mədəniyyətin bir nümunəsidir" fikri tək mənim deyil, bir çox dünya miqyaslı dahilərin , mütəfəkkirlərin fikridir.
İkincisi, siz hardan bilirsiniz ki, mən bir zəngə redaksiyanın dəvətini qəbul etmişəm? Əlavə olaraq onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bu dəvəti redaksiyadan Səbuhi Nərimanoğlu telefon vasitəsi ilə günorta saatlarında etmişdi. Mən ona əgər vaxtım olarsa, iştirak edəcəyimi bildirmişdim. Bunun üçün Səbuhi bəyi telefonda təxminən iki dəqiqə gözləməyi də xahiş etdim. Çünki iş qrafiki olan jurnalıma baxaraq, dəvət olunduğum saatda orada iştirakımın mümkünlüyünə əmin olduqdan sonra "Hə" demişdim. Daha sonra gecə gec saatlarda S. Nərimanoğlu mənə bir daha zəng edərək gələ biləcəyimi bir daha dəqiqləşdirdi və dedi ki, "bütün fanklublar eyni vaxtda dəvət olunub deyə gecikməməyiniz xahiş olunur." Gördüyünüz kimi bu bir zənglə olmayıb. Araşdırmaq təbii ki, ixtiyarınızdadır.
Qaldı ki, təhqir olunan yerə getmək məsələsinə. Belə yerə gedib məsələlərə yerində aydınlıq gətirmək kişiyə xas olan xüsusiyyətdir. Belə çıxır ki, "Neftçi" ilə oyunda təhqiredici plakatlar vasitəsi ilə siz özünüzü təhqir olunmuş sayırsz kimi çıxış edirsinizsə, onda belə çıxır ki, siz bir daha stadiona gəlməyəcəksiniz? Rüfət bəy, "Xəzər Lənkəran" azarkeşi heç vaxt komandasını tək qoymamalıdır. Sizin kimi azarkeşlərimizin dəstəyinə komandamızın həmişə ehtiyacı var.
"Söz atmaq" məsələsinə gəlincə, əvvəl mənə söz atılmışdı deyə sadəcə onlara başa salmağa çalışmışam ki, bu belə deyil. Çünki hardasa mənə belə bir fikir rast gəldi:-" Qəzetin əməkdaşlarına da bildirmək istərdik ki, bu cür dəvətlərin həsrətilə gecə-gündüz alışıb yanan xeyli fan klublar vardır, bizə görə üzülməyin, onları çağırın, bütün qəzeti dolduracaq qədər açıqlama və müsahibələr verə bilərlər sizə." Bu fikir özü də mən redaksiyada olduqdan və bu qəzet vasitəsi ilə yayımlandıqdan sonra ortalığa çıxmışdı. Yəni əslində ilk olaraq mənə söz atılmışdı. Bəli bu fikri yayımlayan tərəfin içərisində xeyli sayda aydın fikirli insanların olduğunu mən də bilirəm və həmişə hörmətlə xatırlayıram. Sadəcə bu sözləri yazanları aydın fikirli olmağa dəvət etmişəm. Axı bu birinci dəfə deyildi. Yolu ilə düz gedən adama kənardan sataşmaq nə dərəcədə doğrudur? Sizin isə belələrini doğru yola gətirməyinizə böyük ümidləim var. Çox sağ olun!

Hörmətlə: Mirhafiz M. Babayev


0  
1 Rufat   (19/Fev/2011 11:13) [Daxil Olunan]
yazmisiz ki "Dəvət olunan yerdə iştirak etmək isə mədəniyyətin bir nümunəsidir. Bunu reklam olaraq başa düşənləri isə daha aydın fikirli olmağa çağırırıq."

bes 1 hefte evvel tehqir oldugun qezetin redaksiyasina birce zeng devetnen getmek neyin numunesidr.ve soz atdiginizlarin aydin fikirli olmalari ize size gün kimi aydindir


Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz