Bu
gün saat 13:00-da fanklubumuzun rəhbəri Mirhafiz Babayev "Futbol+” qəzetinin
redaksiyasına dəvət almışdı. Görüşdə "Neftçi” komandasının fanklub rəhbərləri də
(hamısı yox) iştirak ediblər. İki saat ərzində keçirilən görüşü adı çəkilən qəzetin
baş redaktoru Mahir Rüstəmli aparıb. Eyni zamanda qəzetin daha iki əməkdaşı da
görüş iştirakçısı olub.
Mirhafiz
bəyin verdiyi məlumata görə görüşdə müzakirə mövzusu əsasən XX turda "Netçi” –
"Xəzər Lənkəran” arasında keçirilmiş görüşlə və görüş zamanı azarkeşlər
arasındakı münasibətlə bağlı olub. Həmçinin ümumiyyətlə bu iki komandanın
azarkeşləri arasındakı münasibətin lap əvvəldən indiyə qədərki dövrü müzakirə
olunub və gələcək istiqamətləri haqqında fikir öyrənilib. İki saat ərzində keçən
görüş bu səpkidə daha dərin müzakirələrin getməsi ilə davam etdirilib və tərəflər
müzakirələrdə aktiv iştirak ediblər.
Mirhafiz
bəy həmçinin bunları bildirdi: "Mən bayraq yandırılması məsələsinə görə elə həmin
vaxtdan narahat idim. Elə o vaxt biz buna kəskin narazılığımızı bildirmişdik.
Xüsusən də "Neftçi” azarkeşlərinin "biz də onların bayrağını fevralın 13-də
Bakıda yandıracağıq”-deməsindən sonra daha da narahatçılığımız artmışdı. Bunun
üçün onlar Lənkəran stadionundan asılmış böyük bir "Xəzər Lənkəran”ın bayrağını
da götürdüklərini bəyan edirdilər. Mən xeyli əvvəldən Mahir Rüstəmli ilə əlaqə
saxlayıb o bayrağın qaytarılmasında bizə yardımçı olmasını istəmişdim. Mahir
Rüstəmli də öz növbəsində "Siz narahat olmayın. Həmin ərəfədə biz qəzetimiz
vasitəsi ilə elə iş apararıq ki, bu baş verməsin”-deyə əmin etmişdi. Mən
yandırılarsa çox pis nəticələrə səbəb ola biləcək "Xəzər Lənkəran”ın bayrağının
xilası üçün həm Mahir bəyə, həm "Neftçi” fanklublarının rəhbərlərinə həm də bu
dəhşətli filmdən betər ola biləcək anları izləməkdən bizi qurtardıqları üçün hər
kəsə təşəkkürümü bildirdim”.
Görüş
anlaşıqla bitdiyindən Mirhafiz bəy bütün tərəflərin razı qaldığını bildirməyi də
nəzərimizə çatdırdı.
|