Demək olar ki, hər gün "Xəzər
Lənkəran Mərkəzi stadionu”ndan, ot örtüyünün vəziyyəti ilə bağlı, xüsusən də "Lənkərançay”
ın daşaraq məcrasından çıxmasından sonra bir çox əraziləri o cümlədən,
stadionun ot örtüyünün üzərindən belə çay sularının axması və bunun nəticəsində
çay sularının özü ilə gətirdiyi gil və lilli torpaq çöküntüsüylə örtülməsi nəticəsində
ot örtüyünün xeyli riskli vəziyyətə düşməsini əks etdirən məlumatları,
o cümlədən fotoşəkilləri təqdim etməklə, "12cioyuncu.moy.su” saytının
əməkdaşları "Xəzər Lənkəran” azarkeşlərini məlumatlandırır. Son məlumat isə
bərpa işlərinin qaydasında olmasından xəbər verir. Bütün bu bərpa işlərində
əməyi olan hər kəsə, o cümlədən əziyyət çəkərək bunları "Xəzər Lənkəran”
azarkeşlərinə hər gün çatdıraraq intizardan qurtaran "12cioyuncu.moy.su”
saytının əməkdaşlarına xüsusi olaraq təşəkkür edirik. Komandasını sevib bu
çətin anda da onun yanında olmaq əlbəttə şərəfli azarkeş duyğusudur.
Aşağıda "12cioyuncu.moy.su” saytının əməkdaşlarının gündəlik hazırladığı
məlumatlardan birini nəzərinizə çatdırırıq:
"Fırtınalar Meydanı”na gedib
ərazidəki vəziyyətlə maraqlandıqdan sonra meydançaya yaxınlaşdıq. Meydançanın
iki gün əvvəlki vəziyyəti bizi elə qorxutmuşdu ki, bu gün gördüklərimizə inana
bimirdik. Tamamilə başqa mənzərə ilə rastlaşdıq.
Meydançanın kənarındakı və ot
örtüyünün dibinə yapışıb qalmış palçıq əllə yığılaraq təmizlənirdi. Ot qırxan
maşınlar isə meydançanın müxtəlif yerlərində çalışırdı. Meydançayla bağlı
stadionun direktoru Höccət Hacıyevin də fikirlərini öyrəndik: - "Gördüyünüz
kimi hər tərəfdə iş gedir, iki növbədə intensiv qaydada çalışırıq. Meydançada
isə daha çox çalışırıq, sentyabrın 25-ə qədər meydançanı tam hazır edəcəyik. İstəyimiz də budur. Azərbaycan
futbolunun "Böyük oyun”u burada
olsun”.
Biz də meydançanın hər tərəfini
gəzərək fotoşəkillər çəkdik. Meydançanın yenidən yam-yaşıl görünməsinə
sevinməyə bilməzdik. Sonda bu qədər əziyyətlərə rəğmən, tonlarla palçıqdan
ərazini və meydançanı təmizləyən insanlara
gördükləri işlərə görə təşəkkür etməyi də unutmadıq.
|