0
Dünən məlum görüş haqqında saytımızda və digər saytlarda şərhlər qəbul olundu. Gecədən səhərə qədər sayta nəzarət üçün başqa bir əməkdaşımız iş başında olmuşdu. və müəyyən şərhlərin silinməsi də olmuşdu. Görüşün iştirakçısı və həm də saytın adminlərindən biri kimi aşağıdakı fikirlərlə bir daha münasibət bildirirəm.
Şərhlərə baxarkən orada həm obyektiv, həm subyektiv və həm də emosiyalarla fikir bildirənlərə rast gəldim. Bütün oxuculara hörmətlə yanaşıram. Amma soyuq başla analiz etmələrini rica edirəm. Onu deyim ki, müəyyən çətin zamanlarda həmişə əksəriyyətimiz belə bir fikir səsləndirirlk: «Hanı ziyalılar?, Hanı fanklublar? niyə səslərini çıxarmırlar?» Biz də üzərimizə düşən ziyalılıq məsuliyyətini dərk edən insanlarıq. «Xəzər Lənkəran»a qarşı olan qüvvələrə sözümüzü demək, komandamızın adına uyğun fəaliyyət göstərməsinə yardım üçün isə «Bosman» fanklubunu təsis etdik. Bəli, səhv anlamayın amalımız yalnız klubun adına uyğun və təmiz idman mübarizəsi şəraitində fəaliyyət göstərən bir «Xəzər Lənkəran» uğrunda fəaliyyətə başladıq. İlk gündən bu ana qədər də bunu əməli olaraq göstərmişik. Əgər kimin buna şübhəsi varsa, daxilindəki vicdan hissi və başımızın üzərindəıki Allah xofunu hiss edərək analiz etsin. Mən də hər birinizlə hər hansı müzakirəyə hazıram. «Bosman.at.ua» saytında da mənimlə əlaqə qurmaq üçün həm telefon və həm də @-mail ünvanım göstərilib. Bir ziyalıdan məsələyə müdaxilə tələb edirsinizsə, buyurun, mən yalnız «Xəzər Lənkəran» naminə görüşdə iştirak etmişəm. Çünki, son başverənlər sizlər kimi məni də məyus edib. Əlbəttə, komandamızı keçən mövsümkü vəziyyətə gətirmək üçün hamımız fəaliyyət göstəririk. elə sizin məsələyə müxtəlif müdaxiləniz də bunun, yəni ürək yanğısının göstəricisidir.Sizlər kimi mən də yalnız bu yanğı ilə görüşdə iştirak etdim. Sizlərin demək istədiyiniz bütün iradları da orada bildirmişəm. Həmişə olduğu kimi kifayət qədər mövqe göstərmişəm. Bunu görüş haqqında verdiyim məlumatda da qeyd etmişəm. Bildirmişəm ki, azarkeşlərin rəğbətini qazanmaq üçün onların istədiyi komandanı formalaşdırmaq lazımdır. Özü də bunun tək sözdə yox, əməli işlərlə həyata keçirilməsi ilə qazanmaq olar. Əmin olun ki, hər birinizin ürəyindən keçən məsələləri və iradları arqumentlərlə və konstruktiv olaraq bildirmişəm. Görüşdə iştirak edən hər iki klub rəsmisi də dediklərimi qəbul edərək buna zamanın ehtiyacı olduğunu bildiriblər. Sonda onu da bildirmişəm ki, məsələ bununla yəqin ki, qapanmayacaq, yalnız azarkeşlərin istəklərinə uygun əməli fəaliyyət olacaqsa, onda azarkeş «Xəzər Lənkəran» sevgisi naminə olanları bağışlaya bilər. Daha hansısa bişmək və ya bişirilməkdən söhbət belə gedə bilməz. lütfən fikirlərinizdə diqqətli olun. Bizim birliyimiz komandanı yayda başverən vəziyyətdən necə çıxardısa, yenə bu birlik yardımçımız ola bilər. söhbət azarkeşlərin birliyindən gedir.
|