Cümə, 27/Dek/2024, 02:31
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Avqust » 23 » “Bosman” fanklubunun, “İnter”li azarkeşlərə dostluq müraciəti
15:50
“Bosman” fanklubunun, “İnter”li azarkeşlərə dostluq müraciəti

   

 

            3-cü turun mərkəzi matçı Avqustun 21-də 20:00-da "Xəzər Lənkəran Mərkəzi Stadionu”nda "Xəzər Lənkəran” klubu ilə "İnter” klubu arasında keçirilirdi. Matça maraq həddindən artıq böyük idi. Elə bunu göstərilən məkanda azarkeşlərin tribunaları doldurması da təsdiqləyirdi. Bir də ki, indiyə qədər bu iki komanda arasında keçirilən oyunların həmişə maraqlı və gərginliyi ilə tarixə çevrilməsi, bunu deməyə əsas verir. Daha bir maraqlı məqam isə hər iki klubun azarkeşlərinin ölkədə oxşarı olmayan bir dost münasibətlərinin indiyə qədərki formalaşma tarixidir. Bu ayrı bır yazının mövzusudur. Hətta bu mehriban münasibətlər ölkə xaricində də diqqət çəkib. Belə ki, son günlər Polşa fanatları Xəzər Lənkəran” klubu ilə "İnter” klubunun fanatlarının bu münasibətindən özlərinə məxsus internet saytında geniş bir yazı ilə çıxış ediblər. Deməli hər iki klubun fanatları Avropada da Azərbaycan futbolundan yaxşı mənada söz etdirməyi bacarmışlar. Ölkə futbolunun tanınmasında müəyyən dərəcədə, pay sahibi olan hər iki klubun fanatlarını sivil münasibətləri bacaran fanatlar kimi təbrik etmək istəyirik. Hər iki klubun fanatları, "start fitindən, final fitinə qədər rəqib”, bundan sonra necə dost olmağın nümunəsini dəfələrlə göstərə bilmişlər. Bunu təkcə göstərmək üçün deyil, hər iki klubun fanatlarının idmanı düzgün dərk edən mədəni səviyyələrinin göstəricisi kimi qəbul etmək düzgün olardı.

            Bu dəfə də yaranmış ənənələrə sadiq olan azarkeşlər matçdan əvvəl Lənkəran şəhərinin girəcəyində görüşüb, bir neçə dəqiqə də olsa söhbətləşdilər, sonra "Layiq olan qalib gəlsin!” deyə, bir-birinə uğurlar arzulayaraq, yerli azarkeşlərin müşayiəti ilə stadiona tərəf istiqamət aldılar və öz yerlərini tribunalarda tutmağa başladılar. Bundan sonra "Start-Final Fiti” arasındakı rəqabət başlayacaqdı və başladı da. Matçdan sonra isə sağollaşma və qonaq azarkeşlərin yola salınması mərasimi də həmişəki qayada həyata keçirildi. Bu ənənə İnşaallah bundan sonra da həmişə davam edəcək. Çünki, hər iki klubun azarkeşləri, öz klublarına hörmətlə yanaşa bilir, azarkeşliyin nə olduğunu anlayır, yalnız klublarının onlar üçün əbədi olduğunu dərk edir. Klublarında hər hansı futbolçunun və ya məşqçinin müvəqqəti olduğunu başa düşür. Bir futbolçu və ya məşqçi klubda bu gün var, sabah olmaya bilər, başqası gəlib onu əvəzləyəcək. Bizə qalan klubumuz və onun azarkeşləri ilə birlikdə formalaşan ənənələridir.

            Ən adlı-sanlı klublara nəzər yetirsək, belə deyimlərin şahidi oluruq. Məsələn, "O” komandanın "filan” iddiaları, "filan” azarkeşləri, "filan” stadionu, "filan” nəticələri var. Baxmayaraq ki, "O” komandaya onlarla məşhur çalışdırıcı, yüzlərlə məşhur futbolçu gəlib getmişdir. Tarixdə qalan həmin "O” komandadır ki, artıq atributa çevrilən ənənələr formalaşdıra bilib.

            3-cü turun mərkəzi matçı olan "Xəzər Lənkəran” - "İnter” matçı bir sıra gözəl məqamlarla yadda qalsa da, oyuna kölgə salan başqa məqamlarla da yadda qaldı. Belə ki, "İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze matç başlayandan bir sıra qeyri-etik hərəkətləri ilə diqqət çəkməyə başladı. Bu qeyri –etik hərəkətlər nə azarkeşlərin, nə də mətbuatın diqqətindən yayınmadı. Hətta bunlara görə dördüncü hakimlə baş hakimin dialoqu zamanı oyun bir neçə dəqiqə dayanmalı oldu. Sonda isə baş hakimin, müqəssir olan Tsxadadzeni tribunaya göndərməsi ilə nəticələndi. Matçın startından həmkarı Rednikə barmaq silkələyərək, müxtəlif söyüşlərlə onu təhqir etməsi, onu guya "Fair Play” qaydalarına riayət etməməkdə suçlaması, Tsxadadzenin qara niyyətlərindən xəbər verir. Baxmayaraq ki, yeri gəldi-gəlmədi bəzi "İnter”li futbolçuların yerdə uzanması zamanı "Xəzər Lənkəran”ın futbolçuları hücumu saxlayır, topu çölə çıxarmalı olurdular. Bununla da komandamızın bir neçə sürətli hücumu pozulmuş olurdu. Tsadadze belə anlarda üzünü həmkarına çevirərək təhqirlərində davam edirdi.

            Burdan belə nəticə çıxır ki, Tsxadadze əvvəlcədən öz yetirmələrinə  "Xəzər Lənkəran”ın kəskin hücumları zamanı belə hərəkətlərə yol verməklə, komandamızın hücumlarını pozmağı tapşırmış, bununla da vaxt itkisi hesabına məğlubiyyətdən yaxa qurtarmağa çalışmışdır. Həmçinin, Redniki təhqir etməklə onu təbdən çıxarmağa çalışmış, psixoloji olaraq ona təsir etmək istəmişdir ki, oyunun gedişində Rednikin lazımi oyunçu və taktiki dəyişikliklərini düzgün həyata keçirə bilməsinə mane olsun. Bunu sübut edən bir neçə məqamda heç bir səbəb olmadan Tsxadadzenin yetirmələrinin yerdə nəsə olubmuş kimi qıvrılaraq, meydana həkimlərin, hətta xərəyin daxil olmasına nail olana qədər, yerdə uzanmaqda davam etməklə, hücumlarımızın pozulmasına və vaxt itkisinə hesablanmış istəklərinə davam etmələri, xərək gəldikdən sonra isə heç bir şey olmayıbmış kimi durub meydanda qaçmalarını misal göstərmək olar.

            Yetirmələrinə belə antifutbol tapşırığı verən Tsxadadzenin, komandamızın baş məşqçisi Mirça Redniki "Fair Play” qaydalarına riayət etməməkdə suçlaması gülüncdür. Hakimin də hər belə səbəbsiz məsələlərə görə oyunu saxlayaraq tempi öldürməsi isə sanki Tsxadadzenin məkrli planlarına xidmət etməsi kimi təsir bağışlamasına gətirib çıxaması da başa düşülən deyildi. Futbolda "qəsdən aldadıcılıq" yəni "simulyasiya" anlamı da var ki, buna görə fytbolçu sarı hətta qırmızı vərəqə ilə cəzalandırılır. Bəs baş hakim bunca simulyasiyalara niyə reaksiya verməməli idi.

Baxmayaraq ki, artıq oyunun taleyi həll olunmuş dəqiqələrdə baş hakim bəlkə də gözə kül üfürmək üçün Tsxadadzeni tribunaya göndərdi.

            Artıq çox şahidi olduğumuz və mətbuatın da dəfələrlə qeyd etdiyi kimi, "Tsxadadze jurnalistləri təhqir etdi”, "Tsxadadze mətbuat konfransnda hörmətsizlik etdi” və s. kimi qeyri etik hərəkətlərinə o, mənfi mənada daha birini əlavə etdi.

            Əziz "İnter”li qardaşlarımız sizə müraciət edərək bildiririk ki, toplantılarınızın birində bu məsələni müzakirə edib, mümkün vasitələrdən istifadə etməklə, Tsxadadzeni xüsusən "Xəzər Lənkəran”a qarşı belə antifutbol və qeyri-etik hərəkətlərə yol verməkdən çəkindirəsiniz. Matçdan sonra özünün dediyi kimi "Xəzər Lənkəran” azarkeşləri ədalətlidirlər””. Onun diqqətinə bir daha çatdırasınız ki, ədalətli insanlara qarşı ədalətsizliyin heç bir anlamı yoxdur.

            Birdəki, əziz qardaşlarımız müraciətimizin əvvəlindən anlaşıldığı kimi, "Tsxadadzelər gəldi-gedərdi, bizə qalan "İnter”di, "Xəzər”di !

 

 

          "Bosman” fanklubu.                           23.08.2010

 

 

 

Views: 615 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 Interli   (24/Avq/2010 19:59) [Daxil Olunan]
www.agli-goylu.ucoz.net

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz