Bu gün fanklubumuz üçün əlamətdar bir
gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da on üç "Xəzər Lənkəran”
azarkeşi tərəfindən "Bosman” fan klubunun təsis edilməsi haqqında qərar qəbul
olundu. "Xəzər Lənkəran”ın ətrafında sayca dördüncü olaraq təsis edilmiş "Bosman”
fanklubu niyə yarandı? kimi sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında
müəyyən yeri olan məsələlər də var idi ki, bu boşluğu doldurmaq, komandamızın bəzi
məsələlərdə daha başqa prizmalardan yanaşdıqda, daha rəngarəng dəstəyə
ehtiyacının olduğu duyulurdu. Ən birinci vəzifəsi "Xəzər Lənkəran”ı fanat hərəkatının
edə biləcəyi bütün imkanlardan istifadə edərək dəstəkləməyi qarşısına məqsəd qoyan
"Bosman” fanklubu bacardığı qədər nəzərdə tutduğu işləri yerinə layiqincə
yetirir deyə bilərik. Stadionlardakı tribunalardan tutmuş, məşq və yoxlama
oyunlarından belə komandamıza daim dəstək olan "Bosman” fanklubu bunlarla da
kifayətlənməyərək yoxlama oyunları və ya rəsmi matç olsun, ekranlarda reportaj
olmadığı zamanlarda "12ci oyunçu” azarkeş qrupunun vasitəsi ilə onlayn reportajlar
təşkil etməklə, "Xəzər Lənkəran” azarkeşlərini intizardan azad edə bilmişdir.
Bunlardan
başqa "Bosman” fanklubu özünəməxsus layihələr həyata keçirməklə ölkə futbolunun
fanat hərəkatında bir sıra ilklərə də imza atmışdır. İlk olaraq rəqib "İnter”
fanatları ilə Martın 21-ə təsadüf edən bayram günündə keçirilən səfər oyunu
zamanı "İnter, Bayramınız Mübarək!” baneri qaldırmış və razılığa əsasən eyni "Xəzər,
Bayramınız Mübarək!” təbriki yazılmış bannerlə qarşılıq almışdır. Rəsmi
fanklubun və stadiona toplaşmış bütün azarkeşlərin yaxından dəstəyi ilə bu şüar
qarşılıqlı olaraq minlərlə insan tərəfindən səsləndirilmişdir.
Daha
sonra əzəli rəqib "Neftçi” fanatları ilə münasibətlərin son dərəcə gərgin
olduğu vaxtda Azərbaycan futbolunun əfsanələrindən biri olan Anatoliy
Banişevskinin 65-illik yubileyi qeyd olunan gün "Bosman” fanklubunun rəhbəri, "Neftçi”
fanatları ilə görüşmüş və onların vasitəsi ilə klub rəhbərliyi səviyyəsində qəbul
olunmuşdur. "12ci oyunçu” azarkeş qrupunun rəhbərinin də imzaladığı təbrik məktubunu
rəqib düşərgəyə çatdırmışdır. Qarşılıqlı olaraq kiçik xalça üzərində toxunmuş "Neftçi”
loqosu ilə hədiyyə verilmişdir. Bu hadisə Azərbaycanın demək olar bütün idman
informasiya vasitələrində işıqlandırılmışdır.
Daha sonra
digər klubların azarkeş və fanat qurumları ilə sivil münasibətlər qurulmuşdur.
Bu sivil münasibətlərin qurulması, doğrudan da çox vaxtlar və xüsusən də son
günlər Misir futbol azarkeşləri arasında yaşanan və kütləvi ölümlə nəticələnən
bir məqamda, bu addımların nə qədər lazımlı olduğunu bir daha sübut edir.
Bundan başqa klub
və stadion rəhbərliyi ilə danışıqlardan sonra "Bosman” fanklubu ölkədə daha bir
yeniliyin banisi olmuşdur. Belə ki, "Xəzər Lənkəran”ın Avrokuboklardakı Təl-Əviv
"Makkabi”si ilə səfər oyununun komandamızın azarkeşlərinin bu matçı canlı
teletranslyasiyasının birbaşa "Fırtınalar Meydanı”nda monitor vasitəsi ilə izlənməsini
təklif və təşkil etmiş və bu layihə ilə səfərdə oyuna çıxacaq komanda üzvlərini
məlumatlandırmış, onların oyuna böyük dəstəklə çıxmasını səciyyələndirmişdir.
Beləliklə, ölkə miqyasında tayı olmayan layihələrin həyata keçirilməsi "Bosman”
fanklubunun işinin bir hissəsidir. Həm də "Bosman” fanklubu azarkeşliyin təkcə
tribunalardan olmadığını sübut edə bilib. Müəyyən məqamlarda "Xəzər Lənkəran” əleyhinə
yönəlmiş mətbuata və ayrı-ayrı klub və şəxslərə öz saytı vasitəsi ilə tutarlı
cavablar vermiş və bu cavablar da hətta ölkənin aparıcı idman nəşrlərinin vasitəsi
ilə daha geniş ictimaiyyətə çatdırılmış və komandamızın xeyrinə real nəticələr əldə
olunmuşdur.
Bütün bunları
həyata keçirmək üçün isə "Bosman” fanklubu öz daxili imkanlarından istifadə
etmişdir. Ümumiyyətlə "Bosman” fanklubu müstəqil düşüncə və müstəqil maliyyə
üzrə fəaliyyətin nümunəsini göstərə bilmişdir. Təsis xərclərindən bu günə qədər
bu müstəqilliyini daim qoruyub saxlamış və bundan sonra da bu yoldan dönməyəcəyini,
bu il dönümü ərəfəsində bir daha bəyan edir.
"Bosman”
fanklubunun mərkəzi ofisi Bakı şəhərində yerləşməklə, doğma Lənkəran şəhərində
də bölməsi fəaliyyət göstərir. Bir fanklub olmaqla bundan sonrakı fəaliyyətimizi
də uğurlu davam etdirməyə çalışacaq və bu yolda müstəqilliyimizi, azad düşüncəmizi
əldə rəhbər tutacağıq.
"Bosman”
fanklubunun idarə heyəti 09.02.2012
|