Bildiyiniz
kimi bu gün komandamızın baş məşqçisi Mirça Rednikin doğum günüdür. Bu münasibətlə
artıq Mirça Redniki saytımızda təbrik etdiyimizdən xəbərdarsız. "Bosman”
fanklubu bununla kifayətlənməyərək sabah "Qarabağ”la XXVI tur oyununun bu gün son
hazırlığına Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda son məşqinə
çıxmış "Xəzər Lənkəran”ın həm məşqini izləmiş həm də bu fürsətdən istifadə edərək
baş məşqçimiz Mirça Redniki şəxsən təbrik etmişdir. Fanklubumuzun nümayəndə heyəti
Mirça Rednikə onun fotoşəkli və təbrik mətni olan xüsusi çərçivədə hazırlanmış
xatirə hədiyyəsi və üzərində "Happy Birthday mr. Mircea Rednic” yazılmış
"Ağ-yaşıl” rənglərə boyanmış tort hədiyyə etmişdir.
"Qarabağ”la
məsul oyunöncəsi komandamıza və onun baş məşqçisi Mirça Rednikə bir dəstək
nümayiş etdirən fanklubumuzun nümayəndə heyəti onunla söhbətdə komandamızın
bugünki günü ilə fəxr etdiklərini çatdırmış və hələ Mirça Redniklə Azərbaycanda
həmçinin Avropada "Xəzər Lənkəran”ın daha böyük uğurlar əldə edəcəyinə ümidvar
olduqlarını dilə gətirmişlər. Həmçinin nümayəndə heyəti "Bugünki reallıqları
bilirik və görürük. Sizin komandaya gətirdiyiniz yeni oyun uslubunu, bəxş
etdiyiniz ruhu və göstərdiyiniz nəticələri nəzərə alaraq artıq Çempion kimi qəbul
edirik” fikrini Mirça Rednikin diqqətinə çatdırmışlar.
Eyni
zamanda Mirça Rednik "Mən burada sizinlə çox xoşbəxtəm. Hələ çempionat
qurtarmayıb. Ümid edirəm ki, sonda hər şey sizin arzuladığınız kimi olacaq. "Xəzər
Lənkəran” və sizlər üçün əlimdən nə gəlirsə edəcəyəm. Mən bu münasibətinizdən
çox məmnun oldum, sizləri çox sevirəm”-deyə öz fikirlərini bildirmişdir.
Daha
sonra Mirça Rednik saytımızda gedən təbrikə və şəxsən onu və komandanı ziyarət
etdiklərinə görə bundan əvvəlki təbrik yazısının "şərh bölməsinə” komandamızın
rəsmisi və tərcüməçisi Elvar Quliyev vasitəsi ilə münasibət bildirmişdir. Həmin
fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
Elvar Guliyev
Salam
çox hörmətli Mirhafiz müəllim və "Bosman” fanklubunun üzvləri! İndicə Mirça ilə
sizinlə görüşün təəssüratlarını soruşdum. O, doğum günündə ona belə diqqət göstərildiyi
üçün "Bosman” fanklubuna və bütün "Xəzər Lənkəran” azarkeşlərinə təşəkkürünü
bildirdi. Dediklərini olduğu kimi yazıram: "Səhər
açılandan həm Rumıniyadan, həm də komandamın azarkeşlərindən saysız təbriklər
alıram. Doğrudan da, belə bir gündə həm azarkeşlərin, həm də klub rəhbərliyinin
göstərdiyi diqqət məni çox sevindirir və işləmək üçün əlavə güc, stimul verir. "Xəzər
Lənkəran” azarkeşlərinin bu münasibəti, personama olan hörmət və sevgisi məni
çox kövrəldir. "Bosman” fanklubunun üzvlərinin hədiyyəsi və məşqə gəlib məni təbrik
etmələri ümumiyyətlə, çox xoş sürpriz oldu. Belə azarkeşlərlə ölümə də getmək
olar. Həmin fanklubun rəhbərinə minnətdarlığımı bildirirəm!!
Sizləri sevindirmək üçün çempionluq
və kubok uğrunda sona qədər mübarizə aparacağımıza söz verirəm. Hər zaman
arxamızda olan, bizi yalnız qoymayan azarkeşlərimizə təşəkkürlər və Hamımıza uğurlar!!!!"
|