Birinci dövrənin
son turunda yəni XI turda heç də az maraq kəsb etməyən oyunlar keçirildi. Bu
görüşlər üç gün ərzində baş tutdu ki, ilk oyun günündə "Xəzər Lənkəran” doğma
meydanda "Kəpəz”i qəbul etdi və minimal hesabla qalib gələrək azarkeşlərini yenə
sevindirdi. XI tur ərəfəsində bildiyiniz kimi ölkə ərazisində hava şəraiti
hidrometeroloqların dili ilə desək yağışlı və qeyri-sabit keçdi ki, bu da əsasən
ilk oyun günündə daha çox özünü göstərdi. Ölkənin cənubunda, xüsusən Lənkəran ərazisində
belə hava şəraiti oyuna dörd gün qalmışdan davam edirdi. Bu sətirlərin müəllifi
kimi, cəmi 15 dəqiqə ərzində əynimdə olan bütün paltarların islanmasını deyə
bilərəm. Hətta əlimi dəsmal üçün cibimə saldıqda, ciblərimim yağış suyu ilə
dolu olduğunu və dəsmalın işimə yaramayacağını gördüm. Bunları yalnız onun üçün
demirəm. Hətta ölkənin müxtəlif informasiya vasitələrində Lənkəranda su basmış
həyətlərdən bol-bol reportajlar onsuz da yayımlanmışdı. Belə olan təqdirdə
birinci dövrənin son oyunu ərəfəsində "Xəzər Lənkəran” – "Kəpəz” oyununun baş
tuta bilib-bilməyəcəyi haqqında da suallar yaranmışdı. Hətta stadion rəhbərliyinin
oyunun baş tuta bilməyəcəyi ehtimalı da səsləndirilmişdi. Futbol qurumlarımızın
oyunun keçirilməsində israrlı olduğunu da bilirdik. Yalnız bundan sonra oyuna
bir neçə saat qalmış stadion rəhbərliyinin və bütün personalın gərgin əməyi nəticəsində
meydan oyuna hazır vəziyyətə gətirilmişdi. Doğurdan da belə hava şəraitində
meydanı oyuna hazırlamaq böyük bir qəhrəmanlıq sayılmalıdır. Bunun üçün əvvəlki
yazımızda "Xəzər Lənkəran Mərkəzi Stadionu”nun bütün işçi heyətinə təşəkkürümüzü
bildirmişdik.
Bunları təsadüfən
xatırlamırıq. Bildiyiniz kimi ötən mövsümün "Bakı” ilə açılış matçında belə
hava şəraiti ucbatından oyunun 12-ci dəqiqəsindən sonrakı hissəsinin təxirə
salınması yəqin ki, çoxlarımızın yadındadır. Deyərdik ki, bu dəfəki yağış heç də
xatırlatdığımız matç gününkündən zəif deyildi, bəlkə də daha intensiv idi.
Bütün
bunlarla əlaqədar oyunun baş tuta bilib-bilməyəcəyi haqqında azarkeşlərdə müəyyən
narahatçılıq da var idi. Məhz elə bu səbəbdən oyunun baş tutma ehtimalını öyrənmək
üçün bizə də xeyli azarkeş zəngləri oldu. Biz isə hələ oyunun təxirə salınması
haqda heç bir rəsmi informasiyanın olmadığını və yəqin ki oyunun baş tutacaçını
onların diqqətinə çatdırırdıq.
Bütün bunları
deməkdə daha bir məqsədimiz XI turda həmişəkindən fərqli olaraq azarkeş
sayındakı diqqət çəkən qədər az sayın qeydə alınmasıdır. Şiddətli yağışı görüb,
yəqin ki, ötənilki "Bakı” ilə matçın təxirə salındığını xatırlayan və son
saatlara qədər oyunun baş tutacağı haqda dolaşıq məlumatlara sahib olan
azarkeşlər stadiona gəlməkdə deyəsən tərəddüd etmişdi. Yalnız son saatlarda dəqiq
informasiya yayılarkən isə yaxından-uzaqdan stadiona gəlməyi planlaşdırmaq isə
bir qədər əlbətdə çətinlik törətmişdi. Bizim üçün çox az sayıla biləcək qədər,
yəni 4500 sayda azarkeşin oyunu canlı izləməsi təxminimizcə elə bu səbəbdəndir.
Yoxsa, doğma komandanın yanında olmaq üçün dəqiqələri sayan azrkeşlərimizə nə
yağış, nə çovğun və nə də boran mane ola bilməzdi. Yalnız və yalnız oyunun təxirə
salınması haqqında olan dolaşıq informasiyanın buna səbəb olduğunu düşünürük.
Bütün bunlara
baxmayaraq, 4500 rəqəmi, bizim üçün çox az say olsa da, hansı ki, komandanın məşqlərinə
bu sayın yarısı qədər, əvəzediciləri ilə yoxlama görüşlərinə ən azı bu qədər
azarkeşın gəlməsini hamı bilir, bu XI turda heç də yağışdan və dolaşıq informasiyadan çaş-baş qalmayan
digər bütün matçlara gələn azarkeş sayını həmişəki kimi yenə üstələyə bilmişdi.
Beləliklə, XI
turda "Xəzər Lənkəran”ın oyununu izləmək üçün gələnlərin sayı 4500 idisə, bütün
digər matçlara gələn azarkeşlərin ümumi sayı 4100 olaraq qeydə alındı. Aşağıda
statistik olaraq XI turda bütün matçlarda iştirak edən azarkeş sayını diqqətinizə
çatdırırıq:
1.
"Xəzər Lənkəran” – "Kəpəz” –
4500 Azarkeş.
2.
"Qarabağ” – "Bakı”---------- 2000 Azarkeş.
3.
"Rəvan” – "İnter”-------------
800 Azarkeş.
4.
"Qəbələ” – "Simurq”----------
500 Azarkeş.
5.
"Sumqayıt Şəhər” – "AZAL”---500
Azarkeş.
6.
"Neftçi” – "Turan” ------------ 300 Azarkeş.
|