Bu
il keçirilən və "Birlik kuboku” kimi ad qazanan MDB və Baltikyanı ölkələrinin
klubları arasında Rusiyanın Sankt-Peterburq şəhərində start götürən və
23.01.2011-ci il final oyunu ilə yekunlaşan turnir nəhayət başa çatdı.
Bildiyiniz kimi bu ilki turnirdə Respublikamızı son çempionumuz "İnter” klubu təmsil
edirdi. Təmsil edirdi deyəndə ki, layiqincə futbol sərgiləyən və sonda turnirin
qalibi adını qazanan "İnter” klubu bu gün 24.01.2011-ci il saat təxminən 1230
radələrində Sankt-Peterburq--Bakı
aviareysi ilə H.Əliyev adına hava limanında yerə endi. Böyük zəfərə imza atmış
komandanı hava limanında başda "İnter” azarkeşləri olmaqla digər klubların
azarkeşləri də qarşılamağa gəmişdi. Həmişə dost münasibətdə olan "Xəzər Lənkəran”
azarkeşləri də bu izdihamın içində "Bosman” fanklubunun nümayəndə heyəti ilə təmsil
olunurdu.
Hava
limanında dost klubun azarkeşlərinin səmimi olaraq təbrik edən "Bosman”
fanklubunun üzvləri bütün "Xəzər Lənkəran” azarkeşlərinin adından "İnter”li
qardaşlarımızı təbrik edərək qarşılanma mərasiminin sonuna qədər iştirak etdilər.
Onu da deyək ki, bir gün əvvəl "12-ci oyunçu” azarkeş qrupundan dost tapşırığı
alan "Bosman” fanklubu eyni zamanda bu qarşılanma mərasimində onları da təmsil
etmə hüququ almışdı və "12-ci oyunçu” azarkeş qrupunun bütün təbriklərini
ünvanına çatdırdı.
"İnter”
klubunun bu il turnirdəki çıxışını
lazımınca işıqlandırdığına görə "İnter” azarkeşləri "Bosman.tk” və
"12cioyuncu.com” saytlarına xüsusi olaraq təşəkkürlərini bildirdilər.
"İnter”
klubunun turnirdəki çıxışına gəlincə, onların ölkəmizi layiqincə təmsil etdiklərini
düşünür və kuboku qazanana qədər keçirdiyi bütün qarşılaşmaları bir daha yada
salmaq istərdik. Belə ki, qrup mərhələsini nəinki maksimum nəticə göstərərək 9
xal topaldı, hətta qrup mərhələsində rəqib qapılarına 7 top vurmasına
baxmayaraq, öz qapısında 1 top belə görmədi. Bundan sonra ¼ və ½ final görüşlərini də parlaq qələbə ilə top
buraxmadan irəliləyən komandamız finala vəsiqə qazandı. Final görüşünün əsas və
ekstra vaxtında da hesab açılmadığına görə, qalibi müəyyənləşdirmək üçün
penaltilər seriyasından istifadə olundu. Beləliklə turnirin sonuna qədər
"İnter” klubu bütün oyunlar zamanı öz qapısında top görmədi. Bu turnirin
tarixində yadda qalan ilk oldu. Penalti seriyalarında 6:5 hesabı ilə qalib gələn
komandamız turnirin qalibi adını qazanaraq "Birlik kuboku”nu başı üzərinə
qaldirdı.
Bu
"Birlik kuboku”nun Azərbaycana üçüncü gəlişi olsa da, əvvəlki iki gəlişdən
yuxarıda göstərdiyimiz top buraxmamaq xüsusiyyətilə fərqləndi. Digər bir
xüsusiyyət isə ondan ibarət idi ki, "Neftçı” və "Xəzər Lənkəran” kuboku yerli
mütəxəssis olan Ağasəlim Mircavadovun rəhbərliyi altında qazanmışdısa, "İnter”
bu kuboku sükanı arxasında əcnəbi mütəxəssis olan Kaxaber Tsxadadzenin rəhbərliyi
altında əldə etdi. "İnter” azarkeşlərinə bundan sonra da müvəffəqiyyətlər arzu
edərək, turnir boyunca "İnter”in keçirdiyi bütün oyunların nəticələrini aşağıda
göstəririk:
Qrup mərhələsi
1. "İnter” 3-0 "Neftçi” (Qırğızıstan)
2. "İnter” 3-0 "İstiqlol” (Türkmən)
3. "İnter” 1-0 "İskra Stal” (Moldova)
¼ Final mərhələsi
"İnter” 4-0 "Mika” (Ermənistan)
½ Final mərhələsi
"İnter” 5-0 "Zenit” (əvəzedicilər Rusiya)
Final
"İnter” 0-0 "Şaxtyor”
(Belarus) 6-5 (penaltilər seriyası)
|